Bunun nəticəsidir ki, bəzən uşaq "Xahiş edirəm, kitabı ver" cumlesini ele
intonasiya ile deyir ki, "xahis edirem kitabı ver, yoxsa cırıb ataram"
şəklində səslənir. Belə "ifadəlilik" nitqin kobudluğunu, nitq
mədəniyyətinin olmadığını göstərir.
Tərbiyəçi kiçik qruplardan həmin nöqsanları aradan qaldırmaq məqsədi
ilə, ilk növbədə şeir oxuyarkən, nağıletmə prosesində öz
nitqinə yüksək
tələbkarlıqla yanaşmalıdır. Çünki
tərbiyyəçinin ifadəli, emosional nitqini
eşitməklə uşaqlar da lazımi intonasiya seçə bilərlər.
Tərbiyyəçi qonağı gülərüzlə, şadlıqla, mehribanlıqla qarşılamağı;
mülayim, nezakətlə, səmimi danişmağı; bayramlarda sevinc, iftixar hissi
kecirməyi uşaqlara öyrətməlidir. Uşaqlar ictimai yerlərdə ucadan
danışanda, başqalarını narahat edəndə üzr istəməyi bacarmalıdırlar.
Bu vərdişləri uşaqlara aşılamaq o qədər də asan deyil. Ona görə də
ictimai yerlərdə nitq mədəniyyəti, nitqin emosionallığı, məzmunundan
asılı olaraq tonun seçilməsi haqqında valideynlərə məsləhətlər
verilməlidir.
Məşğələlərdə intonasiya üzrə şifahi çalışmalar aparılmalı ve xorla tekrar
edilməlidir. Gözəl, bəzəkli oyuncaq, əşya şəkli göstərib ona aid şeirin
oxunması, rollar üzrə oxu, uşaqlar tərəfindən mənzərəyə, hadisəyə aid
şeirin seçilməsi, əmək prosesi, anaya hədiyyənin hazırlanması ilə
əlaqədar nağıletme, səhnələşdirmə və s. onlarda emosiya doğurur. Bu
prosesdə intonasiya üzrə sadə məşqlər keçirilir. Şeirin oxunması, yaxud
bir eşyanın, hadisənin təsviri prosesinde tərbiyəçi "daha nece demek
olar
?", "kim daha yaxsi oxuyar (deyər)?" şəklində suallar verməklə
uşaqlarda sözə diqqətlilik tərbiyə edə biler.
Dostları ilə paylaş: