ISpring QuizMaker



Yüklə 20,87 Kb.
tarix02.01.2022
ölçüsü20,87 Kb.
#35874
QuizMaker ləman səhifə 97-101


QuizMaker

iSpring QuizMaker proqramın əsas funksiyası tez və çevik şəkildə elektron test və elektron anket hazırlamaqdır. Proqrama daxil olduqda açılan pəncərədə proqramda işləmək üçün istifadəçiyə üç variant təklif olunur.

•Yeni test yarat

•Yeni test yarat

Əvvəlki testlər üzərində işlə

Yeni test yaratmaq üçün aşagıdakı ardıcıllğı yerinə yetirmək lazımdır.

1.Başlanğıc pəncərədə sözü gedən funksiyanı -( новый тест) funksiyasını seçmək lazımdır.

2.Əsas menyuda test sualları (вoпрoс тестa) funksiyasını seçmək lazımdır.

3. Test sualları menyusunda 11 növ sual yaratmaq mümkündür. Bütün sual növləri şəkildə göstərilmişdir: 1.Верно/неверно- düz/səhv, 2.  Одиночный выборе-bircavablı test, 3. Множественный выбор-çoxcavablı test, 4. Ввод строки-cavabı sətirə yazmaq, 5. Соответствие-uyğunluq, 6. Порядок-ardıcıllıq, 7. Ввод числа-müqayisə, 8. Прoпyckи-keçidlərlə cavablar, 9. Вложенные ответы-hər siyahıdan düzgün cavabı seç, 10. Бaнk cлoв-söz bankı, 11. Активна убласы-aktiv sahəni göstər.

4. Bunlardan birini, bircavablı test növünü seçirik. Açılan pəncərinin sol tərəfindəki sütunda test haqqında məlumat-başlıq və test suallarının sayı görünəcəkdir. Pəncərənin qalan hissəsində isə cari test sualı hazırlanır. Aşağıdakı şəkildə adi test sualının hazırlanma qaydası göstərilib. Burada yuxarı hissədə sual yazılır, aşağı hissədə cavablar əlavə olunur. Cavabların sayı müəllifin istəyindən asılıdır. Əgər biz bircavablı test növünü götürmüşüksə düzgün cavab kimi gös tərəcəyimiz variantın qarşısındakı dairəni klikləməklə qeyd edirik. Cavabları hazırlayarkən varinatlarda yazılmış sözləri silib, özümüz uyğun cavabları yazırıq. Lazım olduqda müvafiq düymə vasitəsi ilə cavab əlavə olnunur və ya silinir. Testin sual hissəsinə şəkil, səs, video, düstur əlavə etmək olar. Həmçinin sualın cavab variantlarına da şəkil və düstur əlavə etmək olar.

5.Möcud pəncərənin aşağı hissəsinda testin ayarları (настройки) bölməsi yerləşir. Burada hazırlanacaq testin parametrlərini tənzimləmək olar.

Oxşar şəkildə anket sorğusu yaratmaq mümkündür. Bunun üçün 12 növ sual yaratmaq imkanı vardır.

Bunlardan başqa proqrama hazır testləri əlavə edib üzərində işləmək də olar. Bunun üçün əsas paneldə ya da fayl menyusunda "aç" (открырь) funksiyasını seçmək lazımdır.

Əsas paneldə testin "xassələri" (cвойства) funksiyası vardır. Buradan testin müxtəlif xassələrini tənzimləmək olar. Məsələn, testin adını, ölçüsünü, cavabların qiymətləndirilməsini , testə vaxt məhdudiyyəti qoyulmasını, sualların təqdim olunma ardıcıllığın, testin nəticəsi haqqında məlumat verilməsini vədigər göstəriciləri tənzimləmək olar.

Bunlardan başqa əsas paneldə testə ilkin baxış (пpocтoтp), testə başla (плеер) və nəşr et(рубликачия), kimi funkisyalar vardır.

Hazırlanmış məhsulu fayl menyusundan yadda saxla (coxpaнить ya da coxpaнить кок) funksiyası vasitəsi ilə yadda saxlamaq olar.

Bir variantda yaddaşa verildikdən sonra eyni ardıcıllıqla sadəcə sənədin adını dəyişməklə(test 2) başqa variantlar da yaratmaq mümkündür.

TÖVSİYƏLƏR


  • iSpring QuizMaker Proqramını http://www.quizmaker.com və ya http://www.ispring.ru/ispring-quizmaker linklərinə daxil olaraq yükləyə bilərsiniz.

  • Bu programda bir neçə variantda hazırlanmış qiymətləndirmə vasitələrini kompyuterdə şagirdlərə təqdim etmək şagirdlərin mövzu, bölmə vəs. haqda biliklərini səmərəli şəkildə yoxlamaq olar.

  • iSpring QuizMakerproqramı vasitəsi ilə diaqnostik, formativ və summativ qiymətləndirmə vasitələri hazırlayıb dərc etmək və tədris prosesində istifadə etmək olar.

  • iSpring QuizMakerprogram vasitəsi ilə müxtəlif test nümunələri, sorğular vəs. Hazırlayıb müstəqil şəkildə özlərini yoxlamaq üçün internet vasitəsi ilə şagirdlərlə paylasmaq olar.

  • iSpring QuizMaker proqramında təkcə bilikönümlü testlər yox , şagirdlərin təfəkkürünü inkişaf etdirən açiq suallar, məntiqi uyğunlaşdırma, esse tapşırığı vermək olar. Testlərin cavablandırılmasına lazım olduğundan az vaxt qoymaqla şagirdləri psixololoji cəhətdən də imtahanlara hazırlamaq olar.

Tapsiriq 1:iSpring QuizMaker proqramından istifadə edərək öz fənninizdən sonuncu keçdiyiniz mövzu üzrə , on ədəd sualdan ibarət test tapsini hazırlayın.

Tapşırıq 2:iSpring QuizMaker proqramında öz fənninizdə har hansı bir bölməni əhatə edən qarışıq tərkibli test hazırlayın. Tapşırığın şərtləri aşağıdakı cədvəldə göstərildiyi kimi olsun.



N:

Tapşıtığın şərtləri

Şərtlərin kəmiyyət göstəriciləri

1

Sualların ümumi sayı

15

2

Sualların cavablandırılmasına qoyulmuş ümumi vaxt

20

3

Düz/səhv sualların sayı

2

4

Bircavablı test suallarının sayı

6

5

Çoxcavablı test suallarının sayı

2

6

Açıq sualların sayı

1

7

Uyğunlaşdır suallarının sayı

2

8

Ardıcıllığı müəyyən et suallarını sayı

1

9

Aktiv sahəni seç suallarını sayı

1

10

Nəticənin hesablanması

Bal sistemi

11

Hər səhv cavab görə cərimə

0.25%

97-101 səhifələr
Yüklə 20,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin