Biometrik məlumatların aviasiya təhlükəsizliyinin təmini məqsədi ilə tətbiqi
2.3 Biometrik parametrlərin üstünlükləri və nöqsanları
Hər bir biometrik parametrin müəyyən üstün və nöqsanlı cəhətləri var, konkret tətbiq üçün parametr seçdikdə onları nəzərə almaq lazımdır. Altı ənənəvi biometrik parametrin müsbət və mənfi cəhətlərinə daha ətraftı nəzər salaq.
Barmaq izi
Üstünlükəri
Subyektin bir neçə barmağı var.
Bir qədər təlimdən sonra istifadə edilməsi asandır.
Bəzi sistemlər kiçik yer tuturlar.
Böyük həcmdə verilənlərin mövcudluğu fon və/və ya qara siyahi ilə yoxlamaya imkan verir.
Barmaq izləri şəxsin identifikasiyası üçün artıq çoxdan kriminalistikada istifadə edilir.
Barmaq izləri məhkəmə ekspertizasında tətbiq üçün olduqca münasibdi, Cinayətkarlar çox vaxt cinayət yerlərində (maşında, qapı dəstəklərində. Şüşədə, silahda) barmaq izlərini qoyurlar.)
İllərla istifadə ərzində bir çox böyük sistemlərdə..səmərəli olduğu isbat edilmişdir.
İnsanın hər bir barmağının izi unikaldır va qılıcların yerləşməsi insanın həyatı boyunca sabit qalır.
Nöqsanları
Barmaq izləri insanların şüurunda kriminalistika ilə əlaqələndirilir. Bəzi mədəniyyətlərdə barmaq izləri savadsız insanlarla da əlaqələndirilir.
Barmaq izi təsvirini almaq üçün barmağı sensorun səthina sıxmaq lazımdır, bu texniki çətinliklərə və sensorun təmizliyi ilə əlaqali problemlərə səbəb olur
Çoxsaylı fərdlər tərəfindən istifadə edilən sensora toxunmaq gigiyenik və sosial narahatlıqlar yaradır.
İnsanın yaşı və məşğuliyyəti bəzi sensorların tam və dəqiq barmaq izi təsviri götürməsində çətinliklərə səbəb ola bilər