Azerbaycan Kültür Başkenti Şuşa’nın 270. Yılı Armağan Sayısı


The 270th-anniversary special issue of Şuşa, the cultural capital of Azerbaijan 2022



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə11/22
tarix11.01.2023
ölçüsü0,88 Mb.
#78983
1   ...   7   8   9   10   11   12   13   14   ...   22
V t n(II. Qaraba ) M harib sinin nformasiya T minatinda Az rbaycan Respublikasinin Prezidenti lham liyevin Rolu[#1197334]-2742121

 
The 270th-anniversary special issue of Şuşa, the cultural capital of Azerbaijan 2022 
Mustafasadəh / pp 16-38 
26 
Müqaviləsi Təşkilatının, hansı ki, NATO tipli bir təşkilatdır, erməni əsilli sədrini həbsə atdı. 
Yəni bu, Sorosun sözü ilə oturub-duran bir adamdır. Bir də ki, onun komandasına baxın 
onların hamısı Soros Fondunun, Açıq Cəmiyyət Təşkilatının “Amnesty İnternational”ın 
nümayəndələridir. Yəni Soros Ermənistanda hakimiyyətə gəldi, amma iflasa uğradı.”
20
4. Ərəb auditoriyasına müraciət 
Türkiyə televiziya kanalları ilə yanaşı Prezident İlham Əliyevin Ərəb aləmində böyük 
nüfuzu olan ərəb ölkələri telekanallarına müsahibələr verməsi də çox önəmli idi.O, “Əl-
Cəzirə” televiziya kanalına 2 oktyabr 2020-ci il tarixli müsahibəsində bu kanalın islam 
aləminin ən aparıcı telekanallarından olduğunu nəzərə alaraq ermənilərin işğal etdikləri 
ərazilərdə bütün məscidləri dağıtdıqlarını, məscidlərdə donuz və inək saxlamaqla bütün 
müsəlmanları təhqir etdiklərini nəzərə çatdırdı.
21
Ərəb aparıcıların qaldırdığı məsələlərdən biri ermənilərin çox əsaslandıqları xalqların öz 
müqəddəratını təyin etmə hüququ ilə bağlı məsələyə toxunan Prezident qeyd etdi ki, erməni 
təbliğatçıları beynəlxalq hüquq üzrə mütəxəssis olmayan sadə insanlardan ibarət beynəlxalq 
ictimai rəyi çaşdırmaq üçün tez-tez bu prinsipə əsaslanırlar. Lakin beynəlxalq hüququn 
Helsinki Yekun aktında əks olunan əsas prinsiplərə və BMT nizamnaməsinə görə öz 
müqəddəratını təyin etmə ölkələrin ərazi bütövlüyünə zərər vurmamalıdır, həm də erməni 
xalqı artıq öz müqəddəratını təyin etmişdir və müstəqil Ermənistan dövləti var. Bu gün 
dünyanın müxtəlif yerlərində ermənilər yaşayırlar. Onlar bu prinsipdən həmin ölkələrdə 
istifadə edə bilərlərmi? Prezident dedi: “Qoy Dağlıq Qarabağa öz müqəddəratını təyin etmə 
vermək istəyən ölkələr öz torpaqlarının bir hissəsini Dağlıq Qarabağdan olan ermənilərə 
versinlər, onları qəbul etsinlər və orada onlara öz müqəddəratını təyin etmə hüququ versinlər. 
Onda baxarıq onların reaksiyası necə olacaq”.
22
Prezident İlham Əliyev 4 oktyabr 2020-ci ildə “Əl-Ərəbiyyə” televiziya kanalına verdiyi 
video müsahibədə yenə də müharibənin başlanmasının günahkarının Ermənistan olduğunu
münaqişədən əvvəl Dağlıq Qarabağ əhalisinin 25 faizinin azərbaycanlılardan ibarət olması, 
Dağlıq Qarabağ ətrafındakı rayonlardan 700 mindən çox azərbaycanlının məcburi köçkünə 
çevrildiyini, evlərinin hamısının dağıdılması faktını telekanal izləyicilərinin diqqətinə 
çatdırdı.
23
Prezident guya Suriyadan gələn muzdluların Azərbaycan tərəfindən hərbi 
əməliyyatlarda iştirak etməsi barədə yayılan şaiyələri qətiyyətlə təkzib edərək Fransa 
prezidenti Emmanuel Makronun bir neçə dəfə ona zəng edərək hərbi əməliyyatların 
dayandırılmasını tələb etməsinə toxundu və dedi: “əgər Fransa Dağlıq Qarabağ üçün öz 
20
Zəfər salnaməsi, s.198; Zəfər yolu, s.313; https://president.az./articles/43250 (10.10.2022). 
21
Azərbaycan Prezidenti İlham Əliyevin “Əl-Cəzirə” televiziya kanalına müsahibəsi, 02 oktyabr 2020-ci il, 
Zəfər salnaməsi, s. 54;https://president.az/ articles/41429(10.10.2022). 
22
Zəfər salnaməsi, s. 55; https://president.az/articles/41429(10.10.2022); Zəfər yolu, s. 166. 
23
Prezident İlham Əliyevin “Əl-ərəbiyyə” televiziya kanalına videomüsahibəsi, 4 oktyabr 2020-ci il, Zəfər 
salnaməsi, s. 64; Xalq qəzeti, 6 oktyabr, 2020-ci il, № 204.; https:president.az/articles/41712(10.10.2022); 
Zəfər yolu, s. 174. 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin