Azərbaycan Hüquq Tarixi


Azərbaycanın hüquq tarixi” nin predmenti, vəzifələri, hüquq elmləri



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə2/59
tarix10.05.2022
ölçüsü0,64 Mb.
#57334
1   2   3   4   5   6   7   8   9   ...   59
AHT konspekt ( çıxartmaq üçün ) 1

1.Azərbaycanın hüquq tarixi” nin predmenti, vəzifələri, hüquq elmləri 

sırasındakı yeri 

Azərbaycanın hüquq ənənələrini, hüquq abidələrini öyrənən  Azərbaycanın hüquq 

tarixi bir elm sahəsi kimi ötən əsrin ortalarından formalaşmışdır.Elmin predmentini 

müəyyən tarixi dövr ərzində ölkəmizdə hüququn növləri və formalarının yaranması, 

inkişafı,  birinin  digərini  əvəz  etməsi,    həmçinin  konkret  dövlətlərin 

qanunvericiliyinin,  onun  sahələrinin  və  hüquq    institutlarının  öyrənilməsi  təşkil 

edir.Hüquqi  proseslərin  təşəkkülü  və  inkişafı  məsələlərini  Azərbaycanın  hüquq 

tarixi həm zaman, həm də məkan hüdudları çərçivəsində araşdırır.Ölkəmizin hüquq 

tarixi onun ərazisində məskunlaşan əhali təbəqələrinin hüquqi məişətini və hüquq 

mədəniyyətini  öyrənir.Bu  fənnin  əsas  təyinatı  zəngin  tarixi  təcrübəni 

ümumiləşdirmək, rəhlil etmək və zəruri nəticələr çıxarmaqdan ibarətdir.Hüququn 

meydana gəlməsindən müasir dövrümüzə qədər olan vəziyyətin əks etdirildiyi əsas 

dövrlər zaman hüdudları ilə əhatə olunursa, həmin proseslərin baş verdiyi məkan 

hüdudları  yalnız  Azərbaycan  ərazisi  iləməhdudlaşır.Fənninmetodologiyasıölkəmiz 

ərazisində  mövcud  olmuş  tarixi-  hüquqi  faktların  və  hüquq  institutlarının  tarixi 

inkişafının qanunauyğunluqlarının öyrənilməsinin üsulları, vasitələri, prinsipləri və 

metodlarının  məcmusunu  özündə  ehtiva  edir.Fənnin  metodologiyasının  tərkib 

hissələrindən biri kimi ümumi idrak prinsiplərini: obyektivlik, idrakilik, determinizm, 

plüralizm,  nəzəriyyə  və  praktikanın  vahidliyi  prinsipini  göstərmək  olar.Fənnin 

metodologiyasının  dərk  edilməsi  üçün  metodlarda  istifadə  olunur.Metodlar  iki 

qrupa  bölünür.Birinci  qrupa  ümüumelmi  metodlar-  analiz,  sintez,  deduktiv, 

induktiv, ekzegetika daxildir.İkinci qrupa xüsusi metodlar daxildir. Bunlara konkret 

tarixilik  metodu,  müqayisəlj  tədqiqat  metodu,  müqayisəli  təhlil  metodu,  sistemli 

təhlil  metodu,  həmçinin  dövrləşmə,  hüquqi  bənzətmə  metodudaxildir. 

Azərbaycanın hüquq tarixi hüquqi- tarixi bir fənn kimi Azərbaycan tarixi fənnindən 

fərqli  xüsusiyyətlərə  malikdir.İlk  növbədə  hüquq  tarixi  Azərbaycan  xalqının 

dövlətçiliyinin  formalaşması  və  inkişafının,  bu  xalqın  malik  olduğu  hüquq 

abidələrinin,  hüququn  xalqın  həyatında  hansı  rola  malik  olmasının  mahiyyətini 

araşdırmaqla,  hüquqi  məsələlərə  xüsusi  diqqət  yetirir.Hüquq  tarixi  tarixi  hüquqi 

fənlərdən  ilk  növbədə  hüquq  nəzəriyyəsi,  xarici  ölkələrin  hüquq  tarixi,  həmçinin 

siyasi- hüquqi nəzəriyyələr tarixi ilə sıx əlaqələrə malikdir.Hər üç fənnin öyrənilmə 

obyektini  hüquqi  məsələlər təşkil  edir.Onlar  arasındakı  fərq  isə  ayrı-  ayrılıqda  bu 

fənlərin 

predment 

və 

metodlarının 



xüsusiyyətlərində 

özünü 


biruzə 

verir.Azərbaycanın  hüquq  tarixinin  sahəvi  hüquq  fənləri  ilə  sıx  əlaqələri 

mövcuddur.Azərbaycan  hüququnun  iki  min  ildən  artıq  inkişaf  yolu  davam 



etməkdədir.Milli  hüquq  ənənələrindəki  müəyyən  fasilələr  də  ümumi  mənzərəni 

dəyişmir,  yəni  Azərbaycan  hüququ  çoxsaylı  cəhətləri  ilə,  lakin  təkrarlanan 

cəhətlərilə vahid bir prosesdən ibarətdir.

 

 



 


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin