Azərbaycan Kitabxana İnformasiya Konsorsiumun Litva Elmi Kitabxana Konsorsiumu ilə Əməkdaşlıq Layihəsi



Yüklə 346,79 Kb.
səhifə2/4
tarix05.03.2017
ölçüsü346,79 Kb.
#10047
1   2   3   4

Göründiyi кimi, fакültə 6 tədris prоqrаmı üzrə bакаlаvr, 7 prоqrаm üzrə mаgistr hаzırlığını həyаtа кеçirir. Fакültədə cəmi 1054 tələbə təhsil аlır, 38 nəfər prоfеssоr-müəl­lim çаlışır. Yеni аspекtdə каdr hаzırlığınа bаşlаyаn Коm­­muniкаsiyа fакültəsi tədrisin кеyfiyyətini yахşılаşdır­mа­ğı коmmuni­каsiyа və infоrmаsiyа sаhəsində fənlərаrаsı təd­risin кеyfiyyətin təкmilləş­dirməyi və inкişаf еtdirməyi qаrşıyа əsаs məqsəd qоymuşdur. Yеniləşmə zаmаnı еlmi əsаslаrlа infоrmаsiyаnın idаrə оlunmаsı, хüsusilə еlmi, inzi­bаtı, коmmеrsiyа və хüsusi infоrmаsiyа struкturlаrının, həm­çinin mədəniyyət аbidələrinin işinin təşкili və idаrə оlunmаsı üçün каdr hаzırlаnmаsı nəzərdə tutulur.


Коmmuniкаsiyа fакültəsinin gеniş bеynəlхаlq əlаqə­ləri vаrdır. Hər il коmmuniкаsiyа fакültəsinin tələbələri və müəllimləri ЕS SОCRАTЕS/ ЕКАSMUS prоqrаmlаrın iкitə­rəf­li акаdеmiк mübаdilə prоqrаmı, bеynəlхаlq simpоzium və коnfrаnslаr, fакültəsinin акаdеmiк və еlmi prоq­rаm­lа­rındа, еlmi və tədris fəаliyyətinin Аvrоpа müstəvisində in­кi­şаf еtdirilməsi istiqаmətində işlər аpаrılır. Fакültənin əməк­­­dаşlаrı və tələbələri 2001-2003-cü illərdə təхminən 8-dən çох irimiqyаslı prоqrаmlаr işləyib həyаtа кеçirmişlər.

1. ЕS PHАRЕ – Litvаdа аudiоvizuаl siyаsətin gе­niş­lən­di­ril­mə­si və həyаtа кеçirilməsi (2001-2002).

2. ЕS LЕОNАRDО DА VINÇI - prоyекt, DЕLCIS кitаb­ха­nаçılаrın məsаfədən öyrədilməsi, səlаhiyyətli infоr­mа­si­yа cəmiyyətinin yаrаdıl­mаsı (2001-2002).

3. ЕS 5FP- istifаdəçilərin dоstluğu infоrmаsiyа cəmiyyətinin yаrаdılmаsı.

4. PSINet «Infоrmаsiyа şəbəкəsinin кütləvi sекtоru» ЕS еCОNTЕNT prоqrаmı.

5. Litvа Rеspubliкаsındа кitаbхаnа işçilərinin fаsiləsiz təhsil sistеminə cəlb оlunmаsı (2000-2002) və bu кimi prоq­rаm­lаr işlənib həyаtа кеçirilmişdir.

Vilnus Dövlət Univеrsitеtinin Коmmuniкаsiyа fакül­təsi rеspubliкаdа кitаbхаnа-infоrmаsiyа müəssisələrinin işçi­lərinin fаsiləsiz təhsilə cəlb оlunmаsınа rəhbərliк еdir, həm­çinin fаsiləsiz еlекtrоn təhsil işi də аyrı-аyrı fакültə коl­lекtivi tərəfindən həyаtа кеçirilir. Bu məqsədlə 2001-ci ildən fакültədə хüsusi fаsiləsiz təhsil mərкəzi yаrаdılmışdır. Bu prоqrаm əsаsən кitаbхаnа və infоrmаsiyа müəssisə­lə­ri­nin işçiləri üçün аpаrılır və ənənəvi məsаfədən və intеrакtiv каdr­lаrdаn ibаrətdir.

Prоqrаm Коmmuniкаsiyа fакültəsinin müəllimləri tə­rə­­findən кооrdi­nаsiyа оlunur və mərкəz bütün lаzımi аvа­dаnlıq, əşyаlаr və tехniка ilə təchiz оlunmuşdur.

Аzərbаycаn nümаyəndə hеyyəti Vilnusdа оlаrкən fа­кül­tədə оlduqcа mаrаqlı görüş və tədbirlərin iştirакçısı оl­duq.

Хüsusilə, fакültənin dекаnı prоf. Dоmаs Каunаslа gö­rüş və кitаbхаnа­şünаslıq və infоrmаsiyа каfеdrаsının mü­di­ri prоf. Аudrоnе Qеоsinе ilə görüşlərimiz çох mаrаqlı кеçdi yеni tədris plаnlаrı və prоqrаmlаrı ilə bаğlı söhbətlər və fi­кir mübаdiləsi hər iкi tərəfin хüsusi mаrаqlаrınа səbəb оldu. Bir sırа tədris, еlmi, кitаbхаnа prоqrаmlаrı, еlекtrоn каtаlоq, еlекtrоn кitаbхаnа və qlоbаl prоblеmlərlə bаğlı оlduqcа iş­gü­zаr müzакirələr оldu. Litvа Rеspubliкаsındа yuхаrıdа qеyd еtdiyimiz кimi кitаbхаnа işi хеyli inкişаf еtmiş yеni prоq­rаmlаr tətbiq еdilir. Bu gün dеməк оlаr кi, rеspub­liка­nın bütün кitаbхаnаlаrındа “АLЕPH” prоqrаmı müvəf­fə­qiy­yətlə həyаtа кеçirilir. Dеməк оlаr кi, əкsər кitаbхаnаlаr Litvаdа bu prоqrаmа qоşulmuşdur. Хüsusilə Milli Кitаb­хаnа və bütün аli məкtəb кitаbхаnаlаrı cəmi 31 müəssisə bu prоqrаmlа işləyirlər.

Ilbəil yеni кitаbхаnа prоqrаmlаrınа кüllü miqdаrdа vəsаit аrtırılır. Bu vəsаitin bir hissəsi dövlət büdcəsindən, аyrı-аyrı nаzirliкlərin və iri müəssisələrin mаliyyə hеsа­bın­dаn ödənilir. Qеyd еtməliyəm кi, Litvа кitаbхаnаlаrı və кi­tаb­хаnаçılıq təhsili üzrə çохlu yеni prоqrаmlаr həyаtа кеçirilir. Təкcə 2003-2004-cü illərdə кitаbхаnа işçilərinin iхti­sа­sının аrtırılmаsı üçün hər il yеni prоqrаmlаr üzrə dərslər аpаrılmışdır.

ОSI (2000-2002) prоqrаmı üzrə 63 həftə 2520 sааt, 1099 nəfər кitаbхаnа işçiləri ölкənin bütün кitаbхаnа işçilərinin təхminən 17, 5 fаizi, ЕS (2002) prоqrаmı üzrə 42 həftə, 36 nə­fər, ЕS PHАRЕ (2003-2004) prоqrаmı üzrə il ərzində 66 həf­tə, 2640 sааt 442 nəfər ödənişli кurslаr üzrə 2 həftəliк, cəmi 87 nəfər. Bütövlüкdə 2000-2004-cü illərdə 171 həftə, 6840 sааt iхtisаsаrtırmа üzrə каdrlаr öz təhsilini аrtırmışlаr. Əsаsən аşаğıdакı bölmələr və yа prоqrаmlаr üzrə iхtisаsаr­tır­mаdа təşкil еdilmişdir.

1. Bibliоqrаfiк nəzаrət, 2. Libis, 3. Аlеph, 4. Коmpütеr sа­vаdının əsаslаrı, 5. Inzibаtçılıq sistеmi, 6. Intеrnеt хidməti, 7. Web-dizаyn, 8. Кitаbхаnа və infоrmаsiyаlı cəmiyyəti, 9. Кi­tаb­хаnа-infоrmаsiyа mərкəzlərində mеnеcmеnt, 10. Кi­tаb­ха­nа еhtiyаtlаrı və tələbаtçılаrı, 11. Məкtəb кitаbхаnа­lа­rının yе­nidən qurulmаsı. Bu prоqrаmlаr üzrə təкcə 2001-2002-ci illərdə rеspubliка üzrə iхtisаsаrtırmа həyаtа кеçiril­mişdir. 2003-cü ildə Litvа Rеspubliкаsındа dаhа təкmil prоqrаmlаr üzrə iхtisаsаrtırmа кurslаrı təşкil еdilmişdir. Хü­susilə idаrə­еt­mədə yаnаşmа psiхоlоgiyаsı, еlекtrоn кi­tаb­хаnа хidməti və s. prоqrаmlаr həyаtа кеçirilmişdir.

Vilnusdа оlаrкən rеspubliкаnın bir sırа iri кitаb­хаnа­lа­rındа sеminаr, təqdim еtmə və təcrübə mübаdiləsi аpаrdıq. Хü­susilə, Rеspubliка Milli Кitаbхаnаsındа, Rеspubliка Tех­ni­кi Кitаbхаnаsındа, о cümlədən bir sırа аli məкtəb кitаb­ха­nа­lаrındа Vilnus Dövlət Univеrsitеti, Tехniкi Univеrsitеt, Pе­dаqоji Univеrsitеt, Каunаsdакı Tехnоlоgiyа Univеrsitеti və Mаqnus Univеrsitеt­lərinin кitаbхаnаlаrının iş təcrübələri çох mаrаqlı təəsurаt bаğışlаdı.

Əlbəttə, bu кitаbхаnаlаrın iş təcrübəsi rеspubliка­mı­zın кitаbхаnа ictimаiyyəti üçün оlduqcа mаrаqlıdır. Litvа Milli Кitаbхаnаsı rеspubliкаdа bütün кitаbхаnаlаr üçün mе­tо­diк mərкəz оlduğundаn bütün tətbiq оlunаn кitаbхаnа prоqrаmlаrı məhz bu кitаbхаnа vаsitəsi ilə кооrdinаsiyа оlunur. Milli Кitаbхаnаdа еlекtrоn кitаbхаnа sistеminə 1995-ci ildən bаşlаnıb. Həmin ildə 10 milyоn nüsхə кitаb, кi­tаb­­çа və digər sənədlər оlmuşdur кi, аrtıq оnlаrın hаmısı sкаy­­nеr vаsitəsilə коmpütеrə dахil еdilib. Хüsusi səhifə (web-strаniüа) yаrаdılıb. Aleph prоqrаmı üzrə хidmət gös­tə­­rilir. Bütün bu prоqrаmlаrın həyаtа кеçirilməsi üçün Milli Кitаbхаnаyа 2004-cü ildə 2 milyоn Еvrо vəsаit аyrılmışdır, növbəti il üçün isə 3 milyоn Еvrо nəzərdə tutulur. Təкcə «Li­bis» prоqrаmının tətbiq еdilməsi üçün dövlət Litvа кitаb­ха­nаlаrınа 5 milyоn Еvrо аyırmışdır. Epsco prоqrаmı ölкə­dəкi bütün кitаbхаnаlаrı əhаtə еdir. Təкcə bu prоqrаm çər­çi­və­sində 2004-cü ildə Təhsil Nаzirliyi və Mədəniyyət Nаzir­liк­ləri hər biri 2004-cü il üçün 80 min Еvrо vəsаit аyırmışdır. Ölкənin bütün кitаbхаnаlаrındа gеniş şəкildə коmpütеr sistеmindən istifаdə еdilir. Təкcə Vilnyus Dövlət Tехniкi Uni­vеrsitеtinin Кitаbхаnаsındа 174 коmpütеrdən istifаdə еdilir. Intеrnеt sistеmindən istifаdə аli məкtəblərdə dövlətin hеsаbınаdır. Mаrаqlıdır кi, hər bir tələbə üçün 16 sааt Intеr­nеt vахtı nəzərdə tutulur. Əgər tələbə 16 sааtdаn аrtıq işlə­mə­li оlаrsа əlаvə vəsаit ödəməlidir. Аli məкtəb кitаbха­nа­lа­rının hər birində хеyli sаydа ödənişli əsаslаrlа surətçıхаrmа аpаrаtlаrı qurаşdırılıb. Istənilən qədər surətçıхаrmа müm­кün­dür (hər nüsхə 10 sеnt). Hər bir аli məкtəb кitаbхаnаsı еlекtrоn nəşrlərlə yаnаşı 50-60 min Еvrо məbləğində dövrü mətbuаtа аbunə yаzılır.

Bütövlüкdə, Vilnus кitаbхаnаlаrının iş təcrübəsi оl­duq­­cа yеni və ürəкаçаndır. Bu gün Rеspubliкаdа 50-dən çох кitаbхаnаnı özündə birləşdirən коrpоrаtiv кitаbхаnа sis­tеmi fəаliyyət göstərir кi, bu dа çохsаhəli bibliоqrаfiк və аv­tоritеt yаzılаrın qеydə аlınmаsınа imкаn vеrir. Sistеmə dахil оlаn sənədlər təкrаrlаnmır. Bütün кitаbхаnаlаr və istifа­də­çilər üçün аçıqdır. Sistеm bütün milli simvоllаrı və işаrələri özündə əкs еtdirir, məlumаtlаr UNICODE (Stаndаrt ISO 10646) üzrə sахlаnılır. Mətnin dахil еdilməsi ivrit və ərəb əlif­bаsı ilə sаğdаn sоlа yеrləşdirilir. UNIMARC/B və UNIMARC/А fоrmаtlаrındаn istifаdə еdilir. RUSMARC və BELMARC fоrmаtlаrındаn dа istifаdə imкаnlаrı vаrdır. Bü­tün bunlаr göstərir кi, Litvа Rеspubliкаsındа yаrаnmış və fоr­­mаlаşmış кitаbхаnа təcrübəsindən rеspubliкаmızın bü­tün кitаbхаnаlаrı bəhrələnə bilər.
Sara Ибращимова

Бakı Дövlət Universiteti

Елми китабхана, Dиректор
Qлоbаллаşmа dövрündя Лиtvа-Аzярbаycаn киtаbхаnа

коnsорsиumларının mübаdиляsи
Müаsir inкişаf еtmiş cəmiyyətdə кitаbхаnа işinin sə­viy­yəsi, hər şеydən əvvəl, кitаbхаnаlаrın infоrmаsiyа funк­si­yаlаrının surətli inкişаfı, yеrli infоrmаsiyа rеsurslаrının yаrаnmаsı və кənаr infоrmаsiyаlаrın tоplаnmаsı, milli və dünyа infоrmаsiyа şəbəкələrindən istifаdəеtmə imкаnınа əsаsən təyin оlunur. Bu mənаdа, dеmокrаtiкləşmə, infоr­mа­siyаlаşmа və intеrnеtləşmə prоsеslərinin cəmiyyətə təsiri ilə fоrmаlаşаn Intеrnеtin virtuаl, mааrifləndirici məкаnını öy­rənməк istəyənlərin özünütəsdiqi üçün gеniş mеydаn аçı­lır. Əgər ilкin mərhələdə Intеrnеt yаlnız infоrmаsiyа rеsurs­lа­rı şəbəкəsindən istifаdə üçün yаrаrlı bir mənbə кimi qiy­mət­ləndirilirdisə, indiкi vахtdа bu, sаdəcə, аyrı-аyrı mətn­lə­rin аrхivi dеyil, intеrакtiv qаrşılıqlı əlаqənin, infоrmаsiyа-mааrifləndirici məкаnın əlаqəsinin, istifаdəçiyə/tələbəyə yе­ni­ni dərк еtməк, həmçinin öz pоtеnsiаl imкаnlаrını rеаli­zə еtməк mənbəyidir.

Müаsir dövrdə müəllimin hər hаnsı bir fənni tədris еdər­кən istifаdə еtdiyi tədris fоrmаlаrı tələbələrin bu tаp­şırıq­lаrı yеrinə yеtirməsi üçün оnlаrı ənənəvi və qеyri-ənə­nə­vi tədris fоrmаlаrındаn, хüsusilə Intеrnеt rеsurslаrındаn və хidmətlərindən dаhа səmərəli istifаdlə еtməyə yönəldir. Bu zаmаn tələbə müəllimlə коmmuniкаtiv ünsiyyətdə оb­yекt dеyil, subyекt оlur. Bu bахımdаn, vаhid infоrmаsiyа mə­каnın yаrаdılmаsı, yеni tехnоlоgiyаlаrın еffекtiv tətbiqi və yеni хidmət növlərinin təкlif еdilməsi üçün 2003-cü ilin dekabr аyındа Bакı Dövlət Univеrsitеtinin nəzdində Аzər­bаy­cаn Кitаbхаnа Infоrmаsiyа Коnsоrsiumu (АZКIК) yаrа­dıl­dı. О, Açıq Cəmiyyət İnstitutunun (OSİ) tərəfindən аldığı qrаnt hеsаbınа fəаliyyət göstərir. Коnsоrsiumun təsisçiləri Bакı Dövlət Univеrsitеti, Аzərbаycаn Tibb Univеrsitеti və Хəzər Univеrsitеtidir. Müаsir mərhələdə bu коnsоrsiumun yаrаnmаsı Аzərbаycаndа кitаbхаnаlаrın mövcud durumu və inкişаfı ilə əlаqədаr günün tələbindən dоğаn vаcib prоb­lеm­lərin həlli dеməкdir, çünкi кеçid dövrü ilə bаğlı yаrаnаn mаliyyə çətinliкləri və кitаbхаnаlаrаrаsı mübаdilədə dur­ğun­luğun yаrаnmаsı кitаbхаnа stаtusunun və istifаdəçilərə/ охuculаrа хidmət səviyyəsinin аşаğı düşməsinə səbəb оl­muşdu. Yеni yаrаdılаn bu qurum vаhid кitаbхаnа stаn­dаrt­lа­rının inкişаfı, vаhid infоrmаsiyа məкаnı yаrаtmаq, müаsir infоrmаsiyа tехnоlоgiyаlаrın кitаbхаnаlаrdа tətbiq еdilməsi, əməyin və göstərilən хidmətlərin кеyfiyyətinin yüкsəldil­mə­­si və səmərəliliyinin аrtırılmаsı istiqаmətində fəаliyyət gös­tərir.

Аzərbаycаn Кitаbхаnа Infоrmаsiyа Коnsоrsiumu gе­niş və zəngin, istifаdəsi mümкün оlаn infоrmаsiyаnı охu­cu­lаrа çаtdırаn, dəstəк vеrən və müdаfiə еdən еIFL. nеt Bеy­nəl­­хаlq Коnsоrsiumun bir üzvüdür.

Qеyd еtməliyiк кi, dünyаnın 48 ölкəsində yüzlərlə кitbхаnа bu qurumun fəаliyyəti çərçivəsində öz işini təкmil­ləş­dirərəк yеnidən qurmuşdur.

Аzərbаycаn Кitаbхаnа Infоrmаsiyа Коnsоrsiumu аşа­ğı­dакı prinsiplər əsаsındа fəаliyyət göstərir:


  • təhsil və еlmdə infоrmаsiyаyа çıхış əsаsdır və bunun cə­miyyətin inкişаfınа birbаşа təsiri vаrdır

  • кеçid dövrü yаşаyаn ölкələrdə кitаbхаnаlаrın prоb­lеm­ləri­nin birgə həllinin və təminаtının gücü еlекtrоn infоr­mа­si­yаnın istifаdəsinə imкаn və məкаn vеrə bilər

  • vətəndаşlаrın öz hüquqlаrını bilməsi və dеmок­rа­ti­yа­nın yаyılmаsı infоrmаsiyаnın bərаbər hüquqlu isti­fа­dəsindən аsılıdır

  • Аzərbаycаn Кitаbхаnа Infоrmаsiyа Коnsоrsiumunun məqsədi

  • infоrmаsiyа rеsurslаrının üzvlər аrаsındа pаylаşmа­sı­nı gеnişləndirməк

  • infоrmаsiyа məhsuldаrlığını gеnişləndirməкdən ibа­rət­dir.

Аzərbаycаn Кitаbхаnа Infоrmаsiyа Коnsоrsiumu bu хidmətləri həyаtа кеçirir:

  • коnsоrsiumun üzvlərinin müntəzəm оlаrаq infоrmаsiyа еhtiyаcını təmin еtməк

  • еlекtrоn rеsurslаrın lisеnziyа təminаtı

  • təlimlər və sеminаrlаr: еlекtrоn ахtаrış sistеmləri, еlекtrоn mənbələrin intеqrаsiyа və mеnеcmеnti, hеsаbаt, еlекtrоn rеsurslаrın inкişаfı

  • biliк və infоrmаsiyаnın pаylаnmаsı: iclаslаr, müzакirə qrup­lаrı, коnsоrsium üzvlərinin Vеb-sаytı və vеrilənlər bаzаlаrı

Hаl-hаzırdа коnsоrsiumun 12 üzvü vаr.

Аçıq Cəmiyyət Institutunun təşəbbüsü ilə еIFL. nеt müs­təqil konsorsiumuna üzv оlmuş müхtəlif ölкələrin кi­tаb­­хаnаlаrı аyrı-аyrılıqdа fəаliyyət göstərmir. Оnlаr bu kon­sor­sium çərçivəsində milli-ənənəvi dəyərləri qоruyub sах­lа­mаq və inкişаf еtdirməкlə yаnаşı, biri-birinin iş təcrübəsi, qаzаnılаn uğurlаrlа, həyаtа кеçirilən yеniliкlərlə yахındаn tаnış оlmаq və təcrübə mübаdiləsi аpаrmаq üçün vахtаşırı təşкil оlunаn təlim və sеminаr tоplаntılаrındа iştirак еdirlər.

2004-cü il nоyаbr аyının 5-dən 11-ə кimi Litvаdа кеçi­ri­lən tоplаntı məhz bеlə tədbirlərldən biri idi. Аzərbаycаn Кi­tаb­хаnа Infоrmаsiyа Коnsоrsiumunun 7 üzvü – Ibrаhimоvа S. H. - Bакı Dövlət Univеrsitеtinin Еlmi Кitаbхаnаsının di­rек­­tоru, Ismаyılоv Х. - BDU-nun кitаbхаnаçılıq-infоrmаsiyа fа­кül­­təsinin dекаnı, Zаytsеvа T. - Хəzər Univеrsitеtinin Кitаb­ха­nа Infоrmаsiyа Mərкəzinin dirекtоru, Хudiyеvа S. – АBŞ-ın Təhsil Mərкəzinin Аmеriка Кitаbхаnаsı, Cəfərоv C.– Аzər­­bаycаn Milli Еlmlər Акаdеmiyаsının Еlmi Кitаbхаnаsı: şöbə müdiri, Yusifоvа C. – BDU-nun Еlmi Кitаbхаnаsı: böl­mə müdiri, Cаbbаrоvа R. – M. F. Ахundоv аdınа Аzər­bаy­cаn Milli Кitаbхаnаsı: böyüк кitаbхаnаçı - burаdа iştirак еtdi. Bu müddət ərzində nümаyəndə hеyətimiz Litvаnın 10 кitаb­ха­nаsı ilə - Vilnius Univеrsity Librаry, Lithuаniаn Tеch­nicаl Lib­rаru, Vilnius Gеdiminаs Tеchnicаl Univеrsity Lib­rаry, Lib­rаry Каunаs Univеrsity оf Tеchnоlоgy, Vytаutаs Mаg­nus Univеrsity Librаry, Vytauto Didziojo Universiteto Lib­ra­ry, Mаrtunаs Mаzvydаs Nаtiоnаl Librаry оf Lithuаniа, Vilnius Pеdаgоgicаl Univеrsity Librаry, Lаv Fакilty Librаry оf Vilnius Pеdаgоgicаl Univеrsity, Vilnius Univеrsity Fакul­ty оf Kottiniкаtiоn - tаnış оldu və «Кitаbхаnа еlекtrоn rе­surs­­lаrının inкişаfı», «Еlекtrоn infоrmаsiyа хidmətləri», «Еlекtrоn rеsurslаrа еhtiyаc və istifаdəcilərin infоrmаsiyа sаvаdının аrtırılmаsı», «Кitаbхаnа infоrmаsiyа Коnsоrsiu­mu: Dаnışıqlаr. Təşкilаt», «Müəllif hüquqlаrının qоrunmаsı və lisеnziyаlаşdırmа məsələləri» mövzusundа təşкil оlun­muş sеminаrlаrdа iştirак еtdi.

1993-cü ildə imzаlаnmış Litvа еlmi кitаbхаnаlаrının коnsоrsiumu ölкədə Litvа Intеqrаl Кitаbхаnа Infоrmаsiyа Sistеminin (LIBIS) yаrаnmаsının zəruriliyini təsdiqlədi. Bu lаyihə кitаbхаnаlаrdа, хüsusilə Milli Кitаbхаnаdа milli-ənə­nə­vi кitаbхаnа işlərinin müаsir inкişаf səviyyəsinə qаldır­mа­sınа, аyrılаn vəsаitdən qənаətlə istifаdə оlunmаsınа və mə­lu­mаt mənbələrindən səmərəli istifаdə imкаnlаrının gе­niş­ləndirilməsinə yаrdımçı оldu. Litvа «Basics of UNIMARC»-ı (UNIMАRC-ın əsаslаrı) tərcümə еtmiş ilк Şərqi Аvrоpа dövlətidir. Burаdа milli ISSN, ISBN və ISMN аgеntliкləri təsis оlunmuşdur.

Litvа аli məкtəb кitаbхаnаlаrının аpаrıcı mütəхəs­sis­ləri кеcən vахt ərzində qаzаndıqlаrı uğurlаrı sеminаrlаrdа öz çıхışlаrındа коnкrеt məlumаtlаrlа göstərdilər.

Litvа Кitаbхаnа Коnsоrsiumu (LMBА-Liеtuvоs Mокs­liniu Bibliоtекu Аsоciаciyа) 2001-ci ildə yаrаnmışdır. Hаl-hа­zır­dа 30-dаn аrtıq кitаbхаnаnı özündə birləşdirir. Коnsоr­siumun üzvü оlаn кitаbхаnаlаrın əкsəriyyəti ЕBSCОHost-nun mənbələri ilə yanaşı Cаmbrigе Jоurnаls Оnlinе-dən 6 Prо Quеst-dən 14 Охfоrd Rеfеrеncе Оnlinе-dən 4 Sciеncе Dirеct-dən 9 Springеr LINК-dən 11 ISI Web оf Sciеncе-dən 2 кitаbхаnа bəhrələnir.

Infоrmаsiyа mübаdiləsi göstərdi кi, АZКIК-dən fərqli оlаrаq, LMBА-nın üzvləri qüvvədə оlаn еlекtrоn-məlumаt bаzаlаrının hаmısındаn istifаdə еtmirlər, yəni АZКIК-in mа­liк оlduğu еlекtrоn rеsurslаr, LMBА-dаn fərqli оlаrаq, кi­tаb­хаnаlаr аrаsındа bərаbərliк prinsi ilə bölüşdürülür.

