Azerbaycan Kültür Başkenti Şuşa’nın 270. Yılı Armağan Sayısı


The 270th-anniversary special issue of Şuşa, the cultural capital of Azerbaijan 2022



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə17/22
tarix11.01.2023
ölçüsü0,88 Mb.
#78983
1   ...   14   15   16   17   18   19   20   21   22
V t n(II. Qaraba ) M harib sinin nformasiya T minatinda Az rbaycan Respublikasinin Prezidenti lham liyevin Rolu[#1197334]-2742121

 
The 270th-anniversary special issue of Şuşa, the cultural capital of Azerbaijan 2022 
Mustafasadəh / pp 16-38 
32 
Prezidenti qətiyyətlə bildirdi:” Xeyr, heç vaxt. Bu məsələ heç vaxt danışıqlar masasında 
olmamışdır”.
44
Qərbin aparıcı media qurumları ilə mühasibələrində Azərbaycan prezidenti bir sıra dünya 
liderlərinin artıq müharibənin əvvəlindəki ittihamçı mövqeyindən nisbətən geri çəkilərək
daha təmkinli mövqe sərgilədiklərini diqqətə catdırırdı. Məsələn, 2020-ci il oktyabrın 14-də 
prezident İlham Əliyev “France 24” televiziya kanalına müsahibəsində aparıcının
münaqişədə Fransanın rolu ilə bağlı sualına cavabında dedi: “Bilirsiniz ki, toqquşmanın 
əvvəlindən biz bəzi ziddiyətli bəyanatlar və bəzi mesajlar alırıq. Lakin düşünürəm ki, 
qarşılıqlı diplomatik səylərimiz sayəsində vəziyyəti nəzarət altında saxlamağa müvəffəq 
olmuşuq. Bildiyiniz kimi prezident Makron mənə bir neçə dəfə zəng edib və bizim sonuncu 
söhbətimiz çox müsbət idi. Biz münaqişənin siyasi həll yolunun tapılması səylərinə 
sadiqik”.
45
Bir çox hallarada xüsusi qərəzlə hazırlanmış suallarla Azərbaycan Prezidentini 
çaşdırmaq, çətin duruma salmaq məqsədi güdən aparıcıları, prezident təmkinlə dinləyəndən 
sonra onların ittihamlarını qətiyyətlə təkzib edir, onların özünü çətin vəziyyətə salır,pərt 
edirdi.Belə müsahibələri əsil “master-klas” dərsləri adlandırsaq heç də şişirtmə olmazdı. Biz 
belə müsahibələrdən biri -2020-ci il oktyabrın 24-də Fransanın “Figaro” qəzetinə Prezidentin 
müsahibəsini xüsusi qeyd etmək istərdik. Aparıcı qərəzlə soruşanda ki, Azərbaycan 
sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hücuma keçəndə hansı siyasi məqsədlər güdmüşdür?, 
Prezident qeyd etdi ki, sentyabrın 27-də Azərbaycan hücuma keçməmişdir, əksinə Ermənistan 
Azərbaycana qarşı hücuma keçmiş, mülki şəxslər və hərbi qulluqçular öldürülmüşdür.
46
Aparıcı yenə də təxribatçı bir fikir söylədi: “Onlar (ermənilər-T.M.) Gəncəni ona görə 
bombardman ediblər ki, Gəncədə Türkiyənin bir neçə “F-16” qırıcı təyyarəsi var idi və bu “F-
16” qırıcı təyyarələrdən biri erməni təyyarəsini vurmuşdur”. Prezident ittihamı qətiyyətlə 
təkzib edərək bunun feyk xəbər olduğunu bildirdi.
47
Həm də əsaslı surətdə təkzib etdi. 
Bildirdi ki,texnologiyaların çox yüksək inkişaf etdiyi bugünkü gündə “F-16”təyyarəsinin 
havaya qalxması hökmən sübut olunardı. 
Aparıcı öz ampulasında idi. O, “Türkiyənin müdaxiləsi və Türkiyədən müxalif Suriya 
döyüşçülərini qəbul etməklə siz yerli bir münaqişənin regional bir müharibəyə çevrilməsindən 
qorxmursunuz?”sualını verdikdə Prezident yenə də Türkiyənin münaqişəyə cəlb olunmasına 
dair heç bir sübut olmadığını bildirib, Azərbaycanın müasir avadanlığı olan 100 minlik nizami 
ordusu olduğunu, 30 ildir işğaldan əziyyət çəkən motivasiyalı insanların olduğunu söylədi. 
Bildirdi ki, o, hətta tam səfərbərlik elan etməmişdir, Azərbaycanın xaricdən döyüşçü 
44
Zəfər salnaməsi, s. 126; Xalq qəzeti, 2020-ci il, 10 oktyabr, № 208 (29473), s. 3; Zəfər yolu, s. 226-227. 
45
Azərbaycan Prezidenti İlham Əliyevin” Franse 24”televiziya kanalına müsahibəsi, 14.10.2020-ci il., 
https://president.az/articles/43037(10.10.2022); Zəfər yolu, s. 275-276; Zəfər salnaməsi, s.166. 
46
Azərbaycan Prezidenti İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəsi, 24.10.2020, 
https://president.az/articles/44170(10.10.2022); Zəfər salnaməsi, s. 249; Zəfər yolu, s. 344. 
47
Zəfər salnaməsi, s. 251; Zəfər yolu, s. 346; https://president.az/articles/44170(10.10.2022). 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin