edilən bütün hüquqi sənədlərdə cinayət hüququ ilə bağlı normalar öz əksini
Qafqaz Albaniyasında cinayət hüququna aid olan məsələlər kanonlarda da öz
əksini tapmışdır. İctimai münasibətlərin geniş dairəsini tənzim edən cinayət
hüquq normalarının ifadə olunduğu əməlləri kanonlar üzrə 3 qrupa bölmək olar:
1) Din və ictimai qaydalar əleyhinə olan cinayətlər
2) Mülkiyyət əleyhinə olan cinayətlər
3) Şəxsiyyət əleyhinə olan cinayətlər
Brinci qrup cinayətlərə qadını səbəbsiz boşama, ölmüş heyvanın ətini
yemək,cadugərlərə müraciət etmək və s. kimi əməllər daxildir.
Mülkiyyət əleyhinə cinayətlərə rahiblik edən şəxs tərəfindən monastra aid olan
hər hansı bir əşyanın oğurlanması, mənimsənilməsi və ya müəyyən məqsədlər
üçün israf edilməsi aiddir.
Şəxsiyyət əleyhinə cinayətlər xəsarət yetirmə, adamöldürmə, dava-dalaş və s.
kimi əməlləri əhatə edirdi.
Kanonlar obyektiv cəhətdən, əsasən, hərəkətlə edilən cinayətləri nəzərdə
tuturdu.
Dostları ilə paylaş: