Azərbaycan hava yollari


Layihə sənədlərinin xüsusiyyəti



Yüklə 16,68 Kb.
səhifə4/4
tarix02.01.2022
ölçüsü16,68 Kb.
#35376
1   2   3   4
1468A Orucov İzzət S.iş №6

Layihə sənədlərinin xüsusiyyəti

ALS üzrə sənədlər üçün 5 təsnifat qrupu təyin edilir.



  1. Kağız lentdə və ya vərəqdə;

  2. Maşın daşıyıcılarda;

  3. Foto daşıyıcılarda (mikrofilmlər, fotoşablonlar və s.);

  4. Qarışıq (sənədlər iki və ya daha çox daşıyıcıda yerinə yetirilir);

  5. Ehtiyat qrup.


Layihə sənədlərinin sayı

ALS üzrə istehsalat qabiliyyəti kiçik (az), orta və yüksək təyin edilir. Bu zaman layihə sənədlərinin sayı il ərzində A4 formatında hesablanmaq şərti ilə 103 до 106 arasında dəyişilə bilir.



Texniki təminat strukturunda səviyyələrin sayı

Bu əlamətinə görə ALS bir, iki və üç səviyyəli ola bilir..

Texniki vasitələrin Bir səviyyəli kompleksinin əsasını orta və yüksək dərəcəli EHM-lər təşkil edir. Bu maşınlarda verilənlərin proqram emalı, verilənlərin saxlanılması yerinə yetirilir. Mini EHM-lərdən istifadə edilərkən belə komöplekləri avtomatlaşdırılmış iş yerləri (AİY) adlandırılır.
Mini və mikro EHM-lərin sürətli inkişafı AİY-nin yaradılmasına səbəb olur. Belə iş yerləri təkcə əlifba-rəqəm və qrafiki displeylərdən deyil, həm də mikro EHM-lərdən ibarətdir.
Mikro EHM-lərin mövcudluğu kompleksin tərkibindəki terminalların sayının kəskin artırılmasına imkan verir. Eyni vaxtda işləyən istifadəçilərin sayı da bu zaman arta bilər. İstifadəi sayının artması və icra edilən layhə prosedurlarının genişləndirilməsi daha müasir mini EHM-lərə tələbatı artırır.
Beləliklə, bir səviyyəli ALS-da verilənlər bazası və tətbiqi proqramlara istiqamətlənmiş vahid monitor sistemləri istifadə edilir. Terminal mikroEHM-lər əsas EHM-lər ilə proqram cəhətdən uyğundurlar və əsas EHM-də tapşırıqların hazırlanması və həll edilməsi üçün və yaxud da həmin proqram və informasiya vasitələri ilə daha sadə tapşırıqların həlli üçün nəzərdə tutulur.
Bir səviyyəli ALS-ın imkanları məhduddur. Buna görə də iri müəssisələrdə ALS üzrə EHM-lərin son inkamlarından istifadə olunmasına cəhd edilir. ALS-ın səviyyələrindən biri bir və ya bir neçə EHM əmələ gətirir. Bu səviyyə eyni zamanda Mərkəzi Hesablayıcı Kompleks (MHK) adlandırılır.
Bunlar yüksək hesablayıcı resurslara malik olan və nisbətən mürəkkəb proqram prosedurları vasitəsilə verilənlərin proqram emalının funksiyasını səmərəli yerinə yetirir.
İstifadəçinin ALS ilə səmərəli əlaqəsi və çox sayda nisbətən az mürəkkəb olan tapşırıqların həlli üçün ALS-da ikinci səviyyənin olması məqsədəuyğundur. Bu interaktiv-qrafiki kompleks (İQK) adlandırılır.
MHK və İQK-nin hər səviyyəsində özlərinin layihə prosedurlarına malikdirlər. Bu prosedurlar isə tapşırıqların müxtəlifliyinə uyğun olur.

İki səviyyəli ALS radial və dairəvi quruluşa malik ola bilər.

Məs. dairəvi quruluşda AİY hesablayıcı şəbəkədə dairəvi birləşir. Monitor sisteminin belə ALS funksiyası hesablayıcı şəbəkənin qovşaqları üzrə paylanır.


Üç səviyyəli ALS tərkibinə iki səviyyəli sistemin texniki vasitələrindən başqa periferik idarəolunan proqram avadanlıqlarının, məs., çertyoj avtomatı, fotoşablonların hazırlanma qurğuları və s.-də aiddir.
Yüklə 16,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin