Mövzu 11.Diksiya orfoepiya və nitq sürətiüzərində iş.
Plan:
1.Diksiya üzərində iş.
2.Orfoepiya üzərində iş.
3.Tam və yarımçıq üslub.
4.Nitqin sürəti üzərində iş.
Səs tələffüzünün formalaşması yaxşı diksiyaya yiyələnmə ilə
əlaqədardır.Diksiyanın nitqin ən mühüm keyfiyyətlərindən biri olduğunu nəzər
alan K.S.Stanislaviski obrazlı şəkildə demişdir: “Saitlər çay Samitlər çaynikdir
onlarsız bizim içdiyimiz isə bataqlıqdır”.Məktəbəqədər yaşlı uşaqlarda tez- tez
aydm aydın olmayan nitq müşahidə edilir.Bəzi sözün axn eşidilir hətta başa
düşülür.Bu dadaqlar və dilin ləng,qeyri –enerjili hərəkətinin alt çənənin çevik
olması nəticəsində baş verir.Deməli artikuliyasiya aparatı orqanların işinin
inkişafinda təkminləşməsində hər bir səsin ayrılıqda,həmçinin söz,ifadə
daxilində dəqiq olmasını,diksiyanın formalaşmasını təmin edir.Yaxşı diksiya
nitqi eşitmənin inkişafından,diqqətin davamlılığından və uşağın öz səsini ifadə
etmə bacarığından da aslıdır.
Sözlərin düzgün tələffüzü ilk növbədə saitlərin düzgün tələffüzündən,sonra isə
samitlərin düzgün tələfiizü prosesində aparatın fəaliyyətinin dəqiq kordinlə
edilməsinin enerjili tonsundan aslıdır.Saitlərin tələffüzü prosesində onların uzun
və qısa olması nəzərə almmahdır.Abil,tar,qatıq,sözlərində a səsi sırasına görə
getdikcə qısa tələfüz olunur. Saitlərin tələfüzü yanaşı gələn samitlərin
tələffüzündə də güclü təsir göstərir .Məktəbəqədər yaşda uşaqların səsləri söz və
ifadələri aydm,dəqiq tələfüz etmələrinə fikir vermək lazımdır.Hər şeydən əvvəl
tərbiyyəçi məktəqədər yaşlı uşaqlara qramatik cəhətdən düzgün,yaxşı diksiyalı
nitq təqdim etməlidir.Uşaq yamsılama yolu ilə tədricən normal diksiyaya
yiyələnə bilər lakin yalnız buna istinad etmək də səhv olardı.Tərbiyyəçi ağızla
çox dəqiq hərəkətləri yerinə yetirilməsi üzrə məşqlər (ta-ta-ta-ta),(du-du-dudu),
(ham-ham-ham-ham),(bi-bi-bi-bi) və.s didaktik oyunlar keçirilməlidir.Böyük
quruplarda yanıltmacalar,şeirlərin öyrənilməsi və ucadan oxunması(əvvəl yaxşı
yaddaşı olanlar,sonra xorla,nəhayyət diksiyası nöqsanlı olan uşaqlar
tərəfmdən)üzrə iş faydalıdır.Diksiya üzrə məşğələlər xor və fərdi tələfüz
şəkilində keçirilə bilər.Onlar növbələşdirmək də olar.Beləki hər bir çalışmanın
əvvəlcə xor sonra bir uşaq və ya əksinə əvvəlcə bir uşaq xor tələfüz edə
bilər.Diksiya çalışmaları digər növ çalışmalarla birləşdikdə yaxşı növ nəticə
verir:Məsələn səsin gücünə aid çalışma prosesinə ucadan sakit coşğun,gur və
aşağı səslə danışmaq(səs çıxarmadan tələfüz etmək olar) Orfoepiya üzərində iş
şifahi nitqin əsl ünsiyyət vastəsi rolunu oynaması üçün həmin dildə danışan
adamların vahid normaları gözləmələri zəruridir.Tərbiyyəçi Azərbaycan dilinin
tələffüz qaydalarını öyrənməklə öz nitqinin tələffüz mədəniyyətini
yüksəltməli,danışarkən həmin qaydalara əməl etməlidir.Bunun üçün
tərbiyyəçinin elmi-metodik məşğələlərdən mümtəzəm istifadə etməsi vacibdir.
Məlumdur ki dilin səs,fonetik və fonoloji vastələrindən rabitəli nitqə eyni
vaxta istifadə olunur.Uşağın nit səslərinin nccə tələlüz etməsindən aslı olaraq
rabitəli nitqin üslubu onun emosional rəngi yaranır.
L.B.Şerba ədəbi nitqədə mövcud olan iki əsas üsluba diqqət vermişdir.:
Tam üslub-Buna kitab üslubu da deyilir.Mühazirəçilər,qurultay konfrans və
digər iclaslarda çıxış dənlər radio televizya verlişlərini aparan
diktorlar,müəllimlər,həmçinin dərsdə cavab verən şagirdlər bu üslubdan istifadə
edirlər.Bir sözlə nitqinin başqaları tərəfində yaxşı başa düşülməsini dinləyicinin
işinin asanlaşdırılmasını istəyən hər hansı şəxs üçündür.aydın dəqiq diksiya belə
nitq üçün xarakterikdir.Belə üslubda bir səs eneıjini böyük səylə tələfüz
olunur,orta sürət gözlənilir.Binanın böyüklüyünə görə səsin kiçik tembr
dəyişir.tam üslub nitqdə şəxsi ləyaqətin gözlənilməsi nəzakətsizlik və
dinləyicilərə dəri hörmət hissinin ifadə olunmasını ifadə edir.
Yarımçıq üslub bu adi danışıq üslubu da adlanır.Adi danışıq üslubundan
məişətdə ünsiyyət saxlamaq üçün istifadə olunur.Bu üslubda səslərin bir qədər
əzgin tələfüzünə söz və ifadələrin ləng pıçıltı ilə yaxud yüksək emosionla
tələfüzün hər cür çalarlığına yol verilə bilər nitq mədəniyyətinə yiyələnmiş hər
cür çalarlığına yol verilə bilər.Nitq mədəniyyətinə yiyələnmiş hər kəs xüsusi
hazırlıq görmədən şəraitdən aslı olaraq hər iki üslubdan istifadə edəbilər.adətən
uşaq nağıl edərkən danışığın məzmunu haqqında düşünür,sözlərin səslənməsinə
isə fikir vermir.Bu prosesdə tərbiyyəçi yalnız tək -tək hallarda ən kobud
səhvlərə düzəliş verə bilir.Tədricən uşaqda yanlış tələfüz möhkəmlənir və onun
islahı çətinlik törədir.Ona görə tərbiyyəçi uşaqlara düzgün tələffüz nümunəsi
verməli onları əhatə edən mühitdə yaşlıların nitqinin orfoepik düzgünlüyü
qaayğısına qalmalıdır.
“Uşağın ətrafındakıların bütün tələfüz xüsusiyyətlərini son dərəcə incəliklə
tutması və mənimsəməsi üçün ona “zialı”mühütün təqdim olunması zəruridir ki
ətrafında düzgün ədəbi nitq eşidilsin.Deffektsiz nitq əsaslı çətinlik olmadan
ədəbi tələfüzün tam mənimsənilməsini təmin edir.Həmişə ədəbi dilin səsləndiyi
ailədə uşaqlar əlverişli şəraitə düşürlər.Ona görə də körpələr evindən başlayaraq
uşaq müəssələrinin hamısında uşaqlarla işləyən bütün şəxslər nümunəvi ədəbi
dilə yiyələnməlidirlər.Onlar bəzihallarda ailənin göstərdiyi təsirin tərəfini
saxlamalı onu müdafiə etməli digər hallarda isə ədəbi tələffüz ötürücüsü rolu
oynamalıdır.Tərbiyyəçi ədəbi tələfiiz normalarından düzgün istifadə üzərində
ciddi nəzarət etməlidir.Belə nəzarət kiçik quruplarda daha zəruridir.kiçik
quruplarda aşağı sürətli oxudan xorla keçirilən oyunlardan istifadə etmək
“mağaza”, „„bu nədir”kimi didaktik oyunlar keçirmək məsIəhətdir.Bu zaman
uşaqlara tanış olan oyunlardan istifadə etməlidir.Sonralar mən nə
dedim?”oyununun keçirilməsi yarımşıq cümlələrin tamamlanması üzrə iş
aparılmalıdır.
Nitqin sürətlənməsi üzərində iş nitqin normal vaxtda icra olunması nitq
mədəniyyətinin mühüm şərtidir .Adətən kiçik yaşlıların əksəriyyəti sürətlə
danışırlar.Onların danışığındakı tələskənlik tələffüzü pisləşdirir,bəzən səslərin
,hecaların, hətta və s.
Səslərin düşməsinə səbəb olur.Nəticədə nitqin səsliliyi və dəqiqliyi
pozulur.Yalnız orta nitq sürətində nitq səslərinin dəqiq, aydın tələffüz
olduğundan tərbiyəçi uşaqları alışdırmalıdır.Bu məqsədlə o tələsik
danışmamağa”mən başa düşmədim sənə nə lazımdır?Yavaş -yavaş de
görüm”deyə müraciət edə bilir.Ola bilər tələb etsin uşaqdan özünün nitqin
müşahidə etməsini tələb etsin .‟‟Gəl birlikdə kuklaya birlikdə, layla çalaq “ və s.
Xorlu hərəkətli oyunların nitq hərəki mübarizələrin ( heyvan, həşərat ,quş başqa
əşya şəkillərinə baxıb onlara müvafiq müxtəlif yüksəklikdə və sürətdə
çıxarmaq təbiət hadisələrini yamsılamaq və s.) keçirilməsi də bu baxımdan çox
faydalıdır.Səslənən nitqin ən mühüm keyfiyyəti onun ifadəliliyidir.
H K .Krupskaya yaşlı adamların tez -tez aiditoriya qarşısında çıxış etmələrini
nəzərə alaraq uşaqlarda bu keyfiyyətin təbliğ edilməsinə yüksək qiymət
verirdi.O qeyd edir ki, uşaqların nitqinin təbii ifadəliliyi qarşısınım almaq ona
təsir etmək olmaz .Əksinə onu inkişaf etdirmək lazımdır.O zaman nitq tam
ifadəli olar .Gözləri alovlanan fikri və jestləri əks olunan natiqlərə rast gəlmək
mümkündür .Bu zaman uşaqlar , oyununməzmununa görə öz hərəkətlərini və
mahnının səslərini tənzim edirlər.
Dostları ilə paylaş: |