Universitet: Qərbi Kaspi Universiteti



Yüklə 20,61 Kb.
tarix02.01.2022
ölçüsü20,61 Kb.
#41180
Şərqi Ukraynada Separatizm Tezis


II kurs Magistrant:Məmmədli Cavid

Universitet: Qərbi Kaspi Universiteti

Fakültə: İctimai Siyasi-Elmlər

İxtisas: Beynəlxalq Münasibətlər və Diplomatiya

Elmi Rəhbər: Tural Vəlizadə

WP 050 766 45 65

Teams Login : memmedli.cavid.2139bm@wcu.edu.az

Ukrayna böhranının demək olar ki, 7 ilinin tamam olduğu bu günlərdə bölgədəki böhran, Qərblə Rusiya arasındakı münasibətləri yenidən nəzərdən keçirəməyə məcbur etdi. Ukrayna böhranı ilk növbədə Rusiya və AB, sonra ABŞ və Rusiya arasındakı münasibətlərə təsir etmişdir.



Şərqi Ukraynada Separatizm

Ukraynadakı böhran, 2013-cü ilin noyabrında Ukrayna Prezidenti Viktor Yanukoviçin Avropa Birliyi ilə iqtisadi inteqrasiya müqaviləsini rədd qərarına qarşı paytaxt Kiyevdə etirazlarla başladı. 2014-cü ilin martında, mübahisəli yerli referendumda Krımın Rusiya Federasiyasına qatılmağı qərara aldıqdan sonra Rus qoşunları Ukraynanın Krım bölgəsini nəzarəti altına aldı. Rusiya Prezidenti Vladimir Putin, Krımda və Ukraynanın cənub-şərqində Rusiya vətəndaşlarının və Rus dilində danışanların hüquqlarının qorunması lazım olduğuna diqqət çəkdi. Böhran etnik parçalanmaları artırdı və iki ay sonra Ukraynanın şərqindəki Donetsk və Luqansk bölgələrindəki Rusiyapərəst separatçılar Ukraynadan müstəqillik elan etmək üçün referendum keçirdi. Ukraynanın şərqində Rusiya tərəfindən dəstəklənən separatçı qüvvələr və Ukrayna hərbçiləri arasında baş verən şiddət silahlı toqquşmalar nəticəsində 2014-cü ilin aprelindən bəri 10.300-dən çox insanın ölümünə və təxminən 24.000 nəfərin yaralanmasına səbəb oldu. 5 sentyabr 2014-cü ildə atəşkəs barədə Minsk protokolu imzalandı.Faktiki olaraq Rusiya tərəfindən idarə olunan Donbass Komissiyası yaradıldı. 2015-ci ilin 15 fevralından bəri Fransa, Almaniya, Rusiya və Ukrayna Minsk 2 atəşkəs razılaşması yolu ilə zorakılığın dayandırılmasına vasitəçilik etməyə çalışdılar. Saziş atəşkəs, ağır silahların geri çəkilməsi və Ukrayna hökumətinin münaqişə zonası boyunca tam nəzarətinə dair müddəaları əhatə edir. Lakin diplomatik və qənaətbəxş bir həll yolu tapma səyləri uğursuz oldu. 2016-cı ilin aprelində NATO, ittifaqın Şərqi Avropaya dörd batalyon yerləşdirəcəyini və Estoniya, Latviya, Litva və Polşa üzərindən, xüsusən Baltikyanı bölgələrdə mümkün Rusiya təcavüzünün qarşısını almaq üçün qoşun göndərəcəyini bildirdi. Sanksiyalara baxmayaraq Rusiyanın dəstəklədiyi separatçı qüvvələr Donetsk və Luqansk kimi böyük şəhərlər də daxil olmaqla ölkənin şərqində qalmaqdadır. Rusiyanın əsas xarici siyasət doktrinaları çərçivəsində dondurulmuş münaqişə bölgələri Moskvanın Avrasiya adlanan ərazidə hakim güc olmasına imkan verir. Donbas problemi və ya Ukrayna böhranı və bu baxımdan baş verən hadisələr, Qara dənizin şimalındakı Avropa sərhədlərində münaqişə bölgəsi olaraq qlobal təsirlərini qoruyur.



Ədəbiyyat

  1. "Ukraine and pro-Russia rebels sign ceasefire deal". BBC.com. 5 september 2014.

  2. Röpcke, Julian (29 march 2016). "Putin's shadow government for Donbass exposed". Bild.

  3. Gibbons-Neff, Thomas (3 september 2015). "Three-day-old ceasefire in Ukraine broken as fighting resumes in some areas". The Washington Post.

  4. Burridge, Tom (20 february 2017). "East Ukraine ceasefire due to take effect". BBC News

  5. Anton Bebler. Crimea and the Russian-Ukrainian Conflict (англ.) // Romanian Journal of European Affairs : журнал. — 2015. —

  6. Котляров И. И., Пузырева Ю. В. Гражданская война в Украине: международное право и уголовная ответственность индивидов за совершение международных преступлений // Московский журнал международного права. 2014.

  7. Саврыга К. П. Украинский кризис и международное право: конфликт на востоке Украины и сецессия Крыма // Право и политика. 2015.

Yüklə 20,61 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin