Azərbaycan hava yollari” qapali səhmdar cəMİYYƏTİ MİLLİ aviASİya akademiyasi fakultə



Yüklə 175,53 Kb.
səhifə34/35
tarix12.03.2022
ölçüsü175,53 Kb.
#53653
1   ...   27   28   29   30   31   32   33   34   35
Biometrik məlumatların aviasiya təhlükəsizliyinin təmini məqsədi ilə tətbiqi

4.2 Bertilyon sistemi

Biometrik identifikasiya elminin başlanğıcı Alfons Bertilyonun (1853- 1914) Paris habsxanaları üçün yaradılmış sistemi hesab edilir. Bertilyon Paris cinayət polisində mirzə işləyirdi ve cinayətkarların fotoşəkillarinin tutuşdurulması ilə məşğul olurdu. Bertilyonun atası ve babası antropoloq idi. O özü- özüna sual verirdi: "Təbiətşünasların bir insanı digərlərindən səhvsiz fərqləndirməyə imkan verən “cinayətkar möhürü” kəşf etdiyi bir zamanda nə üçün köhnə, son dərəcə nöqsanlı metodlardan ikiəlli yapışmaq lazımdır” Bu möhur insan bədəninin ölçüləri idi.Bertilyon qeydiyyata alınmalı olan bütün cinayətkarların ölçülərini götürməyə icazə istədi. Bertilyon qısa müddət ərzində olduqca çox sayda dustağın ölçüsünü götürür, bu zaman o əmin olur ki, müxtalif insanlarda bədənin ayrı-ayrı hissələrinin ölçüləri üst-üstə düşa bilər, lakin bədənin dörd və ya beş hissasinin ölçüləri heç zaman eyni vaxtda üst-üstə düşmür.

1879-cu ildə Bertilyon Paris həbsxanasının rəisinə məruza göndərir, məruzədə öz ölçmələri haqqında danışır və Ketle qanuna istinad edir, bu qanuna görə müxtəlif insanlarda boy göstəricilərinin üst-üstə düşmə ehtimalı 1:4 olur. Eyni zamanda o qeyd edir ki, yaşlı adamın sümüklərinin ölçüsü onun bütün həyatı boyunca kiçilmir. Bertilyon on dörd parametri ölçərək cinayətkarların kartına daxil etməyi təklif edirdi, bu halda 1:286 435 465 ehtimalını almaq olar. Ölçü vahidlərinin seçimi yetərinca böyük idi. Buna görə də bədən hissalərinin ölçülərinə görə insanın tam identifikasiyası haqqında danışmaq olardı. Bu metod Bertilyonaj adını aldı. Bertilyon həmçinin kartoteka da işləyib hazırladı, onun köməyi ilə verilmiş şəxs barəda məlumatın olub-olmamasını bir neçə dəqiqəyə aydınlaşdırmaq olardı.

Bu sistem insan bədəninin müəyyən parametrlərinin boy, əlin uzunluğu, kəllənin uzunluğu va eni kimi ölçülməsinə əsaslanır (ölçmələr kontr-pərgarın köməyi ilə aparılırdı). Bertilyon sistemi insanı ən müxtəlif əlamətlərlə də xarakterizə edirdi, o cümlədən məsələn, çapıqlara va xallara göra, hamçinin qulaq formalarının va qüzehli qişanın maraqlı klassifikasiyası da daxil idi. Bertilyon sistemi praktikada geniş istifadə edilirdi, lakin sonda yetərincə etibarlı olmadığı etiraf olundu. Onun yerinə barmaq izlərinin analizi metodları gəldi. Elə bu zamanlar artıq polis direktoru olan A.Bertilyon saxlanmış bütün şəxslərdən barmaq izlərinin götürülməsi prosedurunu həyata keçirirdi. Bertilyon çox böyük kartoteka yaratmağa va onun köməyi ilə bir çox cinayəti açmağa nail olmuşdu. 1891 - 1892-ci illərdə Ravaşol ləqəbi ilə fəaliyyət göstərən anarxist bütün Parisi dəhşətə salmışdı O həbs edildikdə Bertilyon öz kartotekasının köməyi ilə onu təhlükəli cinayətkar Keniqşteyn kimi identifikasiya etdi. Bu hadisədən sonra bertilyonajın bütün Avropada təntənəli yürüşü başladı



NƏTİCƏ

Hava limanlanında biometrik vasitələrdən istifadənin bir çox üstün cəhədlərini saydım. Bu səbəbdəndə qeyd edə bilərik ki, hava limanlarında tanınma vasitələrindən istifadə təhlükəsizliyin səviyyəsini daha da artırmağa şərait yaradır. Biometrik parametrlərin dəyişilməzliyini nəzərə alsaq qeyd bilərik ki, biometrik sistemlərdən istifadə bir çox terror aktlarını, saxta pasportlardan istifadənin və s. qarşısını alır. Ona görədə dəyə bilərik ki, bütün hava limanlarında biometrik vasitələrin tətbiqi olması vacibdir. Çünki hava limanı üçün əsas proses təhlükəsizlikdi. Aviasiya təhlükəsizliyinin yüksək olmasıda sərnişinlərin rahat və heç bir hədə olmadan səyahətlərinə şərait yaradır.




Yüklə 175,53 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin