Azərbaycan Hüquq Tarixi



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə59/59
tarix10.05.2022
ölçüsü0,64 Mb.
#57334
1   ...   51   52   53   54   55   56   57   58   59
AHT konspekt ( çıxartmaq üçün ) 1

 

 

38.  AXC-Hökümətinin fəaliyyəti hüquqi tənzimi. 

İstiqlal bəyannaməsinin son bəndində göstərildiyi kimi Müəssislər Məlisi (MM) çağırılanadək AXC 

başında Milli Şura dururdu, sədr , sədr müavini , katib və icra aparatından ibarət idi-ali icraedici orqan. 

İyunun 23də Azərabyacn ərazisində hərbi vəziyyət elan edilidi, 26 iyun 1918də müsəlman korpusu 

əlahiddə Azərbaycan korpusuna çevrildi.Avqustun 11də səfərbərlik elan olundu,19-24 yaşadək 

müsəlman gənclər orduya çağırıldı, 1 sentyabrda hərbi nazirlik yaradıldı.Çarizmdən qalma adlar 

dəyişdirildi,Gəncə və Cəbrayıl yenidən öz adları ilə adlandı, ağdaşa şəhər statusu verildi.Dağılan dəmir 

yolları, poçt və s. idarələr bərpa edildi, müvəqqəti bonlar buraxıldı.17 iyun 1918 müraciətnaməsi ilə 

dövlət idarələri, məktəblər, məhkəmələr milliləşdirildi, daha sonra gömrük, polis və s. haqda qərarlar 



qəbul edildi.26 iyunda Gürcüstanla Zaqatala mübahisəsi həll edildi, Zaqatala quberniyası yarandı.14 

sentyabr 1918 də Müəssislər məclisinə seçkilərin keçirilməsi haqda əsasnamə verilsədə MM çağırılması 

mümkün olmadığı üçün parlamentin yaradılması irəli sürüldü və 19 noyabrda Parlament yaradılması 

haqda qanun qəbul edildi.Parlament  AXCdə ali qanunverici hakimiyyət idi vəbir palatalı olmaqla 120 

nəfərdən ibarət olmalı idi,lakin 11 fraksiyalıq 97 nəfər seçildi, Parlament sədri, 1-ci müavin və 

müavin,baş katib və katiblər seçilmişdi.Parlamentdə 80 yer azərbaycanlılara, 21 yer ermənilərə, 10 yer 

ruslaar, hər birinə 1 yer olmaqla  alman yəhudi gürcü və polyaklara , 2 yer neft sənayeçilərinə və 3 yer 

həmkarlar ittifaqına verilmişdi.Parlament çoxpartiyalılıq və milli nümayəndəlik əsasında 

qurulmuşdu,müvəqqəti idi və məqsədi MM seçkilərinin keçirilməsi idi.7 dekabrda AXC parlamentinin ilk 

iclası keçirilir, Paris sülh konfransına gedəcək heyət(sədr, 8 parlament üzvü, 3 katib, 3 tərcüməçi) haqda 

qərar qəbul olunur.Parlament 1919 25 yanvarda hakimiyyət bölgüsünü tətbiq etdi, dövlət vəzifəsi 

daçıyan parlament üzvləri iki vəzifədən birini seçib sədrə bildirməli idilər.Parlament 12 komissiyadan 

ibarət idi(mandat. Reqlament, aqrar və s.) , parlamentin işlərini senyorentkonent adlanan orqan 

yürüdürdü, parlamentin rəmi dili dövlət dili olan türkcə idi, 140a yaxın iclas keçirilimişdi və əsasən 

parlamenti funksiyalarını  həyata keçirməsi ilə bağlı idi.Parlament 1sentyabr 1919da BDU haqda qanun, 

29 sentya brda isə BDU haqda əsasnamə qəbul etmiş, 1 sentyabrda həmçinin 100 nəfəri xaricdətəhsil 

alması ilə bağlı qərar qəbul etmişdir.Axc-də ali icra orqanı Nazirlər Şurası (NŞ) idi, parlament tərəfindən 

koalisiya əsasında formalaşırdı, bütün yerlərdə icra orqanı sədrləri NŞ tərəfindən təyin edilirdi. 1918də 

Kiçik NŞ yaradılması haqda və Kiçik şura yaradılması haqda qərarlar qəbul edildi,kiçik şura siyasi xarakter 

daşıayan dövlət məsələləri ilə maraqlanmalı idi.Kişik şuraya etiraz etmə hüququ Nş sədrinə və ya nazirə 

həvalə edilir, işə Ali Şurada baxılırdı.DİN inzibati idarəçiliyi həyata keçirən və yerlərdə inzibati idarəçiliyi 

təşkil edən orqan olub nəznində polis müfəttişliyi və həbsxana polisi vəzifələrini ehtiva edirdi.DİN 

fəaliyyətində əsas istiqamətlər kimi qanunçuluğun möhkəmləndirilməsi, bütün vətəndaşlara eyni 

münasibəti  göstərilməsi, milli qarşıdurmanın aradanqaldırılması göstərilirdi.1919 18 avqustda AXC 

sərhədlərinin mühafizəsinin yaradılması haqqında qanunla 99 gözətçi postu yaradıldı, qaçaqçılığa, 

qanunsuz ticarətə qarşı tədbirlər görüldü, gömrük məntəqələri yaradıldı.22 noyabr 1918də Gəncəyə 

köçürülən Hərbi nazirliyin  səyi ilə 1919 sonlarında iki süvari və bir piyada diviziyası yarandı  , Gəncədə 

hərbi məktəb bakıya köçürüldü, Şuşada hərbi feldşer məktəbi açıldı.Ordunun şəxsi heyəti 50 min nəfərə 

çatdırıldı, Baş Ərkani hərb( baş qərargah ) yaradıldı.Parlamentin təşəbbüsü ilə 1919 iyun ayında Dövlət 

Müdafiə komitəsi yaradıldı, hərbi və fövqəladə vəziyyət elan etmə hüququndan istifadə edərərk  11 

iyunda hərbi vəziyyət elan etdi.1920 ci ildə Ərkani Hərb ilə Ümumqərargah birləşərək Azərbaycan 

ordusunun ümumi Qərargahı adlandırıldı.Parlamentin tərəfindən yaradılmış Maliyyə Nazirliyi NŞ 

səlahiyətindəki maliyyə məsələlərinə baxırdı.XİN səlahiyyətlərinə xarici ölkələrlə diplomatik əlaqələrin 

qurulması, xarici ölkədə azərbaycanlı vətəndaşların müdafiəsi və sair məsələlərlə məşğul olurdu.XİN 

tərkibinə mərkıəzi idarəçilik, xarici konsul və səfirliklər, agentliklər aid idi.21 yanvar 1919da Ənək 

Nazirliyinin yaradılması haqda qanun qəbul edildi,tabeliyində xüsusi müşavirlik yaradıldı, Bakı şəhərində 

hıəmçinin Əmək Birjası fəaliyyət göstərirdi.Səhiyyə Nazirliyi AXC yaradılandan fəaliyyət göstərirdi və ona 

şəhər və məhkəmə təbabəti şöbəsi , kənd təbabəti şöbəsi, tibbi statistika tabe idi. 



 

 

 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin