Azərbaycan hava yollari” qapali səhmdar cəMİYYƏTİ MİLLİ aviASİya akademiyasi fakultə



Yüklə 175,53 Kb.
səhifə5/35
tarix12.03.2022
ölçüsü175,53 Kb.
#53653
1   2   3   4   5   6   7   8   9   ...   35
Biometrik məlumatların aviasiya təhlükəsizliyinin təmini məqsədi ilə tətbiqi

1.1 Autentifikasiya vasitələrinin növləri
Şəxsiyyətin kimliyinin düzgün müəyyən edilməsi üsullarını hansı faktora əsaslanmalarından asılı olaraq üç böyük kateqoriyaya bölmək olar:

  • Nəyəsə ise malik olmaya asaslanan üsullar: bunlara adətən şəxsiyyəti təsdiq edən müxtəlif sənədlər (pasport, şəxsiyyət vesiqəsi, sürücü vəsiqəsi, tələbə bileti), həmçinin maqnit kartlar, smart-kartlar, touch memory və birdəfəlik parolların generasiyası üçün istifadə edilən fərdi generatorlar aid edilir. •

  • Gizli nəyisə bilməyə əsaslanan üsullar: misal olaraq adi parollan, fardi identifikasiya nömrələrini (Personal Identification Number, PIN), həmçinin gizli və açıq açarları göstərmək olar.

  • Hansısa ayrılmaz xüsusiyyətlərə əsaslanan üsullar: bu kateqoriyaya istifadəçinin biometrik xarakteristikalarının (barmaq izləri, sifət, səsin xarakteristikaları, əlin həndəsəsi, əl imzaları, gözün qüzehli qişası və s.) yoxlanmasına əsaslanan üsullar daxildir.

Şəxsiyyətin. müəyyən.edilməsi (autentifikasiya) üsullarnın əsaslandığı faktorların rnüqayisəsi cədvəl 1.1-də ümumiləşdirilir.

Cədvəl l.l. Autentifikasiya üsullarının muqayisəsi

Cədvəldən də görünür ki, autentifikasiya vasitəsi biometrik xarakteristikaların aşkar üstünlükləri var.

İlk iki üsulıın çatışmayan cəhətləri ondan ibarətdir ki, insanların kredit kartı kimi malik olduğu maddi əşyaların itirilməsi va başqası tərəfindən asanlıqla istifadəsi hər zaman mümkündür. Parol, PIN-kod kimi yadda saxlanılan məlumətlar tez-tez unudulur, bir çox halda düzgün seçilmədiyi üçün etibarsız olur, bəzən də kifayət qədər etibarlı saxlanmadığı üçün qanunsuz istifadə edilir. Aparılan sorğular ğöstərir ki, insanların dörddə biri ATM kartlarının kodunu unııtmamaq üçün kartın üzərinə yazırlar. Belə kart itirildikdə qanunsuz istifadəçi asanlıqla ondan istifada edir. Asan yadda saxlamaq üçün seçilən parolların bir çoxu şəxslərin öz adları, soyadları, film qəhramanlarının adları, telefon nömrəlrəi, doğum tarixləri kimi etibarsız parollardır. Seçilan parolun lüğətdən ixtiyari söz olması belə onun etibarını dəfələrlə azaldır. Düzgün seçilməmiş belə bir parolun şəxsə və yaə təşkilata vura biləcəyi ziyanı izah etməyə ehtiyac yoxdur. Plastik kartların, mobil telefonların və internetin istifadəsi bəzən onlarla müxtəlif parolu yadda saxlamağı tələb edir ki, bu da başqa bir çətinlikdır. Biometrik məlumatların autentifikasiya vasitəsi kimi şəksiz üstünlükləri var. xususi, mürəkkəb vasitələr olmadan biometrik məlumatların oğurlanması, saxtalaşdırılması va paylanması çox çətindir, onların itirilməsi və ya unudulması isa qeyri-mümkundür. İlk iki üsul gündəlik hayatda geniş tatbiq olunur. Şəxsiyyətin düzgün müəyyən edilməsi üçün bu yanaşmalardan birgə istifadə edilməsi daha etibarlıdır. Biometrik malumatların onlara əlavəsi isə xüsusi əhəmiyyət kəsb edir.




Yüklə 175,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin