Mövzu 9.Artikuliyasiya aparatının inkişafı
Plan:
1.Məktəbqədər dövüründə artilkuliyasiya aparatının quruluşunda pozulma.
2.Artikuliyasiya
3.Dil və dodaq əzələlərinin inkişafında istifadə olunan oyunlar.
4.Səsi yamsılama üzrə hərəkətli oyunlar.
5.Nitq nəfəsalmanın inkişafı üzərində iş.
Nitq səsləri artukiliyasiya orqanlarının zəruri şəraitdə müyəyən vəziyyətə
düşməsi nəticəsində əmələ gəlir.Səslərin aydın tələfüz edilməsi üçün nitq
orqanlannın vəziyyətinin və hərəkətinin (artukiliyasiyanın)düzgünlüyü
zəruridir.Ciyərlərdən gələn hava axını dodaqlarımızdan bayıra çıxanadək digər
artukikuliyasiya orqanlarından keçir,bir çox manelərə
uğrayır,nəticədə,rəqslənmə baş verir ağız boşluğunda nitq səsləri törəyir və
formal aşır.Nitq səsinin forması və həcmi danışıq cihazlarından,danışıq
üzüvlərinin (dodaqlar,dil,dişlər,burun,alt çənə yumuşaq damaq,yuvaq,kiçik
dilçək ,qırtlaq,nəfəs borusu,ağ ciyərlər) vəziyyətindən aslı olur.Tələffüz
prosesində əzələ duyğusu mühüm rol oynayır.
Danışmanın artikuliyasiya orqanlarının hərəkətindən aslı olaraq əzələ
duyğusu dilin subyektiv qavranmasında onun materiyasına çevrilir.Uşaq bu və
ya digər səslər kompleksinin söz kimi qavrayarkən bu sözdən yaranan əzələ və
səs duyğusunu xatırlayır.O nə qədər ki həlo öz artukiliyasiya orqanlarından
istifadə etməyi baçarmır ,əvvəlcə sözü eşitməyi,sonra isə onu tələfüz etməyi -
öyranir.Əvvəllər sözün “əzələ" duyğusu qeyri-dəqiq olsa da səs obrazı ilə eyi
vaxtda yaranır.
Hava axını,hər şeydən əvvəl,nəfəs almaya xidmət edir deməli,uşaq koörpəlik
dövründə həm normal nəfəs almağı ,həm də şifahi nitqlə ünsiyyət saxlamağı
öyrənməlidir.Bu isə o qədərdə asan deyil.Məktəbəqədər yaş dövüründə
artikuliyasiya aparatının quruluşunda pozulma (dil altı bağların qısalığı,dişlərin
bir-birinin üstünə düşməsi,damağın həddən artıq hündür və ya ensiz olması və
ya bəzi başqa çatışmazlıqlar)səs tələfuzünün düazgün formalaşdırılmasının
amilləridir.Lakin əgər uşağın artikuliyasiya aparatı çevikdirsə səs tələfüzündəki
çatışmazlıqları özü aradan qaldıra bilir.O,hətta başqalarına da düzəliş verir.Bu
və ya digər sözü düzgün tələfüz edə bilməyən uşaqlar onların səs obrazlarını
bilir və həmin sözlərin yaşlılar tərəfindən tətbiq olunduğunu hiss
edirlər.Məsələn ,üç yaşlı Qiyas yoldaşı Arazdan xayiş edir.
-Ayaz məndə şəkilli kitab al. Araz:
-Mənim adım Ayaz deyil,arazdır.
Qiyas narazı halda deyir:
-Məndə Ayaz deyirəm.
-A-yaz,sən niyə Ayaz eşidirsən?
4 yaşlı Nailə anasına deyir.
-Məni də səhələ apar.
Qardaşı Nadir gülərək:
-Nailə səhələ yox,şəhərə Nailə ondan inciyir
-Ağzımı niyə əyirsən,elə məndə səhələ dedim.
Nitqin hissi əsası səs də əzələ (nitq hərəki)duyğularıdır.Fizioloqların
dediklərinə görəməs beyinə “verilən”nitq hərəkəti beyinin (onun mtiyəyən
sahəsini bir nitq orqanı kimi işləməyə məcbur edir.
Artikuliyasiya aparatının inkişafı üçün müxtəlif vastələrdən istifadə etmək
məsləhət görülür.Kiçik quruplarda şarı üfürmək,ucadan gülmək nazik və yoğun
səs çıxarmaq kimi məşqlər aparmaq olar körpə uşaqlar səslə oynamağı çox
sevirlər.Hələ heç bir söz deməyi bacarmayan uşaq müəyyən səs çıxarır və
qığıldayaraq onun müxtəlif vaxtlarda təkrar edir .Sonralar uşaq sözlərlə
oynamağa(eyni sözü gah ucadan, gah alçaqdan , gah pıçıltı ilə ,gah aydın , gah
anlaşılmaz şəkildə,gah bütöv , gah həyəcanla,gah tez,gah uzada-uzada , gah
aydın şəkildə , gah mahnı ilə)ana dilini başa düşməyə başlayır , onun
quruluşunu mənimsəyir.
Bu və ya digər səsin tələffüzü üzrə iş apararkən onu müxtəlif nitq materialında
möhkəmləndirilməsi zəruridir.Uşaqlara adında həmin səsin olduğu əşyalar
tapmağı, sözü, ifadəni deməni, yamltmac , şeir oxumağı tələb etmək
lazımdır.Körpə uşaqlar vəznli nitqi, onun səslənməsini sevir , şeiri xoşlayırlar ,
şeirdəki ahəngdarlığı, ritmi onun yaşına inkişafına uyğun olmadığında tez-tez
folklor nümunələrinə( şeir,oyun-nəğmə,sayınaca,yamltmac , tapmaca və s.)
müraciət etmək lazımdır.Bu prosesedə uşaqlar əvvəlcə haqqında söhbət
gedərkən canlı və ya cansız əşya (yaxud təsviri) ilə tanış edilməlidir.Belə
olduqda folklor nümunəsi uşaqların şəxsi təəssüratı və ya həyəcanları ilə bağli
olur,onlar sözün arxasında duran bağlılığı dərk edirlər.
Dil və dodaq əzbərlərinin yamsəlamaq üzrə rəngarəng oyunlardan istifadə
etmək faydalıdır.Belə oyunlarda tərbiyəçi səsin düzgün tələffüzünü göstərir.
Uşaqlar onu təqlid etməklə nitq orqanlarım hərəkət etdirilər.Səs təqlidi üzrə iş
aparakən səslənən alət və ya hecalarıneynilə çıxarmağa göstərməyə ehtiyac
yoxdur.
Oyuna başlamazdan əvvəl həmin əşya ,heyvan , quş və həşəratın onların
səsinin uşaqlara tannış olub - olmaması öyrənilməsidir.
“Barmaqlarla oyun”.Tərbiyəçi öz əlinin barmaqlarına baxıb deyir:
-Bu ,baş barmaqdır,bunlar balaca barmaqlardır bu isə lap kiçik
barmaqdır.Bunları hamısı bir yerdə ,doğma qardaş kimi yaşayırlar.
Sözlər
-Barmaq ,sən harada idin?
Bu qardaşla meeşəyə getmişdim Bu qardaşla şorba bişirdim.
-Bu qardaşla aş yeyirdim.
Bu qardaşla nəğmə oxudum.
-O kiçik qardaşla hansı mahnı oxudu?Uşaqlar tanış mahnı oxuyurdular.
Hərəkətlər
Tərbiyyoçi baş barmağı göstərir ona müraciətlə sual verir və növbə ilə
barmaqları qatlayır.
“Qəribə torba”tərbiyyəçi torbaya müxtəlif heyvan,quş və cücülərin təsvir edən
oyuncaqlar qoyur uşaqlardan biri oyuncaqları bir-bir çıxarıb yoldaşlarına
göstərir,ucadan adını deyir onun necə səs
çıxardığını(hürür,miyoIdayır,banlayır,mələyir,mızıldayır və.s)bildiri nəhayyət
onun səsini çıxarır.
“Tap görüm bu nədir”?bu oyun kiçikqurup uşaqlarını daha çox maraqlandırır.
Tərbiyyəçi:
-Nə məə-məə eləyir?
Uşaqlar:
-Qoyun (quzu)
Tərbiyyəçi
-Nə ham-ham-ham eləyir.
Uşaqlar:
-İt.
-Uşaqlar,indi siz deyin,mən tapım.
Uşaqlar canlıların səsini çıxarır tərbiyyəçi tapıb onun adını deyir.
Tərbiyyəçi uşaqlardan birinə otaqdan çıxıb,qapının arxasında durmağı təklif
edir.O uşaqlarla məsləhətləşib birlikdə hansı heyvanınsa səsini çixarırlar,qapının
dalında dayanan uşaq onun adını deyir.Sonra onun yerinə başqa bir uşaq keçir
oyun belə davam edir.
“Xoruz”uşaqlar və tərbiyyəçi dövrə vurub sutullarda əyləşirlər ortada xoruz
üçün stoll qoyulur.Tərbiyəçi xoruzun al qırmızı papağını göstərib uşaqlara
müraciət edir:
-Uşaqlar,bu kimin papağıdır?(xoruzun)
-Bəli,bu xoruzun papağıdır gəlin indi ona qədər saymaqla oynayaq onuncu kim
olsa o xoruz olur.
Beləliklə xoruzu seçir və papağı başına keçirirlər.Tərbiyyəçi onun qulağına
deyir ki uştula əyləşən kimi”quqquliqu”deyə qışqırmalıdır.Xoruz ustula əyləşib
ucadan “banlayır”.Sonra tərbiyyçi və uşaqlar oxuyurlar:
Ay pipiyi qan xoruz!
Gözləri mərcan xoruz!
Sən nə tezdən durursan?
Qışqırıb banlayırsan,
Qoymursan yatmağa Aycanı məstan xoruz!
Uşaqlar bir neçə dəfə xoruz kimi banlayır yeni xoruz seçirlər.Tərbiyyəçi Ayrı-
ayrı uşaqlar tərəfindən səslərin düzgün tələfıiz edilməsinə,intonasiyanın
gözlənilməsinə və nitqin ifadəlliiyinə fikir verir.
“Evcikdə kim yaşayır”? Tərbiyyəçiuşaqlan3-4 qurupa ayırır.Onlar tanış heyvan
və ya quşları təsvir edirlər.
Hər qurup sutullarla özü üçün evcik qurur.Onlar evciyə girib təsvir etdikləri
heyvan və ya quş kimi səs çıxarırlar.Tərbiyyəçi hər bir qurup üçün onların
tələfüz etməli olduqları səsi təkrarlayır.Sonra uşaqlardan biri növbə ilə evciklərə
yaxınlaşır “qapısmı”döyüb deyir:
-Evcikdə kim yaşayır?
-Evcikdən səs gəlir:
-Hom-ham-ham
-Mo-mo-mo
-Mə-mə-mə
-Qa-qa-qa
Cik -cik -cik və.s
Uşaq yoldaşlarının çıxardığı səsə görə evcikdə kimin yağadığını tapır.
Uşaqlar səsləri tələfüz etməsələr,tərbiyəçi onu təkrar etdirməlidir.Əgər uşaqlar
“evcikdə kim yaşayır”? Sualına “cücələr”cavabını versələr uşaq cücənin necə
səs çıxardığını xəbər almalıdır.
Səsi yamsılama üzrə hrəkətli olmaq daha maraqlıdır.
Qatar uşaqlar sıra ilə bir birindən tutub yeriyir və qatarın fitini (du-du-
du),təkərlərinin səsini (ta-ta,ta-ta,ta-ta,ta-ta)buxarın fışıltısım (juy-juy və ya fışş-
fışş)təqlid edirlər.
Səsi yamsılamağa aid hekayələr və şeirlər üzrə işdə təşkil etmək
lazımdır.Tərbiyyəçi səs təliminə imkan verən sadə hekayələr tətbiq edə
bilər.Meşəyə gəzinti üzrə tətbiq edilmiş hekayədə quşların səsindən,çayın
şırıltısından ağacların əsməsindən,həşəratın səsindən söhbət açmaq
mümkündür.bütün belə tədbirlər bəzən fayda verməyə bilər ona görə də
tərbiyəçi bir növ loqopedik xrakterli vəzifələrin həyata keçirilməsinə də fikir
verilməlidir.bu məqsədlə aşağıdakıları yerinə yetirmək olar.
1.Dilin Çevikliyini inkişaf etdirmək (Dili enli və ensiz etmək enli olduqda aşağı
dişlərin kənarı vəziyyətində saxlamaq,yuxarı dişlərə qaldırmaq onu arxaya ağzın
dərinliyinə çəkmək)
2.Dodaqların çevikliyini təmin etmək(dodaqları-qabağa
uzatmaq),dairələndirmək,gülümsəmə vəziyyətində dartmaq,yuxarı dişlərlə
aaşağı dodaqlarda yarıq,nov düzəltmək)
3.Aşağı çənənin müyəyən vəziyyətdə saxlamaq bacarığın inkişaf etdirmək.
Dostları ilə paylaş: |