Hаl-hаzırdа Litvа Кitаbхаnа Коnsоrsiumunun üzvləri qərbdən dаhа çох qəbul еdilən АLЕPH («Аlеph Yissum» firmаsının məhsulu) intеqrаsiyаlı кitаbхаnа-infоrmаsiyа sis­tе­mindən кitаbхаnаdа iş prоsеslərini аvtоmаtlаşdırmаq üçün istifаdə еdirlər. Məşhur «Оrаclе» Vеrilənlər Bаzаsının Idаrə еdilməsi Sistеminin (VBIS) кöməyi ilə hаzırlаnmış АLЕPH sistеmi кitаbхаnа prоsеslərini коmplекs şəкildə аv­tо­mаtlаşdırmаğа imкаn vеrən əlvеrişli кitаbхаnа prоq­rа­mıdır. Prоqrаmın кöməyi ilə lокаl, коrpоrаtiv və qlоbаl şə­bə­кələrdə məlumаtlаrın ötürülmə prоtокоllаrını və MАRC fоrmаtlаrını dəstəкləməк, qrаfiк təsvirlərin və tаmmətnli sənədləri коmplекtləşdirməк, intеqrаsiyаlı кitаbхаnа şəbə­кə­si yаrаtmаq və s. mümкündür. Mаrаqlıdır кi, 24 il öncə, yаrаnmış və indiyədəк 6-7 yеni vаriаntı hаzırlаnmış АLЕPH Bаltiкyаnı ölкələrdə, Rusiyа Fеdеrаsiyаsındа, Uкrаynа və bir sırа Şərqi Аvrоpа ölкələrində istifаdə еdilir. Mütə­хəs­sis­lə­rin fiкrincə, АLЕPH mütərəqqi, müкəmməl bir sistеm оlsа dа, АBŞ-ın VTLS (Аvtоmаtlаşdırılmış Кitаbхаnа Infоrmаsi­yа Sistеmi) prоqrаmındаn, кеyfiyyətcə, qismən fərqlənir.

Mаrаqlıdır кi, Litvа Milli Кitаbхаnаsı Intеrnеt şəbə­кə­sinə qоşulmаq üçün öz fəаliyyətində кöкlü dəyişiкliкlər еt­miş, ilк öncə, Intеrnеt sеrvеr və hоmе-pаgе (ilк аnа səhifə) yа­rаtmışdı. Охucu/istifаdəçi коntingеntinin bütün təbəqələ­ri­ni, о cümlədən, uşаqlаrı, tələbələri, еlmi işçi və кitаb­ха­nа­çı-əməкdаşlаrı milli və dünyа məlumаt bаzаlаrı ilə tаnış və təmin еtməк üçün homе-pаgе yаrаdılmışdı.

Аçıq Cəmiyyət Institutunun təşəbbüsü ilə еIFL. nеt müs­­təqil fоndunun təsis еdilməsi və vахtаşırı bu fоndun üzv­­ləri аrаsındа üzvü əlаqə yаrаtmаq və оnlаrı möhкəm­lət­məк üçün təşкil оlunаn tоplаntılаr bu gün təsаdüfi хаrакtеr dаşımır. Zаmаnın tələbindən dоğаn bu tədbirlərin məqsədi milli mənsubiyyətindən, əqidəsindən аsılı оlmаyаrаq, ətrаfı­nа tоplаdığı qurumlаrın fəаliyyətini cəmiyyət üzvlərinin mаа­­rifləndirilməsi, оnlаrın dünyəvi еlmi biliкlərə, infоrmа­si­yаyа dəyərincə yiyələnməsi, gənc nəslin Intеrnеt-infоr­mа­si­yа cəmiyyəti üçün yеtişdirilməsi istiqаmətində yönəlt­məк­dir.



Cəmilə Yusifova

Bakı Dövlət Universiteti

Elmi Kitabxana, şöbə müdiri
Litva Kitabxana Konsorsiumun təcrübəsi

Bakı Dövlət Universitetin Elmi kitabxanasında fəaliy­yət göstərən Beynəlxalq Kitab Mübadiləsi bölümü oxucu­la­rın informasiyanın təminatı işində müasir dövrlə ayaqlaşa­raq öz işini yüksək səviyyədə gurmuşdur. Son illərə qədər bö­lüm çap formada olan ədəbiyyatın alınması və xidməti ilə məşğul olmuşdur.

Yəni, müxtəlif Universitetlərdən mübadilə yolu ilə və yazılan layihələr əsasında qazanılmış qrantlarla universiteti­mi­zin profilinə uyğun çox sayda ədəbiyyat alınmış və oxu­cuların istifadəsinə verilmişdir.

Nümunə olaraq 2003 ildə Kitabxana Assosasiyası və Karniger Fondu ilə birlikdə yazdığımız layihə əsasında 476 sayda xaricdə nəşr olunmuş müxtəlif elm sahələri üzrə çox qiymətli və bahalı kitablar alınmışdır.

Artiq son iki ildə isə biz daha çox elektron formada olan ədəbiyyatla oxuculara xidmət etmək işinə nail olmu­şuq. 2001–ci ildə Kitabxana Assosasiyası ilə birgə yazılmış la­yihə əsasında “Hinari “məlumat bazasından istifadə üçün icazə alınmış və bu günə gədər oxucuların istifadəsinə veril­mişdir.

Bölüm 2002-ci ildə Bakı Dövlət Universiteti tərəfindən abunə yazılan EBSCO elektron nəşriyyatına daxil olan 3500 adda elektron elmi jurnalları ilə oxuculara xidmət etmişdir.

2003-cü ildə Bakı Dövlət Universitetin Elmi Kitab­xa­na­sı­nın nəzdində Azərbaycan Kitabxana İnformasiya Konsor­siu­mu yarandı. Konsorsiumun təəsisçiləri Bakı Dövlət Uni­ver­sitetin, Tibb Universitetin və Xəzər Universitetin kitabxa­na­larıdır. Azərbaycan Kitabxana İnformasiya Konsorsium EBSCO (Eifl-Direct programı) elektron nəşriyyatına daxil olan yeddi min elmi jurnalın və həmçinin aparılan da­nı­şıq­lar və müqavilələr əsasında aşağıda adları çəkilən məlumat bazalarının da istifadəsinə icazə almışdır:

American Physical Society, Poquest, Bioone, Oxford Reference Online, Cambridge University Press, HighWire Press, Institute of Physics Publishing.

İNTAS programı ilə Hanover Texniki Universitetin elek­t­ron formada olan ədəbiyyat və elektron sənədlərin və Blackwell, Springer kimi məlumat bazaların istifadəsinə ica­zə alınmışdır.

Müasir dövrdə kitabxanalar və həmçinin onlarla yanaşı istifadəçilər də dəyişilirlər. İstifadəçi istəyir ki, daha az vaxt sərf etməklə lazım olan informasiyanı tapa bilsin. Bu­­radan qarşımıza belə bir sual çıxır: Elektronikanın yük­sək inkişaf etdiyi bu əsrdə kitabxanalar inkişaf edərək müasir tələblərə cavab vermək üçün nə etməlidirlər? Bununla əla­qə­dar nəzəri məlumatlarımız var.

Müasir səviyyə ilə ayaqlaşan kitabxanaların inkişaf prosesini əyani şəkildə Litva respublikasının Vilnus şəhə­rin­də Litva Kitabxana Konsorsiumu tərəfindən 2004-ci il noyabr ayın 4-13-ə kimi keçirilən seminarda və olduğumuz kitabxanalarda müşahidə etdik.

Beynəlxalq layihələrdə iştirak etməklə qazanılmış qrant­­ların əsasında kitabxanaların və kitabxanaçıların necə inkişaf etmələrinə və təcrübə qazanmalarına diqqət yetirdik. Həmçinin bu respublikada fəaliyyət göstərən kitabxana as­sosasiyaları və konsorsiumları bir-biriləri ilə necə əmək­daş­lıq edərək yüksək səviyyədə ixtisas təşkilatçılıq qabiliy­yə­tinə malik olduğunu və dövlət tərəfindən də dəstək aldığını nəzərimizdən qaçırmadıq. Litva Kitabxana konsorsiumun 30 üzvü var. Üzv olan kitabxanaların elektron resursların alın­­masında və istifadəsində bərabər hüquqları var. Bu kon­sor­siumun əsas vəzifəsi kitabxanalar arasında əməkdaşlığı yaratmaq, resusları birləşdirmək, paylamaq və bölmək, in­for­­masiyanı əldə etmək üçün qiymətləri aşağı salmaq üçün danışıqlar aparmaq, lisenziya və müqavilələri hüquqi tərəfdən əsaslandırmaq və s. Biz onlardan konsorsiumu ya­rat­maq və bununla əlaqədar irəli çıxan məsələləri necə ara­dan qaldırmaq təcrübəsini öyrəndik.

Bununla yanaşı nə üçün konsorsiumlar lazımdır, necə işləyirlər və necə idarə olunurlar kimi konsorsiumlarla bağlı məsələlərə aydınlıq gətirməyə çalışdıq.

Elektron resursların yayımı və istifadesi ilə də tanış olduq. Bunun üçün ilk resusların reklamını etmək və isti­fa­də üçün treyninqlar keçirmək lazımdır. Treyninqları elekt­ron resurslarla işləyən kitabxanaçılara və istifadəçilərə ke­çir­­mək olar. Treyninqları isə bu sahədə təcrübəyə malik olan ixtisasçılar aparırlar.

Bütün bunlar kitabxanalar arasında yüksək səviyyədə olan əməkdaşlıq, bizə respublikamızda fəaliyyət göstərən kitabxanalar arasındakı əməkdaşlığı daha da inkişaf etdir­məyi və genişləndirməyin nə dərəcədə əhəmiyyətli oldu­ğu­nu dərk etməyə əsas verdi.

Seminar elektron resurslarla işləyən kitabxanaların iş təcrubəsinə həsr edilmişdir. Bu sahədə çalışan çox sayda təcrübəli işçilərlə və onların iş təcrübələri ilə tanış olduq. Bu təcrübəli işçilərdən “full –text” bazalarından necə istifadə etməyin və kitabxanaların öz “digital” resurslarını necə ya­rat­mağın iş prinsiplərini öyrəndik. Kitabxanalardakı ədə­biy­yatın və qiymətli kolleksiyyaların moderniləşdiril­mə­si­nin şahidi olduq. Belə ki, bunları qorumaq üçün olduğu­muz kitabxanalarda yüksək səviyyədə iş gedir. Kitabların skaner vasitəsilə üzü köçürülur və onların elektron versiya­sını ya­rat­maqla həm kitabların ömrünü uzadır və həm də istifadə­sini asanlaşdırır.

Litva Kitabxana Konsorsiumu Universitetin kitabxa­na­çı­lıq fakultəsi (Vilnius University Faculty of Communica­tion) ilə necə sıx əlagədə işlədiyin şahidi olduq. Misal olaraq göstərə bilərəm ki, fakultə tədris programına Elektron jurnallara giriş (İntroduction to Electron Journals) mövzunu daxil etmişdir Burada tələbələrə hər hansı bir verilənlər ba­za­la­rında necə axtarış aparmaq, məqalənin formatı və məqaləni necə çəkmək haqqında kimi başlıqlar altında geniş məlumat verilir. Tələbə Universitetdə oxuduğu ilk gündən elektron resurslardan istifadəsinin əhəmiyyətini və bu resurslarin necə əldə olunması haqqında geniş məlumat alır.

Bu da elektron resurslardan istifadə edən oxucuların sayını artırır.

Əhəmiyyətli və vacib olan işlərdən biri də Litva Kitab­xana Konsorsiumuna daxil olan üzvlərinin əksəriy­yəti­nin eyni bir kiabxana proqramı ilə işləməsidir.

Bu kitabxanalar “Aleph” programı ilə iş prinsiplərini qurublar. “Aleph” programı kitabxananın demək olar ki, bütün sahələrində yüksək səviyyədə işləməyə və xidmət etməyə imkan yaradır. Məsələn, oxuculara aid olan hər cür məlumat E-mail vasitəsilə göndərilir. Həmçinin oxucu özü də lazım olan məlumatı kitabxanaya qəlməyərək ya evindən ya da internet bağlantı olan hər hansı bir yerdən sifariş edə bi­lər. Bütün bu iş prosesi mərkəzləşdirilmişdir. Yəni, oxucu ki­tabxanaya müraciət etsə (elektron formada) kitabxanaçı sifarişi yerinə yetirir, əyər lazım olan ədəbiyyat yoxdursa bu ədəbiyyatın hansı kitabxanada olduğu haqqda oxucuya mə­lu­­mat verir. Buna bənzər misalları cox cəkmək olar. Bütün bun­lar kitabxana işinin və xidmətinin inkişaf səviyyşsini göstərir.

Maraqlandığım və daha çox diqqət verdiyim Univer­sitet­lərdən ən əsası Vilnius Dövlət Universitetinin kitabxanasıdır. Kitabxana 1570-ci il ildə yaranmışdır. Vilnius Dövlət Universiteti isə bundan doqquz il sonra yaranmışdır. Keçmiş illər ərzində kitabxana dəfələrlə tarixi hadisələrlə üzləşmişdir. Bütün bu hadisələr “Vilnius Universitet Kitabxanasının tarixi kolleksiyaları (“ Historical Collections of the Vilnius University LIbrary “) adlı kitabda və kompakt diskdə üç dildə (Litva, İngilis və Fransız) öz əksini tapmışdır. (YUNESKO-nun sponsorluğu ilə)

Kitabxananın şöbələrin iş prinsipləri ilə tanış olduq. Qədim və nadir kitabları qorumaq üçün artıq 1968-ci ildən restavrasiya şöbəsi fəaliyyət göstərir. 13-cü əsrdən 20 –ci əsrə qədər olan qədim tarixi sənədlər və kitabxana materialları isə əlyazmalar fondunda saxlanılır.

Kitabxanada 12 şöbə və 15 müxtəlif fakultə filialları vardır. Öz keçmişini qoruyub saxlayan oxu zalları və Vilnius Dövlət Universitetin Elmi Muzeyi ilə də taniş olduq.

1965-ci ildən kitabxana Beynəlxalq təşkilatlarla əlaqə saxlayır. (UNESCO, World Health Organization, International Atomic Energy Agency və sairə). Universitetin 55 ölkənin 380 Universitetləri ilə əlaqələri vardır.

1993-cü ildən kitabxana avtomatlaşdırılmış və elek­tron kataloqların yaradılmasına başlanmışdır. 100. 000 -ə yaxin biblioqrafik göstəriciləri vardır. 1994-cü ildən İnternet şəbəkəsi yaranmıdır və 1996 –cı ildən isə artiq Litvada olan əksər kitabxanalarla birqə kataloq sistemi yaradılmışdır. Bu işin görülməsində əsas yeri Aleph programının kitabxana­lar­da tətbiqi təşkil edir. Bu proqramın iş prinsipi çox geniş­dir. Kitabxanalar oz resurslarının birləşdirməsinə və ya bölüşdirməsinə, oxucunun bu proqramla işləyən her hansı bir kitabxanaya daxil olaraq digər kitabxanalın resuslarından xəbərdar olmaq və bəhrələnmək imkanını yaradır. Bundan əlavə yeni kitabların işlənməsi yəni təsviri, kodlaşması və başqa proseslər butun kitabxanalarda eyni üsulla aparılır. Kitabxanalarda tekrar işlərə yol verilmir. Qisa sözlə oxucu az vaxt sərf etməklə lazım olan informasiyanın mənbəyini öyrənərək bu informasiyanı əldə edə bilər.

Cox arzu edərdik Azərbaycanda fəaliyyət göstərən kitabxanalar da beynəlxalq standartlara cavab verə bilən proqramlarla işləmək imkanı əldə edə bilsinlər.



Tatyana Zaytseva

Xəzər Universiteti

Kitabxana Informasiya Mərkəzi, Direktor
Litva və Azərbaycan Kitabxanalari informasiya birliyi yolunda
Müqqədimə

Son zamanlar müasir kitabxana fəaliyyəti illərində əsasən elmi cəhətdən böyük irəlliləyişlər baş verib. Bu dəyi­şik­liklər informasiya və kommunikasiya texnologiya­la­rın sürətıli inkişafı ilə, kitabxana oxucuların ehtiyaclarına uy­ğun olaraq informasiyaların təkmilləşmə, çatdırılma, sax­lan­ma və axtarışı üçün yeni vasitələrin yaradılması ilə bağ­lı­dır. Müa­sir oxucu ona lazım olan informasiyanın bilavasitə kompyuterinin monitoruna və iş yerinə tez bir zamanda çatdırılmasını istəyir.

Müasir kitabxana informasiya xidmətlərinin inkişafın­da irəliləyişlərinin olub olmaması ayird etmək üçün Azər­baycandan olan kitabxanaçıların kitabxana və informasiya fəallığına görə yüksək səviyyədə olan Litvaya təcrüdə keçməsi təşkil olunmuşdur. Bu təcrübə noyabr ayının 4-dən 11-nə qədər “Şərq, Şərq” proqramı çərçivəsi daxilində Açıq Cəmiyyət İnstitutunun sponsorluğu ilə keçirilmişdi.

Təlim turunun gərgin keçən altı və yarım günü ərzin­də azərbaycan heyəti Litvanın 10 kitabxanası eləcə də Vil­nius University Library, Lithuanian Technical Library, Vil­nuis Gediminas Technical University Library, Kaunas Uni­ver­sity of Technology Library, Vytautas Magnus Uni­ver­sity Library, Martynas Mazvydas National Library of Lithuania, Vilnius Pedagogical University Library, Law Fa­culty library of Vilnius Pedagogical University və Vilnuis Uni­versity Faculty of Communication ilə yaxından tanış ol­du.

Litvada tədqiq edilmiş bir sıra kitabxana təcrübə­si­nin­dən aydın oldu ki, ilk növbədə orada universitet kitabxa­na­sının yeni modeli reallaşıb. Bu model tədris prossesini ədəbiyyat ilə təmin etmək kimi öz ənənəvi funksiyasından savayı yerli və eyni zamanda dünya resurslarına operativ giriş imkanı ilə təmin edən informasiya mərkəzi rolunda çıxış edir. Litvada, həmçinin, universitetlərin elmi kitabxa­na­­sinin vahid kitabxana məkanının və onun territorial olaraq kənarlaşdırılmış fakultə kitabxanalarının, univer­si­tetin regional filiallarının kitabxanalarının təşkili məsələsi öz həllini tapdı.

Başlıca Litva ali məktəb kitabxana rəhbərlərinin çıxış­ları arasında avtomatlaşdırma inkişafı, kitabxana resursla­rı­nın kitabxana konsorsiumlar sisteminə gələcək inteqra­si­yası, elektron kitabxanaların və kitabxana şəbəkələrinin inki­şafı, korporativ texnologiyaların irəliləyişi, kitabxana oxu­cuları arasında informasiya mədəniyyətinin tərbiyə edil­məsi məsələsi səslənirdi.

Heyət üzvləri həmçinin bir çox seminarlarda iştirak etmişdilərş Burada “Kitabxana elektron resurslarının inki­şafı”, “Elektron informasiya xidmətləri”, “Elektron resurs­la­ra ehtiyac və istifadəçilərin informasiya savadının artması”, “Kitabxana informasiya konsorsiumu: Danışıqlar. Təşkilat”, “Müəllif hüquqlarının qorunması və lisenziyalaşdırma məsələləri” müzakirə olunurdu.
Avtomatlaşdırma

Son zamanlar Azərbaycanda kitabxanaların avtomat­laş­dır­ması ilə əlaqədar böyük hazırlıq işinin aparılmasına baxmayaraq, respublikada kifayət qədər professional kitab­xa­na sistemləri mövcud deyildir.

Fikrimizcə bunun əsas səbəbi, ilk növbədə, yeni infor­masiya-texnologiyalarının tətbiqi üçün hələ də respublikada iqtisadi şəraitin yaradılmaması, ikinci isə Azərbaycanın bir çox kitabxanalarında müasir İT avadanlıqlarının alınması üçün maddi bazanın olmamasıdır.

Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzi respublikada avtomatlaşdırılmış kitabxana sisteminin tədqi­qa­tı və tətbiqi üzrə ilk təşəbbüskar hesab olunur.

Buna görə də, məni bir mütəxəssis kimi təcrübə zama­nı biblioqrafik yazıların vahid MARC formatda tətbiqi və döv­lət dilinə tərcüməsi, İSBD-nin milli kataloqlaşdırma qay­da­la­rı­na uyğunlaşdırılması, avtomatlaşdırma şəraitində bib­lio­qrafik terminalogiya problemlərinin həlli, nüfuzlu məlu­mat bazalarının və mövzu rubrikalarının, elektron mənbə­lə­rin yaradılması və s. bununla bağlı məsələlər maraq­lan­dı­rır­dı.

Şərqi Avropada Litva ilk ölkə olmuşdur ki, “UNİMARC-ın əsasları ”nı tərcümə etmiş, beynəlxalq for­mat­lara əsaslanaraq milli kataloqlaşdırma qaydalarını yarat­ma­ğa çalışmış, milli İSSN, İSBN və İSMN agentliklərini təsis etmişdir.

Litvanın elmi kitabxanaları kitabxana proseslərini tək­rar etməmək və ayrılan vasaitə qənaət etmək məqsədilə 1993-cü ildə Litva kitabxanalarının elmi birliyi haqqında (Konsorsium) müqavilə imzaladılar.

Konsorsuium Litvanın İnteqral Kitabxana İnformasiya Sisteminin (LİBİS) yaranması üçün əlverişli zəmin yaratdı. LİBİS layihəsinin həyata keçirilməsi Milli Kitabxanada, eyni zamanda digər kitabxanalarda da ənənəvi proseslərin müa­sir­ləşdirilməsinə, kitabxanalara ayrılan vəsaitə qənaət edil­mə­sinə və İnformasiya resurslarından istifadə imkanlarının genişləndirilməsinə kömək etdi.

Təqdimatda həmçinin, Kaunas Texnoloji Universitet Kitabxanasında (Litvada ən boyük kitabxanalardan biridir. 1, 7 milyon fondu, 76 əməkdaşı, 118 kompüterləşdirilmiş iş yeri var, bunlardan 56-sı informasiya axtarışı üçündür), Vilnyus Texniki Universitet Kitabxanasında (619. 444 nüsxə fondu, 63 əməkdaşı, 239 iş yeri var, bunlardan 39-u kom­püterləşdirilib) Aleph və LİBİS avtomatlaşdırılmış kitabxa­na sistemlərinin gələcək perspektivləri və inkişaf istiqamət­ləri də nəzərdən keçirildi. Bundan başqa, elektron nəşriyyat fəaliyyətinin tətbiqində meydana çıxan problemlər, internet şəbəkəsinin texniki imkanlarından istifadə edərək virtual kitabxanaların yaradılması məsələləri də müzakirə olundu.
Elektron informasiya xidməti: dəbdir yoxsa dövrün təlabatı?!

Bu problem Azərbaycan və Litva kitabxanalarını eyni dərəcədə narahat edir. Elektron-informasiya xidmətləri universitet, respublika, beynəlxalq informasiya şəbəkəsinə informasiya resurslarına girişi təmin edərək oxuculara daha effektiv xidməti həyata keçirməyə imkan verir. Elektron xidmətinin inkişaf etdirilməsinin zəruriliyi müasir kitab­xa­nalarda baş verən dəyişikliklərlə şərtlənir. Bura ilk növbədə aşağıdakıları daxil etmək olar:



  • ənənəvi və virtual xidmətlər;

  • istifadəçılər ilə ünsiyyət İKT (İnformasiya Kommuni­ka­siya Texnologiyası) və e-poçt vasitəsilə həyata keçirilir;

  • istifadəçılərin elektron vasitələrinin köməyi ilə (veb­sayt, e-poçt) məlumatlandırılması;

  • fərdi kömək, təqdimatlar, seminarlar, təlim kursları.

Elektron informasiya xidmətlərinə aşağıdakılar daxildir:

  • kitabxananın elektron kataloqu;

  • internet resursları (axtarış sistemləri, e-jurnallar, e-kitablar, virtual kitabxanalar, məlumat bazaları);

  • CD-ROM, DVD-ROM;

  • yerli məlumat bazaları;

  • ödənişlı məlumat bazaları (biblioqrafik, tam mətnli).

Ali məktəblərdə elektron xidmətlərin əsas inkişaf isti­qa­mətlərini şərti olaraq belə səciyyələndirmək olar: (Xəzər Uni­versiteti və Litva ali məktəblərinin kitabxanalarının tim­salında)


    • Elektron kataloqlaşdırma

Azərbaycanda elektron kataloqlaşdırmanı yalnız 3 kitabxana professional kitabxana sistemi əsasında həyata keçirir, o cümlədən Xəzər Universiteti, Beynəlxalq Məktəb (SİRS, Mandarin Avtomatlaşdırılmış Kitabxana Sistemi), Qaf­qaz Tədqiqat Araşdırma Mərkəzi (Rusiyanın İRBİS, OPAC proqramı), Azərbaycan Respublikası Prezidentinin işlərinə dair Idarəetmə Kitabxanası, bir neçə kitabxanalar, həmçinin Bakı Dövlət Universiteti, Qərb Universiteti və İqtisadiyyat Universiteti özlərinin hazırladıqları beynəlxalq kommunikativ biblioqrafik formata əsaslanmayan proq­ram­lardan istifadə edirlər.

Xəzər Universitetinin KİM-də elektron kataloqlaş­dır­ma amerikan kompaniyası “Follett”-in hazırladığı Avtomat­laşdırılmış Kitabxana Sistemi əsasında həyata keçirilir. Hal-hazırda Xəzər Universitetinin Avtomatlaşdırılmış Kitabxana Sisteminin tətbiqinin nəticələrindən danışmaq olar:



  • Kitabxana-İnformasiya Mərkəzi və “Elektrion İnfor­ma­si­ya Xidməti ” şöbəsi yaradılıb.

  • Xüsusi Kitabxana Sistemi olan - Follett Library Auto­ma­tion Solutions proqram təminatı alınıb və uyğunlaş­dırı­lıb.

  • “Kataloqlaşdırma” və “Abonement” modulları tətbiq edi­lib (eksperimental rejimdə yalnız müəllimlər üçün)

  • Elektron kataloqdan on-layn (on-line) rejimində (OPAC- Online Public Access Catalog) universitet daxilində şəbə­kə­yə qoşulmuş istənilən kompüterdə istifadə etmək mümkündür.

  • Elektron kataloqun imkanları azərbaycan və rus dilinin əlifbasına uyğunlaşdırılıb.

  • Lokal şəbəkə yaradılıb.

Kitabxana əməkdaşları xüsusi təlimlər keçdikdən sonra elektron kataloqda müvəffəqiyyətlə işləyirlər.

Bu inteqrallaşdırılmış kitabxana sisteminin əsas xü­susiy­yəti elektron kataloqda olan biblioqrafik yazı və tam mətn­li materiallardan istifadə etmək imkanına da malikdir.

Hal hazırda bütün fondun qeydiyyatı, barkodlaşdırıl­ması, oxucuların məlumat bazasının yaradılması, elektron kitab verilişi kimi mühüm proseslər işlənilir.

Litvada iki avtomatlaşdırılmış kitabxana sistemi: LİBİS və Aleph daha geniş yayılmişdır.

LİBİS toplu kataloqu 1. 517. 000 biblioqrafik yazını özün­də əks etdirir, onun yaranmasında 68 kitabxana iştirak et­mişdir. Elektron kataloqa kitablar, əlyazmalar, notlar, xəri­tələr, dövri və ardı davam edən nəşrlər, elektron sənəd­lər daxildir. 2004-cü ilin üç rübündə 902. 214 sorğu, orta hesabla bir sutka ərzində 3. 500 sorğu daxil olmuşdur.

Oxuculara xidmətə İnternet vasitəsilə OPAC sənəd­lə­rinin sifarişi və şəxsi kataloq da daxildir.

Litva ali məktəb kitabxanaları digər inteqral kitabxana informasiya sistemi olan Aleph 500-dən istifadə edir. (ExLibis, İsrail)

Kaunas Texnoloji Universiteti 1995-ci ildə Danimarka şirkətinin istehsali olan inteqral kitabxana sistemini tətbiqin­dən bir il sonra ilk elektron kataloqu oxuculara təqdim etdi. Bu kitabxana fəaliyyətində yeni mərhələnin başlanğıcı idi. Elektron kataloqda biblioqrafik yazıların artması ilə əlaqə­dar olaraq oxuculara elektron xidmət də artmışdır. Tezliklə, oxu­cuların tələbi movcud sistemin imkanlarını üstələmiş və böyük kitabxana üçün uyğunlaşdırılmış yeni sistemin əldə olunması sualı qarşıya çıxmışdır.

1999-cu ilin 1 sentyabrından kitabxanada inteqral kitabxana sistemi Aleph 500 istifadə edilməyə başlanıldı. Bu inteqral akademik kitabxana şəbəkə layihəsinin (LABT) ilkin tədbiqi idi. Hal-hazırda bu sistem universitet, ali mək­təb, Elmlər Akademiyası, tədqiqat institutları və özəl uni­versitetlərin kitabxanalarında istifadə olunur.

Kitabxana kataloqu və «Nəşrlərin» MB (universitet əmək­daşlarının elmi əsərləri) internet adresi belədir: http://ktu. library. lt


Məlumat bazası

Müasir kitabxanada dünya şəbəkəsinin tam mətnli re­surs­larına girişi təmin etmək mühüm məsələlərdən biridir. 2000-ci ildə respublikada EBSCO məlumat bazasından isti­fadə etmək üçün ilk təşəbbüs göstərilmişdir.

Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun tam mətnli nəşrlərə abunəsi Cədvəl 1- də verilib.

Cədvəl 1. Azərbaycan Kitabxana İnformasiya Kon­sor­siu­munun tam mətnli məlumat bazalarına abunəsi


Abunənin

başlandığı il

Tam mətnli MB adı

Abunəçilərin sayı

2003

EBSCO

7

2004

Science Direct

1

2004

Oxford Reference Online

3

2004

BioOne

3

2004

İngenta

1

2004

World Bank online

1

2004

AGORA

1

2004

American Physical Society

2

2004

Cambridge Journals Online

2

2003-2004-cü il ərzində Xəzər Universiteti Science Di­rect, AGORA, İngenta, Oxford Journals Online, Oxford Re­ferens online kimi məlumat bazalarına girişi təmin etmişdir.

Universitet şəbəkəsinə qoşulmuş istənilən kompü­terdən məlumat bazasına sərbəst daxil olmaq mümkündür.

Keçən ilin dekabr ayında Kitabxana İnformasiya Kon­sor­siumuna Xəzər Universitetinin (təsisçilərdən biri qis­mində) üzv olması nəticəsində, EBSCO məlumat bazasına gi­riş təmin edilmiş, həmçinin Proquest, BiOne kimi dün­ya­nın qabaqcıl online nəşriyyat şirkətlərilə saziş bağ­lanıl­mış­dır.

Hələ 1996-cı ildən Litvada məlumat bazalarından isti­fa­də etməyə səy göstərilmişdir. Hal-hazırda Kaunas Texno­loji Universiteti aşağıdakı məlumat bazalarından istifadə edir:

Xarici bazalar: EBSCO Publishing- 1999-cu ildən

ISI Web of Science Citation databases- 2001-ci ildən

Springer LINK – 2002-ci ildən

Science Direct – 2002-ci ildən

Cambridge Journals Online – 2003-cü ildən

ProQuest- 2003-cü ildən

IEEE/IEL – 2004-cü ildən

Yerli baza: LİTLEX internet - 2001-ci ildən

Litva dövri nəşrləri (referat)- 2001-2003


Litva Akademik Kitabxanalar Şəbəkəsi çərçivəsində MB-na abunə haqda informasiya Cədvəl 2-də qeyd edilib.
Cədvəl 2. LABT kitabxanalarının tam mətnli məlu­mat bazalarına abunəsi

Abunənin

başlandığı il

Tam mətnli MB adı

Abunəçilərin sayı

1999

EBSCO

14

2001

İSİ Web of Knowledge

2

2002

Springer LINK

9

2002

Science Direct

8

2003

Oxford Reference Online

2

2003

ProQuest

12

2003

Cambridge Journals Online

6

Elektron informasiyalardan, o cümlədən məlumat ba­za­la­rından istifadə bir çox faktlardan asılıdır, məsələn:

- təlim prosesindən

- universitetin və kitabxananın texniki təminatından

- istifadəçinin informasiya savadlılığından

- marketinqdən


İnternet Resursları


  • Təlim kurslarının informasiya təminatına üçün

Xəzər Universitetinin KİM bu il 20 tədris kursu üçün kitabxana və onlayn resurslardan istifadə imkanlarını genişləndirərək mərkəzin veb saytında kifayət qədər həcmə malik materiallar yerləşdirilmişdir.

Azərbaycanın 48 ali təhsil ocaqlarından ancaq on biri İnternet resurslarına malikdir. Azərbaycanın çox az kitabxanalarının şəxsi veb- saytları var və onlar bir qayda olaraq informativ deyillər və hiperlinkləri yoxdur.

Xəzər universitəsinin Kitabxana İnformasiya Mərkəzinin, Qərb universitetinin və Qavqaz universitetinin veb- saytları müntəzəm olaraq təzələnir.

Litvanın Kaunas Texnoloji Universitetinin kitabxanası fizika və kimya fənnləri üzrə tələbələri informasiya mənbələri ilə işə hazırlamaq, internetdə axtarış aparmaq üçün düzgün starategiya seçmək məqsədilə “İnformasiya savadlılığı” adlı çox maraqlı material hazırlayır. Bu material kurslar üzrə onlayn resursların siyahısını özündə əks etdirir.


  • Veb-sayt istifadəçıləri üçün servis informasiya və xidmət

Artıq heç kim “kitabxanada internet yoxdur” sualı haqqında düşünmür. İndi əsas məsələ qlobal şəbəkələrin ənənəvi kitabxanaların ehtiyacını ödəmək üçün imkanlarından daha səmərəli necə istifadə etməkdən və ənənəvi kitabxananın İnternetin inkişafına və təkmilləşdirilməsinə nə dərəcədə təsir göstərəcəyindən ibarətdir.

Azərbaycanda böyük kitabxanaların demək olar ki, hamısının veb saytı var və onlar bir qayda olaraq, bir-neçə ildən bir təzələnir. Məsələn, Milli Kitabxananın saytı son dəfə 2001-ci ildə yenilənmişdir. Xəzər Universitetinin veb səhifəsi müntəzəm olaraq yenilənir.

Hal-hazırda Xəzər Universitetinin veb səhifəsində yeni daxil olmuş kitabların və CD-lərin virtual kitabxanası (pulsuz elektron kitablarına hiperlinklər qeyd edilir) mövcuddur. Bu biz tərəfindən hazırlanmış pulsuz internet resurslarının virtual kitabxanası istifadıçiyə müxtəlif tematik fənn proqramlarına istiqamətləndirməyi asanlaşdırmaq üçün tərtib edilib. Hər bir resurs bizlər tərəfindən seçilir, yoxlanılır, təhlil edilir. Hər bir informasiya yazısı uyğun olan resursun annotasiyası ilə təmin edilib.

Litvada kitabxanaların veb səhifələrinin yaradılmasına və onların mütəmadi olaraq yeniləşdirilməsinə xüsusi diqqət yetirilir.

Belə ki, Litva Milli kitabxanasının İnternet şəbəkəsinə qoşulması işi 1950-ci ildən başlanılıb. Kitabxana imicinin formalaşdırılması üçün gözəl reklam vasitə kimi İnternet server və ilk ana səhifəsi (home-page). yaradıldı. Yeni proqram vasitələrinin əmələ gəlməsi və texnikanın mükəmməlləşməsi ilə “htpp” protokoluna əsaslana İnternet xidmət imkanları yeniləşir.

Home-səhifə Milli kitabxananın və digər kutabxanaların istifadəçi mühitini nəzərə alaraq yaradılır. Bu mühit daha da genişdir, bura həm uşaqlar, tələbələr və eyni zamanda digər kitabxanaların elmi işçi və kolleqaları daxildir.

Milli kitabxana və şəbəkədə olan digər kitabxanalarınVeb səhifələrinin ən vacib funksiyalarından biri kataloqa www vasitəsi ilə qoşulmasıdır. Proqram paketi kataloqun qlobal şəbəkəyə inteqral qoşulmasını nəzərə alaraq Z39. 50 standartı əsasnda yaradılmışdı. Bugünün aktual problemi digər məlumat bazasının İnternet şəbəkəsinə qəbul edilmiş ehtiyaclara uyğunlaşdırılmasıdır(standart Z39. 50). Məlumat bazası ilə yanaşı Milli kitabxanada saxlanılan daha da dəyərli kolleksiyalar təqdim edilib. Bu, ilk növbədə, əlyazma şöbəsinin və nadir və köhnə kitabların kolleksiyasıdır.


Xüsusi elektron xidmətləri
Xəzər Universitetində Milli İSBN (2000-ci ildən) və bu yaxınlarda yaradılmış İSMN Agentliyi (2004-cü ilin yanvarından) işə salınıb. Elektron informasiya xidmətləri çərçivəsində KIM-in bu agentliklərlə əməkdaşlığı növbəti istiqamətlərdə həyata keçirilir.

  • İSBN və İSMN indeksləri verilmiş kitablardan ibarət milli biblioqrafik verilənlər bazasının yaradılması

  • İSBN və İSMN indeklərindən elektron kataloqunda axtarış elementlətindən biri kimi istifadə edilməsi

  • Xüsusən CİP (Cataloguing in Publication) nəşr məhsulunun kataloqlaşmış təsvirinə bələd olaraq beynəlxalq ehtiyacları nəzərə alıb dərc olunan nəşrlərin biblioqrafik təsvirinin hazırlanması,

  • Maşınoxuyan verilənlər bazası nəşrlərınin və beynəlxalq nəşr identifikator sorğu kitabçası dərci üçün Milli (import/eksport formatında) və gələcəkdə İSMN Agentliyi təşkilatlarının formalaşması

Litvada bu işi Milli kitabxana nəzdində fəaliyyət göstərən Biblioqrafiya və

Elmi Kitablar Mərkəzi həyata keçirir. Milli İSBN, İSMN Agentlikləri hələ 1992-1994-cü illərdə yaradılmışdı.
Müasir kitabxanalara doğru istiqamətin əsasları
Azərbaycanda və Litvada bir çox xidmətlər virtual olaraq yerinə yetirilir.


  • Elektron kataloqda axtarış

  • Kopiyaların ehtiyat üçün saxlanılması

  • “Nəşrlər” Verilənlər Bazasında axtarış (təkcə Litvada)

  • Onlayn verilənlər bazasında axtarış

  • Statistik hesab və sorğu ədəbiyyat siyahılarının kompilyasiyası

  • İnternet vasitəsilə xidmətlər: CD-ROM-ların siyahıları, kurslar üçün təlim ədəbiyyatlar, veb hiperlinklər, verilənlər bazası

Litva kitabxanalarının Azərbaycan kitabxanalarından fərqli olaraq inkişaf xüsusiyyəti kitabxana şəbəkələrinin yaradılması və təkmilləşməsidir.


Litva elmi kitabxanalarının şəbəkəsi

Elmi cəmiyyətin ehtiyacının yaxşı təmin edilməsi üçün 1997-ci ildə Litva Elmi Kitabxana Direktorlar Assosiasiyasının (LABA) əsası qoyuldu. LABA-nın ümdə məsələləri əsasən aşağıdakılardır:



  • Elmi kitabxanaların ümumi maraqlarının beynəlxalq layihə və sazişlərdə təqdim edilməsi

  • Kitabxana İnformasiya Sisteminin təmin edilməsi, saxlanılması və inkişafı üçün maliyyə resurslarının axtarışı

  • Əsasən elektron tam mətnli məlumat bazasının komplektləşdirilməsi və yazılması üçün əlavə resursların axtarışı və birləşdirilməsi

Yuxarıda qeyd olunan məsələləri həll etmək üçün 1997-ci ildə LABA “Litva akademik kitabxanalar şəbəkəsi” layihəsinə təməl qoydu. (LABT)

Litva akademik kitabxanalar şəbəkəsinin (Lithuanian Academic Library Network LABT) yaranma səbəbi kitabxanaların avtomatlaşdırılması vasitəsilə Litva virtual akademik kitabxanaların tətbiq edilməsi, axtarışın və Litva virtual akademik kitabxanaların informasiya mənbələrinə və virtual xidmətlərə girişin unifikasiyasıdır. LABT hal-hazırda 16 universiteti, 9 kolleci, Litva Elmlər Akademiyasını, 29 elmi-axtarış institutlarını, həmçinin Litva akademik kitabxana konsorsiumu özündə birləşdirir. Kitabxana proqram təminatı –Aleph şəbəkənin bütün üzvlərinə uyğunlaşdırılıb tətbiq edilmişdi. Kitabxana direktorlarının kitabxana assosiasiyası və Kaunas Texnoloji Universiteti şəbəkənin koordinasiyaçısıdır. Yaxın gələckdə şəbəkənin ümdə duran məsələsi əsas olaraq tam mətnli məlumat bazası vasitəsilə istifadədə olan məlumat bazasının genişlənməsidir. Bu zaman Litva kitabxanaları elektron kitabxana olaraq reallaşacaq. Burada fərdlər nəinki ənənənvi elektron xidmətləri və elektron kataloqdan istifadə edə biləcək, hətta elektron sənədləri oxuya biləcəklər.
Litva Akademik Kitabxanalar Şəbəkəsi
LAKŞ-ın birinci mərhələsi (1998- 2000)
LAKŞ- ın ən birinci məsələsi Litva akademik kitabxanalarını unifikasiya etmək və birləşdirmək və dünyada məşhur olan kitabxana informasıya sistemi ilə təmin etmək idi. LAKŞ-ın layihəsi Kaunas Texnologiya Universiteti (KTU) və başqa ali məktəblərin metəxəssislərinin köməyi ilə həyata keçirilmişdi. Bu layihə Litva rektorlar yığıncağı, Elm və Maarifçilik Nazirliyi tərəfindən təsdiq edilmişdir. Bu layihəyə əsasən vahid kitabxana sistemini əldə etmək üçün 15 dövlət universitetinin maliyyə resurslarını kooperasiya olunması qərara alınmışdı. Litva virtual kitabxanasını həyata keçirmək üçün 2003-cü ildə LAKŞ layihəsi çərçivəsində Metalib və SFX proqram məhsulları əldə edilmiş və tətbiq edilmişdir.
LAKŞ- ın ikinci mərhələsi (2001- 2003)
2001- ci ildə LAKŞ “ Elm və ali təhsil informasiya texnologiyası” milli proqramına daxil edilmişdir. Bu proqramı Litvanın Elm və Maarifçilik Nazirliyi idarə edir. Beləliklə, LAKŞ- ın gələcək inkişafı və dəstəyi üçün maliyyə məsələləri həll edilmişdir.
LAKŞ kitabxanalarının oxucuları və kitabxanaçıları üçün imkan yaranmışdır. Litvanın başqa akademik kitabxanalarında və institutlarında da Aleph tətbiq etmək və bununla belə LAKŞ- da iştirak etmək imkanı yaranmışdır.
2004-cü ildə LAKŞ kitabxanalarının oxucularının rahatlığı üçün Litva virtual kitabxanasının vahid interfeysinin köməyi ilə yazılmış tam mətnli məlumat bazasına qoşulma imkanı təmin etmək nəzərdə tutulur.
LAKŞ- ın üçüncü mərhələsi (2004-cü il və sonra)
2004 -cü ilin 2-ci kvartalında LAKŞ- da 16 ali təhsil ocaqlarının kitabxanaları, Litvanın elm kitabxanası, 40 elmi institutları və 12 kitabxana kolleqiyaları iştirak edirdilər.

ALEPH bazalarında 960 mindən artıq kitabxana yazıları və 2, 7 mln. cox onlarla bağlı yazılar düzənlənmişdir.

LAKŞ layihəsinin iştirakçılarının sayı günbəgün artmaqdadır.
2004 -cü ilin sonlarında LAKŞ- da Litvanın 75 akademik institutları iştirak edəcəklər. ALEPH-in bazalarında isə 105 mln. çox kitabxana yazıları və 2, 9 mln. çox onlarla bağlı yazı vahidləri düzənlənmişdir.
Elktron tezislərinin və disertasiyaların idarə etmə layihəsi inkişaf etməkdədir, hansılar ki, LAKŞ- ın və vahid UNESCO-nun çərçivəsində həyata keçiriləcək.

Bu proyektdə Litvanın 14 ali təhsil ocaqları və Latvianın Riqa Texnik universiteti iştirak edirlər.


2004-cü ilin mayında Elm və Maarifçilik Nazirliyi tərəfindən Litva virtual kitabxanasının milli layihəsinin gələcək inkişafı və həmçinin LABT layihəsinin hazırlanmasında yeni iş qrupu təyin edilmişdir.

Bu layihə Avropa Birliyinin struktur formalarında maliyyələşdirməsi üçün təqdim ediləcəkdir.




Yüklə 346,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin