Həmin dövrdə Albaniyanın məhkəmə sistemi iki pillədən ibarət idi: kilsə
məhkəmələri və saray məhkəmələri. Kilsə məhkəməsi kilsə xidmətçiləri və
qulluqçularının qeyri-qanuni əməlləri ilə və sadə camaatın dini vəzifələrinin
pozulması ilə bağlı məsələlərə baxırdı.
Saray məhkəməsinin aidiyyatına ailə-nikah işlərinə, din əleyhinə əməllər,
adamöldürmə, habelə törədilməsinə görə ölüm cəzası nəzərdə tutulan və o dövr
üçün ən ağır hesab edilən digər cinayətlərə baxılması və həll edilməsi daxil idi. Bu
məhkəmədə , həmçinin dünyəvi əyanlarla ruhanilər arasındakı mübahisələrə də
baxılırdı.
Hökmdarın özünün başçılıq etdiyi saray məhkəməsi ölkənin ali məhkəməsi
hesab edilirdi. Kilsə məhkəməsinin çıxardığı qərarlardan saray məhkəməsinə
şikayətlər verilə bilərdi və bu baxımdan da kilsə məhkəməsinə münasibətdə
saray məhkəməsi ali məhkəmə funksiyalarını icra edirdi.
Əsasən, kanonların məzmunundan bəlli olur ki, mühakimə icraatı açıq şəkildə
və çəkişmə şəraitində keçirilirdi. Bununla yanaşı, proses zamanı müxtəlif
işgəncələrin tətbiqi də istisna edilmirdi. Əsas sübut növü qismində şəxsi etiraf və
ya şahid ifadəsi çıxış edirdi.
Azərbaycanın cənub hissəsində də dini və dünyəvi məhkəmələr fəaliyyət
göstərirdilər. Ali məhkəməyə baş kahin başçılıq edirdi və əksər hallarda bu
məhkəmə apellyasiya instansiyası rolunu oynayırdı. Ostanlarda və rustaklarda bir
çox mülki və cinayət işləri üzrə ədalət mühakiməsi din xadimləri tərəfindən
aparılırdı. Dünyəvi məhkəmə idarələrində iki kateqoriya hakimlər fəaliyyət
göstərirdilər: kiçik və böyük hakimlər. Xarakterindən aslı olaraq iddialar ya kiçik,
yada k, böyük hakimlər tərəfindən baxılırdı.
Matikanın məhkəmə icraatı ilə bağlı fəsillərdə baxılan məsələlərin dairəsi çox
genişdir. Burada Sasani hökmranlığı dövründə, Adərbayqan və Albaniyada
məhkəmələrin təşkili, məhkəmə təcrübəsində rəhbət tutulan əsaslar və
mühakimə icraatının ümumi prinsipləri və s. ilə əlaqədar məsələlər əhatə
edilmişdir.
Həmin dövrdə məhkəmə prosesinin aparılması üçün müəyyən məbləğdə rüsum
ödənilməli idi. Sənədlərin tərtib edilməsinə çəkilən xərclərdə tərəflərin üzərinə
qoyulurdu. Bütün hallarda işin aparılması üçün ödənilməli olan bu məbləğin
miqdarı 95 dirhəmdən çox olmamalı idi.
Hakimlər işə baxarkən, Qanunnamədə öz əksini tapmış hüquqi nasklardan, baş
kahinlərin göstərişverici məktublarından, hüquqi kazuslardan istifadə edirdilər.
Qanunnamədə bu hüquqi kazuslara çox geniş yer verilmişdir.
Məhkəmə qərarı yazılı sənəddə öz əksini tapır. Əsasən, tərəflər məhkəmə qərarı
ilə razılaşmadıqda, işə böyük hakimin iştirakı ilə yenidən baxılır və yaxud ali
apellyasiya instansiyasına ali kahin məhkəməsinin icraatına göndərilirdi. Ali kahin
məhkəməsinin çıxardığı qərarlar qəti qərar hesab edilir və onlardan şikayət
verilməsi nəzərdə tutulmurdu.
Dostları ilə paylaş: