Referat beynəlxalq yük daşımalarında intermodal texnologiyaların tətbiqinin analizi Fakültə: Nəqliyyat Qrup: 159a 1



Yüklə 111,5 Kb.
tarix21.01.2017
ölçüsü111,5 Kb.
#6176
növüReferat


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Texniki Universiteti

Avtomobil daşımaları və yol hərəkətinin təşkili

kafedrası

REFERAT
Beynəlxalq yük daşımalarında intermodal

texnologiyaların tətbiqinin analizi

Fakültə: Nəqliyyat

Qrup: 159a1

İxtisas: Nəqliyyatda daşımalar və idarəetmənin təşkili

Müəllim: dos. Cavadov Ə.Ə.

Magistrant: Abbasov S.N.

Bakı-2010

MÜNDƏRİCAT




Adları

Səh.

1.

GİRİŞ

3

2.

1. Beynəlxalq yük daşımalarının inkişafı və tarixi







1.1. Beynəlxalq yük daşımalarının inkişafı və perspektivləri

5

3.

1.2. Beynəlxalq yük daşımalarında istifadə olunan nəqliyyat dəhlizləri

8

4.

2. Yük daşımalarında istifadə olunan texnologiyalar







2.1. Texnologiya anlayışı

10

5.

2.2. Yük daşımalarında istifadə olunan texnologiyaların analizi

12

6.

3. Beynəlxalq yük daşımalarında intermodal texnologiyaların tətbiqi sisteminin analizi







3.1. Intermodal texnologiya anlayışı

14

7.

3.2. Multimodal nəqletmədə intermodal texnologiyalarin tətbiqi

16

8.

NƏTİCƏ

19

9.

ƏDƏBİYYAT

20

GİRİŞ
Milli iqtisadiyyatın inkişafı dayanıqlı və kompleks nəqliyyat sisteminin yaradılmasını və onun beynəlxalq nəqliyyat şəbəkəsinə inteqrasiyasını zəruri edir. Müasir dövrdə dünya iqtisadiyyatının inkişaf meyllərinin və beynəlxalq nəqliyyat sistemində baş verən proseslərin təhlil olunaraq dərk edilməsi, Azərbaycan Respublikasının nəqliyyat sektorunun beynəlxalq nəqliyyat sisteminə səmərəli inteqrasiya olunmasının təmin edilməsi nöqteyi nəzərindən son dərəcə vacibdir.

Sərbəst bazar münasibətləri iqtisadi səmərəliliyin yüksəlməsini şərtləndirirsə də zəif inkişaf etmiş sahələrin müdafiəsini təmin edə bilmir. Bu baxımdan artıq dövlət tərəfindən davamlı iqtisadi inkişafın təmin edilməsinin zəruri şərti kimi nəqliyyat amilinin ciddi nəzərə alınması birmənalı şəkildə qəbul edilmişdir. Məlum olduğu kimi Azərbaycan Respublikasında aparılan köklü islahatlar nəticəsində ölkənin iqtisadi inkişafında ciddi irəliləyişlər əldə olunmuşdur. Hazırda əldə olunmuş nailiyyətlərin daha da möhkəmləndirilməsi üçün qarşıda duran əsas vəzifə isə ölkədə dünya standartlarına cavab verən nəqliyyat şəbəkəsinin, nəqliyyat xidmətlərinin inkişafının davamlığını təmin edəcək fəaliyyətlərin gücləndirilməsindən və tranzit potensialından daha da səmərəli istifadəni təşkil etməkdən ibarətdir. Bunun üçün isə nəqliyyat şəbəkəsinin beynəlxalq nəqliyyat şəbəkəsinə inteqrasiya istiqamətindəki fəaliyyətlərin gücləndirilməsi istiqamətində təsirli tədbirlərin görülməsi tələb olunur.

Yük avtomobil daşımalarnın səmərəliliyinin artırılması avtomobil nəqliyyatının hərəkət tərkibinin və yükləmə-boşaltma vasitələrinin texniki təkmilliyi, proqressiv texnologiyanın tətbiqi və yük daşımalarının təşkilinin təkmilləşdirilməsi ilə bağlıdır. Texnologiyanın əsas vəzifəsi daşıma prosesində yerinə yetirilən əməliyyatların və mərhələlərin ixtisarı hesabına yük daşımalarının müddəti və əmək tutumunun azadılmasıdır.

Son illərdə beynəlxalq yük daşımalarının həcminin artması ilə əlaqədar avtomobil-dəmir yolu, avtomobil-su və digər qarışıq rabitələrdə boşaldılıb-yükləmə işlərinin texnologiyası təkmilləşdirilir.

Beynəlxalq yük daşımalarında intermodal texnologiyaların tətbiqi həm Azərbaycan Respublikasının nəqliyyat sektorunun inkişafına, həm də iqtisadiyyatın inkişafına geniş imkanlar yaradır.



  1. Beynəlxalq yük daşımalarının inkişafı və tarixi

1.1. Beynəlxalq yük daşımalarının inkişafı və perspektivləri
Nəqliyyat ölkənin iqtisadi həyatı üçün mühüm amildir. Nəqliyyat istehsal və mübadilənin normal prosesini, habelə adamların müəyyən bir yerdən digər yerə getməsini (daşınmasını) təmin edir. Nəqliyyatın əsas işi daşıma (nəqliyyat) prosesini həyata keçirməkdən ibarətdir. Daşıma prosesi isə istehsal prosesinin yerinə yetirməsinin əsas şərtidir. Daşıma prosesinin mahiyyəti yüklərin və şəxslərin məkan və zaman baxımından öz yerlərini dəyişməsindən ibarətdir. Bu daşımanın əsas məqsədini təşkil edir.

Daşıma prosesi həm müəyyən bir dövlətin ərazisində, həm də iki və daha çox dövlətin ərazisində reallaşa bilər. Bu baxımdan daşımaların iki növü var:

- daxili daşımalar;

- beynəlxalq daşımalar.

Daxili daşımalar müəyyən bir dövlətin ərazisində həyata keçirilir, yəni hər hansı bir dövlətin ərazisində başlayır və həmin dövlətin ərazisində də sona çatır. Başqa sözlə, müəyyən bir dövlətin ərazisi ilə məhdudlaşır. Lakin nəqliyyatın sonrakı inkişafında beynəlxalq daşımalar əmələ gəlmişdir. Buna səbəb isə xaricı iqtisadi ticarətin, elmi-texniki və mədəni əməkdaşlığın genişlənməsi, beynəlxalq münasibətlərin dərinləşməsi olmuşdur.

- Beynəlxalq nəqliyyatın daşımaları dedikdə, beynəlxalq sazişlərlə (konvensiya-larla) müəyyən edilmiş şərtlərə uyğun olaraq, iki və ya daha çox dövlətin ərazisin-də həyata keçirilən daşımalar başa düşülür.

Daşıma (nəqliyyat) prosesində iştirak edən nəqliyyat vasitələrinə görə beynəlxalq daşımaların iki növü fərqləndirilir:

- beynəlxalq birbaşa daşımalar;

- beynəlxalq qarışıq daşımalar;

- Beynəlxalq birbaşa daşımalar dedikdə, yalnız bir nəqliyyat növü ilə həyata keçirilən beynəlxalq daşımalar başa düşülür. Buna unimodal daşıma da deyilir.

- Beynəlxalq qarışıq daşımalar dedikdə, nəqliyyatın iki və daha çox növündən istifadə olunmaqla və ya qarışıq daşımalar, ya da intermodal daşımalar deyilir. Nəqliyyat növü dəyişilərkən yükün boşaldılıb-yüklənməsi aparılmadan vahid daşıma sənədi ilə daşıma yerinə yetirilir.

Dövlətlər arasında nəqliyyat əlaqələri müəyyən edilən zaman müvafiq ictimai münasibətlər əmələ gəlir. Söz yox ki, bu münasibətlər hüquqi tənzimlənir. Hüquqi tənzimetmə olmadan dövlətlər arasında normal beynəlxalq nəqliyyat daşıma münasibətləri yarana və inkişaf edə bilməz. Beynəlxalq nəqliyyat daşıma münasibətlərinin hüquqi tənzimlənməsi üç əsas və başlıca məsələni əhatə edir. Həmin məsələlər aşağıdakılardan ibarətdir:

- beynəlxalq daşımanın hüquqi rejiminin müəyyən edilməsi;

- beynəlxalq daşıma münasibəti iştirakçılarının hüquq və vəzifələrinin müəyyən edilməsi;

- beynəlxalq daşıma münasibəti iştirakçılarının daşıdıqları hüquqi məsuliyyətin müəyyən edilməsi.

Beynəlxalq nəqliyyat daşımalarının ən mühüm və vacib məsələləri beynəlxalq sazişlərlə nizama salınır. Bunlara dövlətlərarası müqavilələr (beynəlxalq müqavilələr) deyilir. Söhbət nəqliyyat konvensiyalarından gedir. Bu konvensiya-larda (sazişlərdə) vahid şəklə salınmış hüquqi normalar ifadə olunur. Həmin normaların toxunduğu əsas məsələlərə aşağılakılar aiddir:

- daşıma (nəqliyyat) sənədi;

- yükün daşımaq üçün qəbul edilməsi;

- yükün təyinat yerinə verilməsi;

- daşıyıcının məsuliyyəti;

- daşıyıcıya pretenziya və iddia verilməsi proseduru və s.

Beynəlxalq yük daşıması müqaviləsinə görə daşıyıcı yükgöndərən tərəfindən ona tapşırılan yükü xaricdə olan təyinat yerinə çatdırmağı və yükü almağa səlahiyyəti olan şəxsə (yükalana) verməyi, yükgöndərən isə yükün daşınması üçün müəyyən edilmiş haqqı ödəməyi öz öhdəsinə götürür.

Beləliklə, beynəlxalq yük daşıması müqaviləsinin subyektləri (iştirakçıları) yükgöndərəndən, daşıyıcıdan və yükalandan ibarətdir. Onun tərəfləri isə yalnız yükgöndərən və daşıyıcı hesab edilir. Deməli, beynəlxalq yük daşıması müqaviləsində üç subyekt, iki tərəf iştirak edir.
1.2. Beynəlxalq yük daşımalarında istifadə olunan nəqliyyat dəhlizləri
1998-ci ildə “Tarixi İpək Yolu”nun bərpasına həsr olunmuş Bakı Konfransında “Avropa-Qafqaz-Asiya” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə “Beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş”in imzalanması Azərbaycan Respublikasının və regionun digər ölkələrinin iqtisadiyyatlarında inteqrasiya prosesinin sürətləndirilməsi, xarici ticarətin intensivləşməsi və “Avropa-Qafqaz-Asiya” beynəlxalq nəqliyyat dəhlizi ilə daşımaların həcminin artmasına gətirib çıxartmışdır.

“Avropa-Qafqaz-Asiya” beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan Respublikası ərazisindən keçən hissəsində 2005-ci ildə bu dəhliz üzrə daşınmış 45,3 milyon ton yük 41,3 %-ni tranzit yükləri təşkil etmişdir.

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin də açılması Azərbaycanın tranzit potensialının artırılmasını, daşıyıcıların beynəlxalq nəqliyyat xidmətləri bazarında rəqabət qabiliyyətinin yüksəldilməsini və nəqliyyat xidmətlərinin ixracının maksimum həddə çatdırılmasını tələb edir.

Belə ki, TRASEKA nəqliyyat dəhlizi üzrə yük axınının artırılması üçüy son illər ərzində nəqliyyat sektorunun texniki təchizatının yaxşılaşdırılması sahəsində bir sıra tədbirlər görülmüş, avtomobil magistrallarının, dəmir yolu xətlərinin və körpülərin bərpası və tikintisi, dəmir yolu nəqliyyatı vasitələrinin, gəmilərin, bərələrin, liman qurğularının təmiri üzrə müəyyən işlər görülmüşdür.

Bunlarla bağlı “Azərbaycan Respublikasında nəqliyyat sisteminin inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı”nda:


  • daşımalarda nəqliyyat növləri arasında əlaqələndirmələrin həyata keçirilməsi, nəqliyyat və istehsal proseslərinin inteqrasiyasını təmin etmək məqsədilə logistik idarəetmə mərkəzlərinin və terminalların yaradılması, intermodal və multimodal daşımalarsn genişləndirilməsi;

  • nəqliyyat kompleksinin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası məqsədilə ölkənin beynəlxalq konvensiyalara və sazişlərə qoşulması, beynəlxalq təşkilatlarda təmsil olunması, regional layihələrdə və beynəlxalq nəqliyyat dəhlizlərində iştirakının təmin edilməsi istiqamətində fəaliyyətin gücləndirilməsi məsələləri xüsusi yer tutur.

2. Yük daşımalarında istifadə olunan texnologiyalar

2.1. Texnologiya anlayışı
- “Texnologiya” – yunan sözü olub, “techne” (bacarıq) və “logos” (öyrənmə) sözlərindən yaranmışdır. Məhsulun hazırlanması bacarığı, istehsal proseslərinin yerinə yetirilməsi üçün üsul və vasitələr haqqında biliklər toplusu deməkdir.

“Texnologiya” anlayışı daha çox istehsalata aiddir. Texniki lüğətlərdə və Böyük Sovet Ensiklopediyasında texnologiya anlayışının izahı belə verilir:

Istehsalatda məhsulun alınması, xammalın, materialın, aralıq məhsulların emalı, yenidən emalı üçün tətbiq edilən qayda, üsul və metodların məcmusudur.

- Ümumiyyətlə, texnologiya dedikdə isə müddəti, ardıcıllığı, əmək və material sərf etməklə əməliyyatların yerinə yetirilməsi metodu, üsulu kimi anlaşılır.

Texnologiyanın baza prinsipləri ondan ibarətdir ki, texnologiya bizim mövcudluğumuzda, həyat tərzimizdə mərkəzi rol oynamağa başlamışdır. Buna görə də texnologiya fundamental insan xarakteristikası, xüsusiyyəti kimi tədqiq edilir.

Texnologiyanın özünün inkişaf qanunauyğunluqları və məntiqi mövcuddur. Bu halda texnologiya insan məqsədlərinə xidmət etməkdən daha çox, insanın inkişafına xidmət edir.

- Nəqliyyatın da yüksək dərəcədə inkişafı bu sahədə texnologiyaların yerini əvəzsiz edir. Məsələn, avtomobillərə, gəmilərə, təyyarələrə, qatarlara yüklərin yüklənib-boşaldılması üçün texnologiyalar; stansiyalarda, limanlarda, vağzallarda yük işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulan texnologiyalar və s.

- Texnologiyanın əsas məqsədi yük daşımalarında daşıma prosesinin vaxtının və əmək tutumunun minimuma endirilməsidir. Texnologiyaların yaradılmasında əsas məqsəd yük daşımaları prosesini lazım olmayan əməliyyatlardan çıxdaş etmək və bu prosesi məqsədyönlü təşkil etməkdir.

Yük daşımalarının texnologiyasının mahiyyəti əsasən mərhələ və əməliyyat anlayışları ilə başa düşülür. Mərhələ- bu və ya digər prosesin yerinə yetirilməsinə şərait yaradan əməliyyatlar yığınıdır. Əməliyyat-daşıma prosesinin, bir və ya bir neçə içraçı tərəfindən yerinə yetirilən məntiqi bölünməz hissəsidir.

Texnologiya “boş yerdə” yaradılmır, keçmiş və gələcək texnologiya ilə əlaqəli olur. Bu günün texnologiyası elə prinsiplərə əsaslanmalıdır ki, onu rahat şəkildə gələcəyin texnologiyasına çevirmək mümkün olsun.

2.2. Yük daşımalarında istifadə olunan texnologiyaların analizi
Yük daşımaları prosesinin təkmilləşdilməsi əsasən texnologiyaların təkmilləşdilməsi ilə əlaqədardır. Bunun üçün yeni texnologiyalar nəzərdə tutulur, texnoloji layihələr işlənilir.

Yük daşımalarında istifadə olunan texnologiyaların analizini aparmazdan əvvəl yük daşıma prosesinin sxemlərinə baxaq.

Bildiyimiz kimi daşıma prosesi nəqliyyat vasitəsinin yüklənməyə verilməsi, yükün göndərilməyə hazırlanması, istehsal yerində və aralıq məntəqələrdə yükün saxlanması, anbarlanması, nəqletmə və yükün boşaldılması əməliyyatlarından ibarətdir. Bunu aşağıdakı sxemdə göstərirəm:

Şəkil 1. Yük daşımaları prosesinin texnoloji sxemi


Nəqliyyat texoloji sxeminin isə işlənilməsi zamanı yükləmə-boşaltma və nəqliyyat işlərinin mümkün mexanikləşdirmə sxemi tərtib edilir.

Yükləmə-boşaltma üsulu və anbar ləvazimatı-yük avtomobillərinə mexanikləşdirilmiş yükləmə-boşaltma əməliyyatlarına uyğunlaşdırılma nöqteyi nəzərindən tələbləri müəyyən edən əsas elementlərdən biridir. Yükləmə-boşaltma işlərinin analizi zamanı yükləmə-boşaltma işlərinin yerinə yetirilməsinin daha üstün üsulu: əllə, mexanikləşdirilmiş və ya nisbətən mexanikləşdirilmiş təyin etmək lazımdır. Yükləmə-boşaltma üsullarının analizi son nəticədə yükləmə -boşaltmada boş dayanmanı, nəqliyyat vasitəsində əlavə avadanlığın ehtiyac olub-olmamasını təyin etməyə imkan verir.


3. Beynəlxalq yük daşımalarında intermodal texnologiyalarin tətbiqi sistemi-nin analizi

3.1. İntermodal texnologiya anlayışı
İntermodal daşımalarda yük vahidi əsasən konteynerlər, paketlər, kontrey-lerlər treylerlər və s.-dir. Ümumiyyətlə, son vaxtlar intermodal daşımalarda yükləri iriləşdirilmiş yerlərdə- kombinə edilmiş, özüboşaldan və özüyükləyən avtomobil-lərdən istifadə olunur.

Avtoqatarların (bir və ya iki vaqona yüklənmiş), avtomobillərin, qoşquların, yarımqoşquların çıxarılan avtomobil kuzovların yüklü daşınması adlanır.

Dəmiryol stansiyalarında, gəmi limanlarında üfüqi və horizontal yükqaldıran kranlardan istifadə olunur. Bəzən belə kranlar gəmilərdə də quraşdırılır və ya reysli xüsusiləşdirilmiş kranlar lokomotivlərə də qoşulur. Bu baxımdan kontreyler də daha rahat daşıma hesab edilir. Belə ki, hərəkətə gətirilə bilir və bu da yükün daha təhlükəsiz və minimum vaxta daşınmasını təmin edir. Düzdür, intermodal daşıma texnologiyaları baha başa gəlir, amma uzunömürlü, davamlı, az təhlükəli olurlar.

Paket daşımalarında isə ədədi və uzun ölçülü yük partiyalarının iriləşdirilərək daşınması başa düşülür. Daşımadan qabaq ədədi yüklər bağlanılır və ya altlığa yığılaraq paketləşdirilir. Altlıqların (paketlərin) yüklənib-boşaldılması zamanı mexanikləşdirilmiş üsuldan istifadə edilir. Daşınma zəncirində yüklərin istehsal yerindən istehlak yerinə sökülmədən daşınması bu məqsədlə təşkil edilir.

Müasir zamanda yüngül ucuz materiallardan hazırlanmış birdəfəlik altliqlardan geniş istifadə edilir.

Paketlərin qurulması və sökülməsinin mexanikləşdirilməsi və avtomatlaşdırılması üçün avtomat və yarımavtomat paketləşdirici qurğulardan istifadə olunur.

Konteyner daşıması yükləmə-boşaltma işlərinin mexanikləşdirilməsinə, yüklərin multimodal nəqletmə prosesi zamanı keyfiyyət və kəmiyyətinin təmin olunan və səmərəli daşımadır. Konteynerlərin tətbiqi yükün yolda dəfələrlə boşaldılıb-yüklənməsini aradan qaldırır. Taraların hazırlanmasına əmək və material sərfi kəskin azalır, yükün istehsalçı tərəfindən yığılması forması dəyişdirilmir və sonda yükləmə-boşaltma işləri mexanikləşdirilir, nəqliyyat vasitəsinin yükləmə-boşaltma məntəqəsində boş dayanması kəskin azalır.

3.2. Multimodal nəqletmədə intermodal texnologiyalarin tətbiqi


Multimodal daşıma (nəqletmə) dedikdə, ən azı iki müxtəlif nəqliyyat növü ilə yerinə yetirilən qarışıq daşıma anlaşılır.

Multimodal nəqletmə əsasən avtomobil-dəniz nəqliyyatı, dəmiryolu-dəniz nəqliyyatı, avtomobil-dəmiryolu və hər üçünün kombinə edilmiş halında təşkil edilir.

Dəniz nəqliyyatında ro-ro tipli gəmilərdən (şəkil 2), dəniz- dəmiryol bərələrindən (şəkil 3), quru yük gəmilərindən (şəkil 4) və tankerlərdən (şəkil 5) istifadə edilir.

Yük daşımasında yükləmə-boşaltma işləri üçün nəzərdə tutulmuş portal kranlar, avtoyükləyicilər, roltreylerlər, dartıcı traktorlar, konteyner avtoyükləyici, konteyner qoşqusu və lokomotivlərdən istifadə edilir. Bu texnologiyalar, adətən, limanlarda, terminallarda istifadə olunur.

Bəzən böyük tutumlu gəmilərdə yüzlərlə konteyner, kontreyler, avtomobil və s. daşınması qarışıq halda olur. Buna misal olaraq, ro-ro tipli “Bəstəkar Qara Qarayev” adına olan tankeri göstərmək olar. Belə ki, bu tankerin daşıma zamanı yük tutumu 365 ədəd “Lada” tipli və 84 “Kamaz” tipli avtomobillər, 33 ədəd treylerlər, 144 ədəd roll-treylerlər və 98 ədəd isə konteynerdən ibarətdir.

Beynəlxalq yük daşımalarda intermodal texnologiyalarının yaxşılaşdırılması-na səbəb kimi birincisi, dünya ölkələrində istehsalın həcmi ildən-ilə artır, təbii sərvətlərin dövriyyəyə cəlb edilməsi getdikcə sürətlənir və nəticədə yük daşımalara və nəqliyyat vasitələrinə tələbat güclənir. Bu da hər bir dövlət üçün daha yaxın və ucuz başa gələn yol tələb edir.

Belə ki, beynəlxalq qarışıq daşımalarında bu texnologiyalar geniş istifadə oluhur. Bu texnologiyaları limanlarda, stansiyalarda, vağzallarda, anbarlarda və bilavasitə yüklərin bir nəqliyyat növündən digərinə yüklənməsi yerlərində istifadə edilir. Bu texnologiyalara kranlar, avtokarlar, konveyerlər və s. daxildir.

Bu zaman texnologiyaların inkişaf etdirilməsi həm vaxt baxımından, həm də yüklərin keyfiyyətli daşınması baxımından əsas rol oynayır.

Ümumiyyətlə, yükdaşımalarında yükləmə-boşaltma işlərini mexanikləşdirci vasitələrlə yerinə yetirməklə bərabər bu işləri avtomatlaşdırıcı vasitələrlə görməyə çalışırlar. Burada vaxt amili bşyük əhəmiyyət kəsb edir. Belə ki, yükləmə-boşaltma işlərinə çəkilən vaxt nə qədər az olarsa, bu daşımanın maya dəyərinə təsir edir. Bununla belə yüklərin salamat, zədəsiz daşınması təmin edilməlidir.

Konteyner daşımalarının tətbiqi konteynerlərin hazırlanmasına, onların yüklənib-boşaldılması üçün mexanizmlərin alınmasına sərf olunan məsrəflər, hərəkət tərkibinin faydalı yükgötürmə qabiliyyətinin müəyyən hissəsinin itirilməsi, konteynerlərin geriyə (bəzən boş halda) daşınması və onların təmiri və xidməti ilə əlaqədar olduğuna baxmayaraq bu daşımaların özünü doğrultması qısa müddət (1-2 il) ərzində baş verir.

NƏTİCƏ
İntermodal daşımalarda yük vahidi əsasən konteynerlər, paketlər, kontreylerlər, treylerlər və s.-dir. Ümumiyyətlə, son vaxtlar intermodal daşımalarda yükləri iriləşdirilmiş yerlərdə-kombinə edilmiş, özüboşaldan və özüyükləyən avtomobillərdən istifadə olunur.

Konteyner daşınması yükləmə-boşaltma işlərinin mexanikləşdirilməsinə, yüklərin multimodal nəqletmə prosesi zamanı keyfiyyət və kəmiyyətinin təmin olunan və səmərəli daşımadır. Konteynerlərin tətbiqi yükün yolda dəfələrlə boşaldılıb-yüklənməsini aradan qaldırır.

Paket daşımasında yüklərin altlıqlarla paketlərdə daşınması sürücünün və yükləmə-boşaltma işçilərinin əmək məhsuldarlığını, hərəkət tərkibinin istifadə səmərəliliyini artırır, ekspedisiya xərclərini azaldır, nəqliyyat prosesinin bütün mərhələlərində yüklərin qorunmasını təmin edir.

Multimodal nəqletmədə paket daşımaları, konteyner daşımaları, kontreyler daşımaları istifadə edilməklə dəmir yolu-dəniz, dəmir yolu-avtomobil, dəniz- avtomobil rabitələri ilə ardıcıllığı müəyyən şərtlər daxilində təmin etməkdədir.

Beynəlxalq yük daşımalarda intermodal texnologiyasının tətbiqinin analizi onu görsədir ki, beynəlxalq yük daşımalarında daşıma prosesinin vaxtının və əmək tutumunun minimuma endirilməsi başlıca şərtdir.

Intermodal texnologiyaların tətbiqində əsas məqsəd beynəlxalq yük daşımaları prosesini lazım olmayan əməliyyatlardan çıxdaş etmək və bu prosesi məqsədyönlü təşkil etməkdir.


ƏDƏBİYYAT






Adları

1.

Cavadov Ə.Ə. Avtomobil yük daşımaları. Dərslik, Bakı, NPM “Təhsil”, 2009, 354 s.

2.

Cavadov Ə.Ə. Nəqliyyat prosesləri və sistemləri nəzəriyyəsinin əsasları. Dərslik, Bakı, 1992, 120 s.

3.

Əliyev E.Ə. Qloballaşma dövründə beynəlxalq nəqliyyat daşımaları: hüquqi aspektlər. Monoqrafiya. Bakı, “Zərdabi LTD”, 2006, 360 s.

4.

http://www.yollar.azeriblog.com

5.

http://www.caspar.baku.az

6.

http://www.mot.gov.az

7.

http://www.az-customs.net

8.

http://www.mintrans.

9.

http://www.realconomy.ru

10.

http://www.5ka.su



Yüklə 111,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin