Azərbaycan mea-nın Zoologiya İnstitutunun Protistologiya



Yüklə 15,49 Kb.
Pdf görüntüsü
tarix13.04.2017
ölçüsü15,49 Kb.
#13922

Azərbaycan 

MEA-nın 

Zoologiya 

İnstitutunun 

Protistologiya 

laboratoriyasının  kiçik  elmi  işçisi  Qurbanova  Türkan  Firudin  qızınm 

“Urbanlaşmış  ekosistemlərdə  insanın  opportunistik 

xəstəliklərinin 

törədiciləri  olan  koksdilərin 

(Apicomplexa,  Coccidia)

  yayılmasında 

gəmiricilərin 

rolu”  mövzusu,  2429.01 

parazitologiya  ixtisasında 

biologiya  üzrə  fəlsəfə  doktoru  elmi  dərəcəsi  almaq  üçün  təqdim  etdiyi 

dissertasiya  işinə

RƏY

T.F. 


Qurbanovanın  “Urbanlaşmış  ekosistemlərdə 

insanın  opportunistik 

xəstəliklərinin  törədiciləri  olan  koksidilərin 

(Apicomplexa,  Coccidia)

  yayılmasında 

gəmiricilərin  rolu”  adlı  dissertasiya  işi  özündə  iki  zooloji  istiqaməti-faunistik  və 

ekoloji  istiqamətləri  birləşdirir.  İşin  məqsədi  insanın  opportunistik  xəstəliklərinin 

törədiciləri  olan  protozoy  patogenlərin  yayılmasında  gəmiricilərin  rolunu  müəyyən 

etmək  idi.  Bu  məqsədə  çatmaq  üçün,  müəllif tərəfındən  insanla  eyni  yaşayış  mühitinə 

malik olan gəmiricilərin koksidiofaunası  tədqiq  edilib.

Son  zamanlar təbii  ekosistemlərə  antropogen  təsirin  artması  ilə  əlaqədar  olaraq 

bir çox gəmiricilər  sinantropluğa  meylli  olub.  M üəllif tərəfındən  öyrənilən  ərazidə  bu 

cür  gəmirici  qırmızıquyruq  qum  siçanı  hesab  edilir.  Antropogen  təsir  həmçinin 

sinantrop  və  digər  gəmiricilər,  o  cümlədən  kənd-təsərrüfatı  heyvanları  arasında 

parazit  mübadiləsinin  artmasına  səbəb  olmuşdur.  Bu  parazitlər  icərisində  QİCS-lə 

assosiasiya olunmuş patogenlər olan kriptosporidilər xüsusən təhlükəli  hesab  edilir.

T.F.Qurbanova  özünün  fundamental  tədqiqat  işinin  yerinə  yetirilməsi  zamanı 

gəmiricilərin  yoluxmasının  öyrənilməsi  üçün  çöl  tədqiqatları  və  laboratoriya 

metodlarından  sistemli  şəkildə  istifadə  etmişdir.  Bunun  nəticəsində  müəllif 

gəmiricilər  dəstəsinin  11  növünə  aid  olan  320  fərdi  tədqiq  etmiş  və  onlardan  7  növə 

aid  olan  90  fərddə 



Cryptosporidium

  cinsinə  aid  olan  oosistlər  aşkar  etmişdir. 

T.F.Qurbanova  gəmiricilərdə  parazitlik  edən 

Eimeria

  cinsinə  aid  olan  koksidilərin 

tədqiqi  zamanı  Azərbaycanda  ilk  dəfə  olaraq  molekulyar  metodlardan  (DNT 

amplifıkasiyası,  PZR və  sekvenləşdirmə)  istifadə etmişdir və tədqiqatların  nəticəsində 

COI  və  SSU  ardıcıllığına  əsaslanan  fılogenetik  ağaclar  qurmuşdur.  Həmçinin


T.F.Qurbanova  tərəfındən  boz  siçovullarda  əvəllər  məlum  olmayan  iki  növ- 

Eimeria 

sp.

 1  və 


Eimeria sp.2,

 ev siçanında isə 



Isospora sp.

  aşkar edilmişdir.

T.F.Qurbanova  dissertasiya  işində  onun  tərəfındən  aşkar  edilmiş 

Eimeria

  və 


Cryptosporidium

  cinslərinə  aid  olan  növlərin  təyini  və  müqayisəli  analizi  zamanı 

böyük  əksəriyyəti  son  5-10  ildə  nəşr  olunmuş  ədəbiyyat  mənbələrindən  istifadə 

etmişdir.

Təqdim  edilmiş  elmi  iş  yüksək  professional  səviyyədə  yerinə  yetirilmişdir  və 

Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Ali  Attestasiya  Komissiyasının 

fəlsəfə  doktoru  dissertasiyaları  qarşısında  qoyduğu  bütün  tələblərə  cavab  verir. 

Beləliklə,  dissertasiya  işi  elmi  və  təcrübi  əhəmiyyətə  malik  olduğundan,  yerinə 

yetirilən  tədqiqat  işini  tamamlanmış  və  Qurbanova  Türkan  Firudin  qızının 

“parazitologiya”  ixtisasında biologiya üzrə  fəlsəfə doktoru  elmi  dərəcəsi  almağa  layiq 



olduğunu  hesab  edirəm.

Elmi  rəhbər, A M EA  Zoologiya  İnstitutunun 

Protistologiya  laboratoriyasının 

baş  elmi  işçisi,  b.ü.e.d.

Protistologiya laboratoriyasının baş 

təsdiq edirəm

H.D.Qaibova

.ü.e.d.  H.D.Qaibovamn imzasını

Azərbaycan  MEA  Zoologiya 

İnstitutunun  elmi  katibi,  b.ü.e.d.

Mirzəyeva

U./J.Jo/S

Imikatib

Yüklə 15,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin