2.Avesta qanunlarında hüququn ayrı ayrı sahələrinin xüsusiyyətləri.
Qədim dövr Azərbaycanhüququnun əsas mənbəyini Avesta təşkil edir. 21 nask və
815 fəsildən ibarət olan Avesta Vendidad, Yəsna, Vispered və Yəşt hissələrindən
ibarətdir.Avestada hüququn müxtəlif sahələrinə aid məlumat var.Dövlət hüququ və
inzibati hüquq:Dövlətin başında hakimiyyəti irsi səciyyə daşıyan hökmdar durur.O,
vəzifəli şəxsləri təyin edir və işdən uzaqlaşdırır, müharibə və sülh məsələlərini həll
edir, vergilərin məbləğini müəyyən edir, məhkəmə hakimiyyəti həyata keçirir və s.
Siyasi həyatdaağsaqqallar şurası mühüm yer tutur.O, əyanlardan, yerli başçılardan
və şahın qohumlarından təyin edilmiş canişinlərdən ibarət idi. Şura xarici siyasətdə
hökmdarın işlərinə qarışmırdı.Ölkə ərazisi inzibati cəhətdən vilayət (satraplıq) və
dairələrəbölünür, onlar da kənd icmalarından və yaşayış məskənlərindən ibarət
idi.Vilayətləri canişinlər idarə edirdilər.İdarəetmədə maliyyə, hərbi və ictimai işlər
üzrə idarələr xüsusi rola malik idi.Polis funksiyalarını xəbərgəzdirənlər və
mühafizəçilər yerinə yetirirdi.İcmalara belali başçılıq edirdi.Əhali təbəqələrinin
hüquqi statusu: Əhalinin yuxarı təbəqəsini kahinlər, quldar əyanlar və hərbçilər
təşkil edir.Böyük bir qrupa isə əkinçilik, yarımköçəri maldarlıq və sənət sahələri ilə
məşğul olan icma üzvləri daxil idi. Qullar hərbi əsirlik, qul bazarlarında satılma və
borcu ödəməməyə görə asılı vəziyyətə düşməklə yaranırdılar.Hiyerodullar- məbəd
qulları müəyyən imtiyazlara malik idilər.Mülkiyyət və öhdəlik hüququ:Torpaq
mülkiyyətinin 3 forması- şah, icma, xüsusi mülkiyyət vardı .Mülkiyyətin əldə edilmə
yolları kimi müxtəlif müqavilələrin- alqı-satqı, bağışlama, girov və s . bağlanmasını
nəzərdə tutur.Borc müqaviləsinə görə borclu borcunu faizlə qaytarmalı olsa da,
faizin müəyyən həddi nəzərdə tutulurdu.Müqavilənin 1ci növü şifahi, minimum
dəyərli əşyalara görə, 2ci növ daha böyük qiymətli əşyalar üçün, 3cü bir baş heyvan
dəyərində, 4cü bir qoşqu heyvan, 5ci insan dəyərində olan əşya, 6cı isə torpaq
dəyərində olan əştalar üçün bağlanırdı.Müqavilənin pozulmasına görə ondan sonra
gələn müqavilənin dəyərinin ödənilməsi nəzərdə tutulurdu.Ailə və nikah:Avestada
nikahın müqəddəs olması qeyd edilir. Qızlar üçün nikah yaşı 15 yaşdan başlayır.
Nikaha daxil olanların razılığı tələb olunur və 3 nəfər şahidin yanında ifadə edilirdi.
.Cehizin əsas hissəsi bütün nikah dövrü ərzində qadının ixtiyarında qalırdı.Dul qadın
ərə getdiyi halda əvvəlki ərindən uşaqları olmamışdısa, 2ci nikahdan doğulan
uşaqların yarısı qadının əvvəlki ərinin ailəsinə verilirdi.Avesta yaxın qohumların-
valideynlərlə övladlar, bacı və qardaş arasında nikaha yol verir və bunu xüsusi
mülkiyyətinin
bir
əldən
digərinə
keçməsinin
məhdudlaşdırılması
ilə
əlaqələndidirdi.Vərəsəlik hüququ: Vərəsəlik hüququ oğul və qızların varislik
hüquqlarının bərabərləşdirilməsi ilə xarakterizə edilir.Mirasın bölünməsi zamanı
fiziki cəhətdən zəif olanlara, şikəstlərə verilir, həm onlar, həm də vəfat etmiş şəxsin
dul qadını digər varislərə nisbətən ikiqat miras payı alırdılar.Oğul atanın qulluğunda
durmasaydı, ata onu varislikdən məhrum edə bilərdi.Övladlığa götürülmüşlər də, öz
atalığının varisləru hesab olunurdu.Vəsiyyətnamələr həmişə yazılı olmayıb, miras
qoyanın şifahi bəyanatları kimi də ola bilərdi.Cinayət və cəza: Vendidadda cinayət
və cəza məsələləri mühüm yer tutur.Cinayətlərin birinci qrupuna dövlət
əleyhinəcinayətlər daxildir. Bunların içində şah həyatına və hakimiyyətə qarşı sui-
qəsd, qiyam və üsyan ən təhlükəliləridir.Vətənə xəyanətə görə şəxsləri ölüm cəzası
gözləyirdi.Hakim din əleyhinə cinayətlər dövləti cinayətlərlə eynilik təşkil
edirdi.Avestada diri- diri torpağa basdırılma, vəhşi heyvanların qabağına tullama,
daşlama, cinayətkarın üzərinə qurğuşun tökmə və s.üsullarla da ölüm cəzası
nəzərdə tutulur.Avesta təbiət qüvvələri əleyhinə hərəkətləri cinayət hesab
edir.Torpağın, suyun və bitkinin, meyitin basdırılması ilə murdarlanması cinayət
sayılır.Müəyyən ayinlərin pozulması da cinayət sayılır.Cinayətlərin 2ci qrupunu
şəxsiyyət əleyhinə olan cinayətlər təşkil edir.Belə cinayətlərə Avesta
adamöldürməni, təhqiri, bədənə xəsarət yetirməni aid edir.Qəsdən və ya
ehtiyatsızlıqdan adamöldürməyə görə ya qan intiqamı, ya da ölüm cəzası nəzərdə
tutulur.3cü qrup cinayətlərə əmlak cinayətləri- oğurluq, soyğunçuluq, başqasının
daşınmaz mülkiyyətinə və canlə əmlakına təcavüz etmə daxildir.Belə əməllərə görə
həbsə salınma və ya ağır fiziki işlərin görülməsi, hərdən ölüm cəzası təyin
edilirdi.Heyvanlara qarşı cinayətlər içərisində hər növ itin öldürülməsi, yaralanması
və yeməkdən məhrum edilməsi, ailə başçısının yeməkdən məhrum edilməsinə
bərabər tutulurdu.Heyvanlar üçün də cəzalar var idi.Sürüyə hücüm etmiş, yaxud
adamı yaralamış itin 1ci dəfə sağ qulağı, 2ci dəfə sol qulağı, 3cü dəfə sağ pəncəsi,
4cü dəfə sol pəncəsi, 5ci dəfə quyruğu kəsilirdi. Cinayətlərin bir qrupunu da amoral
həyat tərzi sürmək,müqəddəs yerlərin murdarlanması, zinakarlığın və s. Daxil
olduğu mənəviyyat əleyhinə cinayətlər təşkil edir.Məhkəmə və proses: Hökmdarın
başçılıq etdiyi yüksək məhkəmə yerli məhkəmələrin işinə nəzarət edirdi.Ədalət
mühakiməsini maqlar-zərdüştlük kahinləri həyata keçirirdi.Avestada mülki prosesə
və cinayətprosesinə bölünmə hiss olunur, sübutların növləri haqqında məlumat
verilir.Məhkəmədə şikayətlər həm şifahi, həm yazılı verilirdi.Prosesin keçirilməsi
üçün tərəflər xərcləri ödəməyə borclu idilər.Avestada həmçinin hakimlərin o biri
dünyada öz qərarlarına görə məsuliyyət daşıyacaqları qeyd olunurdu.
Dostları ilə paylaş: |