Suriya böhranı və Türkiyə-Rusiya münasibətləri



Yüklə 54,29 Kb.
səhifə1/4
tarix19.10.2022
ölçüsü54,29 Kb.
#65487
  1   2   3   4
Suriya böhranı və Türkiyə


Suriya böhranı və Türkiyə-Rusiya münasibətləri
Suriyada 2011-ci ildən indiyə qədər davam edən vətəndaş müharibəsi
özü ilə bir çox yeni problemi də meydana çıxararaq qlobal krizisə çevrilmişdir.
Xüsusilə, hazırkı humanitar böhran və insan faktoru ilə regiondakı digər ölkələrə də bir çox istiqamətdən təsir göstərən Suriya məsələsi Əsəd rejimi ilə siyasi müxalifət və bir-biriylə uzlaşa bilməyən digər etnik-dini silahlı qrupların ciddi mübarizəsi fonunda özünün yeddinci ilinə qədəm qoymuşdur. Bu illərdə bir çox cəhdlər edilsə də, Suriya vətəndaş müharibəsi beynəlxalq müstəvidə həll oluna bilməmişdir. Qarşıdurmalara paralel olaraq, xüsusilə Cenevrə danışıqları çərçivəsində göstərilən siyasi həll səyləri bir-birinin ardınca nəticəsiz qalarkən,
sahədəki hərbi vəziyyətdə dəyişiklik olmadan hansısa siyasi həllə çatmağın çətinliyi bir çox suriyalı və beynəlxalq aktor tərəfindən dərk edilmişdir. Bu vəziyyət böhranın hərbi ayağını - Əsəd rejimi və birlikdə döyüşdüyü aktorlarla Suriyanın millitarist müxalifətini ön plana çıxararkən, siyasi müxalifəti proses boyunca geri plana atmışdır. Lakin 2017-ci ildə Əsəd qüvvələrinin Hələbin yenidən ələ keçirməsi, müxalif qrupların qələbəyə dair ümidlərini getdikcə azaltmış və Suriya böhranına həll yolu axtarışları sürətlənmişdir. Bu vəziyyət atəşkəs və sülh prosesinin başlamasını təmin etmiş və vətəndaş müharibəsinin aktorları ilə üçüncü dövlətlər arasındakı müzakirələri aktivləşdirmişdir.
Aydındır ki, davam edən Suriya təcrübəsi (o cümlədən İraqdakı gərgin siyasi vəziyyət və mərkəzi hakimiyyətin qırılqanlığı (failed state)) özünün qlobal miqyası və bir çox digər ölçülərinə görə Yaxın Şərq tarixi və coğrafiyasının yenidən formalaşması üçün kritik keçid prosesi olacaqdır. Bu kontekstdə böhranın arxa planının və səbəblərinin öyrənilməsi, habelə mümkün siyasi həllə çatmaq üçün aparılan beynəlxalq müzakirələrin analiz edilməsi həm regionun gələcək taleyi, həm də akademik baxımdan ciddi əhəmiyyət və aktuallığa malikdir.
Böhrandan əvvəl Suriyada ümumi vəziyyət
Hazırda Yaxın Şərqdə, o cümlədən Suriyada cəryan edən bütün proseslərin kökləri regionun yaxın keçmişi ilə çox həssas şəkildə bağlıdır. Bu halda vətəndaş müharibəsi öncəsi Suriyada daxili-xarici siyasi və sosial-iqtisadi vəziyyətin, yəni hər iki Əsəd rejiminin analiz edilməsi böhranın yaranma səbəblərinin, habelə sahədəki regional və qlobal aktorların davranış və siyasətinin, o cümlədən həll müzakirələrinin rasional şəkildə analiz edilməsi üçün tarixi və sosioloji prespektiv təmin edə bilər.



Yüklə 54,29 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin