Azərbaycan Hüquq Tarixi


 XVI-XVII əsrlərdə hüququn mənbələrinin səciyyəvi cəhətləri



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə30/59
tarix10.05.2022
ölçüsü0,64 Mb.
#57334
1   ...   26   27   28   29   30   31   32   33   ...   59
AHT konspekt ( çıxartmaq üçün ) 1

19. XVI-XVII əsrlərdə hüququn mənbələrinin səciyyəvi cəhətləri.

 

Səfəvilər  dövründə  də  hüququn  əsas  mənbəyi  qismində  islam  hüququ  çıxış  edirdi.İslamın 



əsas məzhəbinin prinsipləri əsas götürülsə də sünni məktəblərinin hüquqi toplularından da 

istifadə olunması qadağan edilmirdi. Mənbbələrin çoxluğuna təriqət fərqlərinə baxmayaraq 

bütün  müsəlman  dünyasında  olduğu  kimi  Səfəvilərin  hakimiyyəti  dövründə  onun 

qanunverincilik bazasını və mənbəyinı əsasən QURAN ,hədisləri və digər köməkçi mənbələr 

təşkil edirdi.Şiələr Əlinin əlehdarlarının adları ilə bağlı olan hədisləri qəbul etdirmirlər. 

Bu  dövr  ərzində  müsəlman  hüququnda  köklü  ictimai  dəyişiklər  baş  vermişdi.Buna  görədə 

müsəlman  hüququnun  başlıca  prinsipləri  əsas  göterməklə  yerli  adət-ənənələri 

müsəlmanların  həyat  tərzini  tarixi  şəraiti  şahların  vəzirlrin  verdiyi  və  tərtib  etdiyi 

qanunamələri də əhatə etmişdir. 

Bu  dövrdə  Fəzli  ibn  Zeynalabdin  ibn  Ruhulla  Xuzaninin  "Əfzəl  ət-təvarix"  ("  Tarixlərin  ən 

ləyaqətlisi") qeyd etmək olar. Xüsusilə də ən axırıncıda -"Əfzəl ət-təvarix"  də digər məsələrlə 

yanaşı ,hökümdarların,əsasən də əsasən də 

 I  Təhmasbın  bəzı  fərman,hökm    və  məktubların  surətilə  eynilə  verilmir.Burada  Səfəvilər 

dövrünün mühüm hüquq mənbələrindən biri olan " Dəstur ül-əməl-i Şah Təhmasib" adlanan 

qnunnamə barədə məlumat verilir. 

1556-cı  ildə  tərtib  edilmiş  həmin  qanunnamənin  tam  mətni  dövrümüzə  qədər  gəib 

çatmamışdır  və  "Əfzəl  ət-təvarix"ə  istinadən  bu  qanunun  vergilərin  növü  və 

miqdarını,mükəlləfiyyətləri,cərimələrini,onların  miqdarı  və  tətbiqi  qaydasını,hərbiçilərin 

statusunu,hərbi  xidmətə  keçmə  qaydalarını  və  s.  hüquqi  normalarını  əks  etdirdiyi  nəzərə 

çarpır.Qanunamə  96  maddədən  ibarət  idi.O,paytaxt  şəhərdə  daş  üzərində  həkk  olunaraq 

əhalinin ümumi toplaşdiğı yerə qoyulmuşdu. 

Həmin  dövrün  mütəfəkkiri  İsgəndər  bəy  Münşinin  "Tarix-i  aləm  arayi  Abbasi"  adli  dövrün 

hım hüquqi həm tarixi məsələlərini özündə əks etdirən əsasi qiymətli bir mənbədir.O dövrün 

hadisələrini ,Səfəvilərin hakimiyyət tarixinin şərhi ilə yanaşı burada dövlət quruluşu dövlət 

hakimiyyətinin  sturukturu  haqqında  ələlxüsus  dövlətin  ali  vəzifəli  şəxslərinin  təyin  edilmə 

qaydası barədə aqrar hüquq vergi siyasəti və beynəlxalq hüquq haqqında bir sıra məlumatlar 

verilir. Cinayət və cəza məsələlərinə toxunularkən mənsəb və rütbəsindən asılı olmayaraq 

bütün  təbəələr  tərəfindən  qanunlara  danışıqsız  tabe  olunması  vacib  hesab  edilir.Qanun 

qarşısına  hamının  bərabərliyi  prinsipini  cəza  təyini  məsələsində    də  önə  çəkilməsi  qeyd 

olunurdu. 




Tərtib olunmasında İsgəndər bəy Münşinin yaxından iştirak etdiyi digər bir mənbə-"Cameyi-

Abbas"  adlənan  hüquqi  topluda    müxtəif  məsələlərlə  bağlı  verilmiş  və  bu  fərmanlar  əks 

etdirilmişdir. 

Bu dövrdə şah fərmanları hüququn mənbəyi kimi fəaliyyət göstərilir.Hökümdar fərmanları  

dəstur ül-əməllərə nisbətən daha konkret sahəyə  aid idi. Əcnəbilərin hüquqi vəziyyətinin 

nizamlanması  baxımından  I  Təhmasibin  1566-cı  ilin  iyunun  29-da  verdiyi  fərman  xüsusi 

səciyyə 

daşıyır.Fərmanda 

ingilis 

tacirləri 

üçün 

bir 


sıra 

imtiyazlar 

nəzərdə 

tutulmuşdur.Fərmanlar  ümumi  xüsusiyyətlərindən  biri  də    məhdud  əraziyə  şamil  oluması 

idi.1571-1573-cü illərdə Təbriz şəhərində baş vermiş qiyam yatırıldıqdan sonra 1573-cü ildə 

Təbriz sənətkarlarini  və alverçilərini vergilərdən azad edir.1556cı ildə ölkədə həmin il üçün 

malcəhət və vücuhat verglərini o cümlədən 1565-cı ildə sənətkarlardan alınan tamğa vergisi 

ləğv edildi. 1629-cu ildə I Abbasın fərmanı ilə ayrı-ayrı xidmət sahələri üçün nəzərdə tutulmuş 

vergilər,bayramlarda və əlamətdar günlərdə ödənilən bir sira yiğımla ləğv edildi. 

 


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin