Azərbaycan hava yollari qapali səhmdar cəMİYYƏTİ MİLLİ aviASİya akademiyasi faküLTƏ



Yüklə 409,25 Kb.
səhifə2/7
tarix10.05.2022
ölçüsü409,25 Kb.
#56975
1   2   3   4   5   6   7
aviasiya təhlükəsizliyi - 3 M.Ləman

Uçuşların təhlükəsizliyi insanların həyat və sağlamlığına hədə yaratmayan uçuşların həyata keçirilməsi qabiliyyətini müəyyən edən, hava nəqliyyatının və avia işlərin kompleks xarakteristikasıdır. Mülki hava gəmilərinin uçuşlarının təhlükəsizliyinin təmini mürəkkəb məsələdir. Bu məsələ mülki aviatexnikanın və bu texnikanın istismarçılarının birgə əməyi ilə həll edilir. Uçuşların üzrə tələblərin təməli aviatexnikanın proyektləşdirilməsi, istehsal edilməsi və sinaqdan çıxarılması mərhələlərində, hava gəmisinin konstruksiyasında və onun isthsal texnoogiyasında qoyulur və həyata keçirilir. İstismar mərhələsində isə bu talablar, hava gəmilərini yerdə və havada istismar edən uyğun xidmətlərin işlərinin təşkili nəticəsində təmin edilir. Bir sözlə, uçuşların təhlükəsizliyi hava gəmisinin etibarlılığından, bu hava gəmilərinə xidmət edən və onu istismar edən heyətin ixtisas saviyyəsindən ( peşəkarlığından ) asılıdır.

Aviasiya haqqında Azərbaycan Respublikasının Qanununda ( iyun 2005-ci il, № 994- IIQ ) uçuşlarının təhlükəsizliyi belə müəyyənləşdirilir- aviasiya qəzaları və insidentləri baş vermədən, insanın həyatına, sağlamlığına və əmlakına zərər vurulmadan və bütövlükdə hər hansı narahatçılığa yol vermdən uçuşların hayata keçirilməsi Aviasiya təhlükəsizliyi dedikdə, mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə aktlarının qarşısının alinması üçün nəzərdə tutulan tədbirlər kompleksi, həmçinin maddi və insan resursları başa düşülür. Yəni, aviasiya təhlükəsizliyi aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə aktlarından qoruna bilmə halını xarakterizə edir.

Aviasiya təhlükəsizliyi aviasiya təhlükəsizliyi xidmətinin yaradılmasını və fəaliyyət göstərməsini, aeroportun, hava gəmilərinin və mülki aviasiya obyektlərinin mühafizəsini, heyət üzvlərinə, xidmət edən heyata, sərnişinlərə, onların əl yükünə və baqajina, poçta, yüklərə va bort ehtiyatlarına baxışın keçirilməsini, hava gəmilərinin zəbt edilməsi və qaçırılmasının qarşısının alınmasını va aradan qaldırılmasını özündə əks eləyən kompleks tədbirlərlə təmin edilir.

Aviasiya aeroportların və aviaşirkətlərin aviasiya təhlükəsizliyi xidməti və mühafizə xidməti, həmçinin Azərbaycan Respublikasının qanunları ilə bu hüquqlar verilən xüsusi səlahiyyətli orqanlar tərəfindən təmin edilir.




Yüklə 409,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin