3.Qədim Azərbaycanda məhkəmə və proses
Məhkəmə qədim Azərbaycan quldarlıq dövlətlərinin mexanizmdə mühüm yer
tutur.Manna dövlətində ali hakimiyyət şaha məxsus idi.Onun yanında “Databara” (
Yeddilər Şurası”) adlı əyalət divanı fəaliyyət göstərir.Məhkəmə fəaliyyəti “Maqlar
Şurası”, vilayətlərdə “ belalilər”, icma büdudlarında isə “ bis bətha”lar tərəfindən
həyata keçirilirdi.Hökmdarın başçılıq etdiyi yüksək məhkəmə yerli məhkəmələrin
işinə nəzarət edirdi.Məhkəmə kollegiyasının tərkibinə 2 və daha çox hakim daxil ola
bilərdi.Bu dövrdə qədim arbitraj- məhkəməyəqədər münsiflər baxışı institutunun
bəzi elementlərinə rast gəlinir.Ədalət mühakiməsinin həyata keçirilməsində
maqlar- zərdüştilik kahinləri xüsusi rol oynayırdılar.Baş kahin qanunları yaxşı
bilməli, hakim qismində çıxış edərkən tərəflər kahinin qərarı ilə razılaşmalı
idilər.Qadınlar və yetkinlik yaşına çatmayanlar Avesta qanunlarını dərindən
bildikləri halda hakim ola bilərdilər.Qanuna görə şikayət edilə bilən və apellyasiya
şikayəti verilə bilməyən məhkəmə qərarları mövcud idi.Avestada mülki prosesə və
cinayət prosesinə bölünmə hiss olunur.Məhkəmə baxışına yönəldilə işlər iki hissəyə
bölünür: ümumi mülkiyyət haqqında olan işlər və mülkiyyətlə əlaqəsi olmayan
işlər.Həmçinin 2 növ sübut önə çəkilir: şifahi və maddi sübutlar.Məhkəmə
prosesində bəzən 3 şahidin olması tələb edilir.Müqəssir bilinən şəxs həbs
edildikdən sonra, məhkəmə onun öz təqsirini tam etiraf etməsinə nail olmağa
çalışırdı.Məhkəmə şikayətlər həm şifahi, həm yazılı verilirdi.Avestada vəkillik
institutu özünəməxsus şəkildə əks etdirilmişdi.Bir çox hallarda sübut qismində
ordaliya “Allahın mühakiməsi” geniş tətbiq edilirdi.Ordaliyanın üsulları müxtəlif idi.
“Dinkard” adlanan mənbədə bu sınağın 33 növü qeyd edilir.Onlardan ən çox
yayılanı od və su ilə sıbaqdan keçirmə idi.Belə sınaq xüsusilə din əleyhinə cinayətlər
üzrə, cadugərlikvə gizli günahların edilməsi hallarında məhkəmə proseslərində
tətbiq edilirdi.Məhkəmə prosesinin keçirilməsi üçün məhkəmə xərclərinin
ödənilməsini tələb edirdi.Tərəflər məhkəmə xərclərini ödəməyə borclu
idilər.Tərəflərdən hər hansı biri məhkəmə xərclərini ödəməkdən imtina etdiyi halda
və
yaxud
xərcləri
ödəmək
imkanı
olmadığı
təqdirdə
proses
dayandırılırdı.Məhkəməyə müraciət üçün də tərəflərə müəyyən vaxt
verilirdi.Hökmün çıxarılması, şahidlərin çağırılması və ümumiyyətlə bütün
məhkəmədəki prosessual hərəkətlərin edilməsi üçün müddətlər müəyyən
edilirdi.Avesta qanunlarında bir sıra hallarda cinayətkarların cəzalandırılması üçün
məhkəmə prosesinin keçirilməsinin zəruri olmadığı nəzərdə tutulur. Qanunlardan
imtina edən şəxslərə qanunlardankənar edilmişlər kimi rəftar edilir və onların
məhkəməsiz öldürülməsinə yol verilirdi.Qanun hakimlərdə düzgün və ədalətli
qərar çıxarmağı tələb edir, əks təqdirdə onların cəzalandırılmasını nəzərdə
tuturdu.Həmçinin Avesta da, hakimlərin o biri dünyada öz qərarlarına görə
məsuliyyət daşıyacaqlarını qeyd edir.
Dostları ilə paylaş: |