rının vəziyyəti barədə məlumatlar lazımdır. Məlumatlar əksedici vasitə kimi ci-
hazlar lövhəsi avtomobilin daxili vizual informasiyalılığının müəyyən edilməsində
çox mühüm əhəmiyyət kəsb edir. Əksetdirici quruluşların göstəriciləri elə layihə-
lndirilməlidir ki, onlar tez və səhvsiz oxunsun. Avtomobil cihazlar
lövhəsinin nə-
zarət-olçü cihazlarının göstəriciləri və siqnalları kifayət qədər
müxtəlif məlumatlar
daşıyır. Onlar mənasının əhəmiyyətinə görə aşağıdakı məlumatlara bölünürlər:
-avtomobilin bilavasitə HT-yini təmin edən sistemlərin vəziyyəti haqqında;
-avtomobilin məkanda hərəkət xarakteristikaları, sistem və aqrqqatların istismar
vəziyyəti haqqında;
-digər məlumatlar.
Tədqiqatlarla
müəyyən edilmişdir ki, cihazlar göstəricisinin sayılmasının
dəqiqliyi və sürətinə şkalanın ölçüsü, gözə qədər olan məsafə və qiymətlər arasında
olan interval təsir edir. Şkalalı cihazlarda əqrəblər gözə çarpan olmalıdır.Belə ki,
sürücü əvvəlcə əqrəbi aşkar etməli, sonra isə onun göstərdiyi rəqəmi oxumalıdır.
Cihazlar göstəricilərinin düzgün sayılmasının etibarlılığının yüksəldilməsində ci-
hazlar lövhəsinin işıqlandırılması böyük rol oynayır. Bunun üçün siqnal vericiləri
ən azından iki rejimli (gündüz və gecə hərəkət şəraitləri üçün) və ən yaxşı halda
yolun işıqlandırma dərəcəsindən asılı olan çoxrejimli olmalıdır.
Bu günə qədər avtomobilin daxili siqnallarına qoyulan tələbləri nizama
salan
beynalxalq təlimatlar mövcud deyil.
Avtomobilin xarici vizual informasiyalılığını iki növə bölmək olar:
Dostları ilə paylaş: