məskunluq (sürücünün iş yerinin insanın psixofizioloji və antropometrik xüsusiyyətlərinə uy-
ğunlaşması) və ya
rahatlıq dərəcəsi adlanır və, o, aşağıdakı parametrlərlə xarak-
terizə olunur:
-kabinanın ölçüləri;
-idarəetmə orqanından istifadə rahatlığı;
-oturacağın vəziyyəti;
-idarəetmə orqanlarının sürücüyə nisbətən yerləşməsi;
-kabina içərisində səs-küy, titrəyişlər, mikroiqlim və s. erqonomik parametrlər.
Kabinanın ölçüləri sürücünün sərbəstliyini (yəni lazımi idarəetmə orqanlarına
rahat çatmasını, sükan çarxını asan döndərməsini, lazımi istiqamətdə bədənin sər-
bəst çönməsini və s.) təmin etməli və salonun daxilində sürücü üçün komfortlu,
yüksək iş qabiliyyətini və məhsuldarlığı təmin edən mikroiqlim yaratmalıdır.
Oturacaqlar Oturacaqlaq qövdə, yastıq, söykənəcək, döşəkçə və amortizasiya qurğula- rından ibarətdir (bax şəkil 1).
Sürücü oturacaqda elə oturmalıdır ki, onun
bədəninin yaratdığı bicaqlar bu və ya digər əməliyyatları yerinə yetirdikdə əlavə
əzələ gərqinlikləri yaratmasın. Sürücünün düzgün oturması idarəetmə orqanlarının
oturacaqa nisbətən yerləşməsindən də çox asılıdır.Sürücünün ayaqları pedalları
asan tapmalı və sükan çarxını tutan əlləri dirsəkdən azca qatlanmalıdır. Tədqiqatlar
nəticəsində sürücünün düzgün oturması zamanı bədənin müxtəlif hissələri arasında
yaranan bucaqlar aşağıdakı şəkil 2-də göstərilmişdir.
Döşəkçələr elastiki olmalı və oturacaq səthində təzyiq bərabər paylanmalıdır.
Təzyiqin azalması üçün dayaq səthi qabarıq hazırlanmalıdır. Avtomobil hərəkət
şəraitini və istiqamətini dəyişdikdə əvvəlcə düzxətli, sonra isə mərkəzdənqaçma
istiqamətində təcil yaranır. Nahamar yollarda hərəkət zamanı şaquli istiqamətdə də
təcil yaranır. Ümumiyyətlə dəfələrlə aparılan ardıcıl sürətlənmələr, tormozlamalar
və dönmələr zamanı yaranan təcillər 10-15m/san
2
çatır. Bu təcillərin təsiri nəticə-
sində yaranan rəqslər müəyyən tezliklərdə insan orqanizminə mənfi təsir göstərir.
39.
Metalik elastik elementli oturacaqların rəqsləri ikiqat təsirli hidravlik və pnev-
matik amortizatorların köməyi ilə söhdürülə bilər. Yumşaq asqılı avtomobillərin
oturacaqları yay elementləri olmadan hazırlanır. Oturacaqların yük götürmə qa-
biliyyətinə müəyyən tələblər qoyulur. Belə ki, döşəkçələr üçün yük 650-1000N,
söykənəcəklər üçün isə 290-600N həddində məhdudlaşdırılır. Oturacaqların səthi
də sürücülərin rahatlığının təmin olunmasında mühüm rol oynayır.
Şəkil 1.
40.