Bu metodlardan hər birinin öz zəiflikləri vər, Temperaturun olçülməsi asanlıqla aldadıla bilər. Nəbzin aşkarlanması və elektrokardioqram saxtakar tərəfindən saxta barmaq izi təqdim olunduqda belə, diriliyi aşkarlaya bilər. Iakin saxtakar yalnız barmaq izini örtən yarımşəffəf saxta barmaqdan istifadə edə bilər. Patentlər alınmasına baxmayaraq yuxarıdakı sistemlərin çoxu ticarət mahsullarına çevrilməyib. Dielektrik reaksiya va tam müqavimətin aşkarlanması sistemləri istisnadır. Diriliyin aşkarlanması üçün təşkilati metodlardan da istifadə etmək olar, bu metodların mahiyyəti autentikasiya proseslərinin elə təşkilindan ibarətdir ki, mulyajların istifadəsi çətinləşsin və ya istisna edilsin.