V t n(II. Qaraba ) M harib sinin nformasiya T minatinda Az rbaycan Respublikasinin Prezidenti lham liyevin Rolu[#1197334]-2742121
The 270th-anniversary special issue of Şuşa, the cultural capital of Azerbaijan 2022 Mustafasadəh / pp 16-38 34
Qeyd edək ki, Qərbin bəzi dairələri Ermənistan-Azərbaycan müharibəsində
Azərbaycanın qələbəyə yaxın olduğunu görüb,Dağlıq Qarabağın statusu məsələsini yenidən
gündəmə gətirmək istəyirdilər.Azərbaycan Prezidenti isə bunun artıq xam xülya olduğunu
onların nəzərinə çatdırırdı.ABŞ-ın “Foxs News”kanalına irəlidə xatırlanan videomüsahibədə
aparıcının Dağlıq Qarabağda ermənilərin öz müqəddəratını təyin etmə hüququna hörmət
edəcəksinizmi və referenduma razılıq verəcəksinizmi? sualına İlham Əliyev çox lakonik və
qətiyyətli cavab verdi: “Xeyr, əlbəttə ki, xeyr. Dağlıq Qarabağda heç bir referendum
olmayacaq. Biz bununla heç vaxt razılaşmayacağıq. Biz danışıqlar zamanı buna razılıq
vermədik və indi ərazinin böyük bir hissəsini geri aldığımız bir vaxtda bundan söhbət gedə
bilməz. Öz müqəddəratını təyin etməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin
ediblər”.
54
Oktyabrın 28-də Prezident İlham Əliyevin Almaniyanın ARD televiziya kanalına
müsahibəsi də Azərdycan Prezidentinin yüksək intellektini bir daha nümayiş etdirdi.
Azərbaycan Dağlıq Qarabağı muxtar rayon kimi tanımaq istəyirmi? sualına cavabında dedi ki,
Azərbaycan onillər ərzində regiona ən yüksək muxtariyyət verməyə razı olduğunu bəyan
edəndə erməni tərəfi bunu rədd edib, müstəqillik tələb edir, deyirdi ki, reallıqlar var və biz
onları nəzərə almalıyıq. İndi bizim təklifimiz də qüvvəsini itirib, çünki biz reallıqları
dəyişmişik. İndi Ermənistan hərbi əməliyyatları dayandırsa, xarici işlər nazirimiz Dağlıq
Qarabağın statusu məsələsini müzakirə etmək üçün Cenevrəyə gedə bilər.
Aparıcı belə bir təxribatçı sual verdi: «Nəyə görə Qarabağ Azərbaycan üçün belə
önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?» Prezident cavab verdi:
«Elzas və Lotaringiya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfalya? Bu bizim torpaqdır,
beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu resurslar məsələsi deyil. Əsas resurslar
burada, Bakıdadır. Bu ədalət məsələsidir, bu milli qürur məsələsidir və bu beynəlxalq hüquq
məsələsidir».
55
Aparıcının dünyanın əksər tarixçilərinin dediyi kimi guya Dağlıq Qarabağda
insanların əksəriyyətinin keçmişdən ermənilər olması barədə iddiasına cavab olaraq İlham
Əliyev tarixə qısa ekskurs etməklə, ermənilərin bura son 200 ildə köçürülməsi və tarixi
mənbələrin bunu təsdiqləməsi haqqında məlumat verdi. «Qarabağ» sözü Azərbaycan sözüdür,
Dağlıq Qarabağın mərkəzinin tarixi adı Azərbaycan sözü olan Xankəndidir. Prezident belə
haqlı sual verdi: «Əgər bu qədim Ermənistan ərazisi idisə, niyə Qarabağ adlanır? Niyə paytaxt
şəhər hansısa qədim adla deyil, Stepanakert adlanır?».
56
Müharibə sona yaxınlaşdıqca Qərbin
bir sıra dairələri Ermənistanı tam məğlubiyyətdən xilas etmək üçün cəhdlər göstərirdilər.Bu
özünü Qərb telekanalları aparıcılarının mövqeyində də göstərirdi.2020-ci il noyabrın 6-da
Prezident «BBC News»a müsahibəsində aparıcının Siz sona qədər döyüşəcəksiniz? sualına
54
Zəfər salnaməsi, s. 236; Zəfər yolu, s. 362; https://president.az/articles/44279(10.10.2022).
55
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın ARD televiziya kanalına müsahibəsi, 28.10.2020-ci il,
https: // president.az/articles/44692(10.10.2022); Zəfər salnaməsi, s. 318; Zəfər yolu, s. 403.
56
Zəfər salnaməsi, s. 318; Zəfər yolu, s. 404;https://president.az/articles/44092.(10.10.2022).