MÜTTƏFIQLIK HAQQINDA TARIXI BƏYƏNNAMƏ
Ölkəmizin prezidenti möhtərəm İlham Əliyevin 22 fevral 2022-ci il tarixində Rusiya Federasiyasına rəsmi səfəri zamanı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanmlışdır.
Fevralın 22-də Moskvada Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev arasında 4 saatdan bir qədər çox davam edən danışıqlar baş tutub. Liderlər mətbuat nümayəndələrinin iştirakı ilə aparılan danışıqlardan sonra “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannaməni imzalayıblar.
Onlar həmçinin fevralın 22-də Moskvada mətbuata bəyanatlarla çıxış etmişlər.
Dostları ilə paylaş: |