Mövzu № 13-14-15 Avtomobilin passiv təhlükəsizliyi Mühazirənin planı :
1. Passiv təhlükəsizlik, onun növləri və qiymətləndirmə göstəriciləri
2. Birinci və ikinci zərbələr. YNH zamanı cürücüyə və sərnişinlərə təsir eən
əlavə yüklənmələrin qiyməti
3. Avtomobilin daxili passiv təhlükəsizliyi, onun yüksəldilməsi üzrə konstruktiv
tədbilər
4.Sürücü və sərnişinlərin yerdəyişmələrinin məhdudlaşdırılmasında
təhlükəsizlik kəmərləri, yatıqları və oturacaqların rolu
YNH-ri haqqında statistikanın təhlili göstərmişdir ki, NV-nin sayı və hərəkət
intensivliyi artdıqca hadisələrin içində aşmaların və tərpənməz maneəni vurması
halları artır. Bu baxımdan qəzaların ağırlıq dərəcəsinin azaldılmasında avtomobi-
lin passiv təhlükəsizliyinin (daxili və xarici) əhəmiyyəti artır. Passiv təhlükəsizlik
elementləri fəaliyyətini YNH-nin II-ci (kulminasiya) fazasında göstərir və hadi-
sələr nəticəsində insanların həlak olması və ağır bədən xəsarətlərinin alması ehti-
malının azaldılmasına yönəlmişdir.
Avtomobilin passiv təhlükəsizliyinin (PT) yüksəldilməsi üçün müxtəlif qiymət-
lənirmə göstəriciləri təklif olunmuşdur. Ən sadə göstərici kimi YNH-ləri nəticəin-
də həlak olanların sayının yaralananların sayına olan nisbəti ilə ölçülən
ağırlıq faktoru gösrərilir.
F
a
= N
h
/N
y
burada: N
h
və N
y
- müvafiq olaraq hadisə nəticəsində həlak olanların və
yaralaanların sayıdır.
Statistik məlumatlara əsasən ağırıq faktorunun qiyməti müxtəlif ölkələrdə çox
geniş hədlərdə (1:5-1:40) dəyişir. Bəzən hadisələrin ağırlığı həlak olan və xəsarət
alanların sayının YNH-nin ümumi sayına nisbəti ilə də ölçülür:
45.