Azərbaycan Hüquq Tarixi


X-XII əsrlərdə Azərbaycanda hüququn mənbələri və xüsusiyyətləri



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə5/59
tarix10.05.2022
ölçüsü0,64 Mb.
#57334
1   2   3   4   5   6   7   8   9   ...   59
AHT konspekt ( çıxartmaq üçün ) 1

 

4.X-XII əsrlərdə Azərbaycanda hüququn mənbələri və xüsusiyyətləri 

Azərbaycanın  hüquq  tarixində  X-XII  əsrlər  özünəməxsus  xüsusiyyətlərə  malik 

olan dövrlərdən biridir. İctimai-siyasi proseslərin sürətlə baş verdiyi bu dövr ilk 

növbədə  yeni,müstəqil  Azərbaycan  feodal  dövlətlərinin  meydana  çıxması  və 

onların ərazisində yeni hüquq münasibətlərinin formalaşması və inkişafı ilə yadda 

qalmışdır. 

Bu  dövrdə  islam  dini  bütün  dövlətin  ərazisində  hakim  mövqeyə  malik 

olduğundan onunla üzvü surətdə bağlı olan müsəlman hüququ, eləcə də bütün 

qanunvericilik  sistemini  əhatə  edən  şəriət  öz  hüquqi  qüvvəsini  bu  dövrdə  də 

saxlayırdı,  yəni  əsas  hüququn  mənbəyi  qismində,  ərəb  işğalı  dövründə  olduğu 

kimi,  müsəlman  hüququ  çıxış  edirdi.  Müsəlman  hüququ  isə  Qurandan, 

Sünnədən, İcmadan, Təfsirdən, Qanundan və digər mənbələrdən qaynaqlanırdı. 

Həmin dövrdə hüququn mənbələri içərisində fərmanlar əhəmiyyətli yer tututdu. 

Şirvanşahlar  və  Eldənizlər  dövlətləri  tərəfindən,  xüsusilə  Azərbaycan  Atabəylər 

dövlətinin yaradıcısı Şəmsəddin Eldəniz tərəfindən verilən fərmanlarda ictimai-

siyasi  həyatın  müxtəlif  sahələri  ilə,  o  cümlədən  torpaq  münasibətləri,  əhalinin 

hüquqi vəziyyəti, vergi sistemi, mülkiyyət və vərəsəlik hüququ, inzibati hüquqla 

bağlı normalar əks etdirilmişdi. 




Azərbaycanda  həmin  dövrdə  inzibati  hüquq,  maliyyə  və  torpaq  hüququnun 

özəlliklərinin  aşkarlanması  baxımından    bir  mənbə  kimi  o  dövrün  dövlət  və 

ictimai-syasi  xadimi,  bacarıqlı  siyasətçi    Əbu  Əli  Həsən  ibn  Xacə  Nizamülkün 

Siyasətnaməsi mühüm əhəmiyyət kəsb edirdi. Siyasətnamədə dövləti idarəetmə 

qaydalarından bəhs edilir, dövlət hakimiyyətinin möhkəmləndilməsi baxımından 

ölkənin ədalət prinsipəri əsasında idarə edilməsi önə çəkilir. 

Siyasətnamədə  mülkiyyətin  formaları,  onların  hüquqi  xarakteristikası,  maliyyə 

hüququ ilə bağlı məsələlər, habelə ayrı-ayrı cinayətlərin kateqoriyaları haqqında 

məlumat verilir. 

O dövrün xarakterik hüquqi abidələrindən biri Kitabi-Dədə Qorqud hesab edilir. 

Bu mənbədə əsasən adət hüququdan bəhs edilir. Lakin bununla yanaşı, eposda 

cinayət və cəza məsələlərinə də az da olsa yer ayrılmışdır. Dövlətə qarşı qiyam, 

ayrı-ayrı dəstələrin bəylərə qarşı sui-qəsdləri, hökmdar əleyhinə çıxışlar barədə 

müəyyən  boylarda  məlumat  verilir  və  bu  əməllərə  görə  ağır  cəzalar,  əksər 

hallarda ölüm cəzası nəzərdə tutulsa da, bəzi hallarda günahın bağışlanmasına 

yol verilirdi. 

Həmin  dövrdə  meydana  çıxan  hüququn  mənbələrindən  biri  də  xaçpərəst 

albanlar  üçün  Gəncə  şəhərinin  kilsə  xadimi  Mxitar  Qoşun  1184-cü  ildə  tərtib 

etdiyi Qanunnamədir. Qanunamə 3 hissədən ibarətdir; giriş hissə, kilsə qanunları 

adlanan ikinci hissə və dünyəvi qanunlar adlanan üçüncü hissə. 

Giriş  hissədə  bu  qanunun  yazılmasının  səbəbləri,  tarixi  və  şəraiti,  onun 

əhəmiyyəti  və  qanunun  yazılması  zamanı  rəhbər  tutulan  mənbələr  qeyd 

olunmuşdu. 

Qanunnamənin ikinci hisəsi, yəni kilsə qanunları 124 maddədən ibarət idi. Bu 

müddəalarda  kilsə  təşkilati  və  həyati,  ər-arvad  vəailə  münasibətləri,  qeyri-

xristianlarla  münasibət,  ölüm  və  xəsarət  yetirmə,  kilsə,  vərəsəlik  və  əmlak 

bölgüsü məsələləri əks etdirilmişdir. 



Qanunnamənin  dünyəvi  qanunlar  adlanan  üçüncü  hissəsi  130  maddədən 

ibarət  olub,  müxtəlif  ictimai  münasibətləri  tənzimləyir.  Bunları  müəyyən 

qruplaşmalara – hakimlər vəmühakimələrlə bağlı, kəndlilər və xidmətlərlə bağlı, 

təbii  və  milli  sərvətlər  haqqında,  şəxsə  xəsarət  yetirmə  və  ölüm  haqqında, 

oğurluq, dələduzluq haqqında, ticarət və mülki münasibətlər haqqında və eləcə 

də digər məsələlərlə bağlı müddəaların əks etdirildiyi bölümlərə ayırmaq olar. 

 


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin