Məsələnin kompüterdə həll mərhələləri



Yüklə 18.8 Kb.
tarix31.10.2019
ölçüsü18.8 Kb.
Məsələnin kompüterdə həll mərhələləri

Bütün dünyanın həmfikir olduğu məslələlərdən biri də şagirdlərə proqramlaşdırma təhsilinin verilməsidir. Müzakirə olunan məsələ isə neçə yaşından etibarən bu dərslərin keçirilməsidir. Bir çox ölkələrdə ibtidai siniflərdən etibarən proqramlaşdırma dərslərinin keçirilməsinə başlanıb. Bu dərslərin əsas məqsədi gələcək illərdə həmin şagirdlərin komputer mühəndisi olması deyil, həyatda qarşılaşacaqları problemləri səmərəli şəkildə həll etmək və düşüncə dünyasını inkişaf etdirməkdir.



İrili-xırdalı müxtəlif məsələlər, problemlərlə gündəlik həyatımızda qarşılaşırıq. Diqqətlə baxsaq bir çox hadisələr təkrarlanır. Bu formada qruplaşdırılmış və ya oxşar məsələləri komputer vasitəsiylə həll edə bilərik. Lakin komputerdə qoyulmuş məsələni həll etmək üçün müəyyən mərhələlər keçmək lazımdır. Ümumi olaraq bu mərhələlər hansılardır, baxaq:

Yuxarıda göstərilənləri ayrı-ayrılıqda nəzərdən keçirək.

  1. Məsələnin qoyuluşu:
    İlk mərhələdə məsələnin düzgün qoyulması vacibdir. Bu mərhələdə məsələ haqqında informasiya toplanılır, məsələni həll etmək üçün lazım ola biləcək düsturlar hazırlanır, ilkin verilənlər siyahısı tərtib edilir və sairə.

  2. Məsələnin analizi və tətbiqi:
    İkinci mərhələdə proqram və texniki vasitələr analiz edilərək riyazi model hazırlanır. Verilənlərin tipi və strukturu müəyən edilir.

  3. Həll alqoritminin yaradılması:
    Üçüncü mərhələdə seçilən həll üsuluna uyğun məsələnin həll alqoritmi müəyyən edilir. Testlər və testləşdirmə üsulu seçilərək alqoritm lahiyələndirilir.

  4. Alqoritmin programlaşdırma dilində təsviri:
    Həll alqoritmi əsasında seçilmiş proqramlaşdırma dili ilə ilkin proqram yazılır. Konsultator yazılmış kodları komputerin başa düşəcəyi dilə çevirir. Nəticədə səhvlər aşkarlanaraq aradan qaldırırlır və məsələnin yekun həlli: mütləq və ya işçi proqram hazır olur.

  5. Testləşdirmə və sazlama:
    Yaradılmış proqramda məntiqi səhvlərin aşkarlanması və aradan qaldırılmasına sazlanma deyilir. Beşinci mərhələdə proqram sazlanır. Ardından proqramın düzgün işləməsini yoxlamaq məqsədi ilə yoxlama misalları ilə sınaqdan keçirilir, yəni testləşdirilir və nəticələri analiz edilir.

  6. Məsələnin həllinin nəticələrinin analizi və onların təhlili:
    Bu mərhələdə program bir neçə dəfə ilkin verilənlər üçün icra edilir. Alınmış nəticələr mütəxəssislər və məsələni qoyan şəxs tərəfindən təhlil edilir.


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə