The 270th-anniversary special issue of Şuşa, the cultural capital of Azerbaijan 2022 Mustafasadəh / pp 16-38 28
Noyabrın 4-də İlham Əliyev İspaniyanın EFE agentliyinə videomüsahibə vermişdir.
Aparıcının əgər ermənilər Dağlıq Qarabağın müstəqilliyini tanıyarlarsa, Prezidentin buna
reaksiyasının necə olacağını soruşanda İlham Əliyev dedi ki, o, bundan qorxmur, həm də
Paşinyanın bunu etməyə cürəti çatmaz.
29
Regionun muxtariyyətini qəbul etməyə
hazırsınızmı? sualının cavabında Prezidentimiz söylədi ki, hərbi əməliyyatlar başlananadək
Azərbaycan rəhbərliyi həmişə bəyan etmişdir ki, Avropada, Skandinaviyada, Aland adaları
timsalında, İtaliyada Cənubi Tirol timsalında və bir çox başqa yerlərdəki nümunələr
timsalında Dağlıq Qarabağa muxtariyyət verməyə hazır idi, onlar isə bunu rədd etmişlər. İndi
isə Ermənistan işğal altındakı qalan əraziləri qaytarmaq barədə təsdiqlənmiş təqvim
verməlidir və sonra gələcəkdə nə baş verəcək – onun haqqında danışmaq olar, bu məsələ ilə
bağlı heç nə deyə bilməz.
30
Bununla da İlham Əliyev faktiki olaraq dünyaya bəyan etdi ki,
regionun muxtariyyəti məsələsi artıq keçmişdə qalmışdır.
6. Rusiya auditoriyasına erməni təbliğatının təsirinin azaldılması Hərbi-siyasi qüdrətinə və regiona təsir imkanlarına görə Vətən müharibəsi zamanı Rusiyanın
tutacağı mövqenin böyük önəmi vardı. Ədalət naminə demək lazımdır ki, RF Prezidenti
V.Putin müharibənin əvvəlindən təmkinli, bitərəf mövqe tutmuş, Paşinyanın onu münaqişəyə
qoşulmaq çağışırlarına məhəl qoymamışdır. Eyni zamanda qeyd etmək lazımdır ki, Rusiyada
mühüm mövqelərə malik olan ermənipərəst qüvvələr Azərbaycan əleyhinə qara piyar
apararaq Rusiya ictimaiyyətini aldatmağa, beləliklə də Putinə ictimai təzyiq göstərilməsinə
nail olmaq istəyirdilər. Buna görə də Prezident İlham Əliyev Rusiya media qurumlarına
müntəzəm müsahibələr verirdi.
44 günlük müharibə ərzində Prezident İlham Əliyev Rusiyanın “Rossiya-1” telekanalının
“60 dəqiqə proqramında çıxış etmiş, “Pervıy Kanal” telekanalına (6 oktyabr 2020-ci il), 10
oktyabr 2020-ci il tarixində Rusiyanın “RBK” televiziya kanalına, oktyabrın 15-də Rusiyanın
Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq informasiya agentliyi media
qrupunun baş direktoru Dmitri Kiselyova, oktyabrın 19-da Rusiyanın TASS informasiya
agentliyinə müsahibələr vermişdir.
Müharibənin elə üçüncü günündə “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında
Prezident İlham Əliyev öz məntiqi, qətiyyəti fikrini sərrast ifadə etməsi ilə Ermənistan baş
nazirinin miskin, məntiqsiz çıxışı ilə müqayisə olunmaz dərəcədə yüksək intelektini sübut etdi
və beləliklə on milyonlardan ibarət auditoriya qarşısında ölkəmizin haqlı mövqeyini müdafiə
edərək Rusiya ictimaiyyətində Azərbaycanın xeyrinə ovqatların formalaşmasına böyük təsir
göstərdi.
29
Azərbaycan Prezidenti İlham Əliyevin İspaniyanən EFE informasiya agentliyinə videomüsahibəsi, 04.11.2020-
ci il, https:president.az./articles/45475/ s.350(10.10.2022); Zəfər yolu, s. 425.
30
https://president.az/articles/45475(10.10.2022); Zəfər salnaməsi, s. 350; Zəfər yolu, s. 425-426.