Suriya böhranı və Türkiyə-Rusiya münasibətləri



Yüklə 54,29 Kb.
səhifə3/4
tarix19.10.2022
ölçüsü54,29 Kb.
#65487
1   2   3   4
Suriya böhranı və Türkiyə

Suriya-Rusiya əlaqələri
Soyuq Müharibədən bu günə qədər beynəlxalq arenada davam edən
strateji mübarizənin Suriya-Rusiya əlaqələri üzərində mühüm təsiri olmuşdur.
Hər iki ölkənin Qərblə münasibətdə yaşadığı gərginlik tərəflərin yaxınlaşmasında əhəmiyyətli rol oynamışdır. Bu əlaqə şəbəkəsi Dəməşq rejimi üçün həyati əhəmiyyət daşıdığı halda, Rusiyaya öz çevrəsi xaricində strateji sahə qazandırmışdır. Suriyada böhranın başladığı andan etibarən Rusiya Yaxın Şərqdəki ən əhəmiyyətli müttəfiqi Əsəd rejiminin devrilməməsi üçün ciddi fəaliyyətə başlamışdır. İlk dəfə 2011-ci ilin aprel ayında BM Təhlükəsizlik Şurasında gündəmə gələn Suriya hökumətini qınama qərar layihəsinə veto qoyan Rusiya daha sonra bir çox dəfə gündəmə gətirilən digər qərar layihələrinə də (Çinlə birgə) veto qoymuşdur. Böhran vəziyyətini Suriyanın daxili məsələsi kimi xarakterizə edən Rusiya, həmkarlarına gözdağı vermək üçün 2011-ci ilin noyabr ayında üç müharibə gəmisini Tartus Limanına göndərmiş, bundan əlavə Admiral Kuznetsov təyyarəsini də Suriyaya göndərəcəyi istiqamətində xəbərləri mətbuata sızdırmışdır. Həmin dövrdə Rusiyanın baş naziri vəzifəsini icra edən Vladimir Putin 2012-ci ildə yazdığı məqalədə Yaxın Şərqdə ölkəsinin iki dəqiq öhdəliyinin olduğunu ifadə etmişdir:
- İrana istiqamətlənmiş hərbi hərəkata qarşı bu ölkəni müdafiə etmək.
- Suriya və digər ölkələrdə rejim dəyişikliyi və təzyiqlərə maneə törətmək
Həqiqətən də Rusiya, Qərbin böyük güclərinin Suriyaya sanksiya tətbiqi və hərbi müdaxiləsinə qəti şəkildə qarşı çıxacağını bir neçə dəfə ifadə etmişdir. Suriyanın Qərb meyilli iqtidarla idarə olunması halında, İranın bölgədə təklənməsi Rusiya baxımından qəbul edilən vəziyyət deyil. V.Putinin məsləhətçilərindən Aleksandr Duqin Rusiyanın yeni vizionunda MoskvaTehran oxunu ən ciddi strateji xətlərdən biri kimi qiymətləndirmişdir.
Suriyadakı rejimin çökməsi ilə bu xəttin zəifləmə ehtimalı Rusiyanın bu
məsələdəki qərarlılığının ən əhəmiyyətli səbəblərindən biridir. Bu səbəbdən
Ərəb Baharının ilk günlərindən etibarən Moskva-Tehran-Dəməşq üçbucağı
arasındakı əlaqələr qüvvətlənərək inkişaf etmişdir.

Yüklə 54,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin