Azərbaycan memarliq və İNŞaat universiteti NƏQLİyyat fakultəsi


Təhlükəsiz sükan kolonkası



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə33/51
tarix16.12.2023
ölçüsü2,34 Mb.
#182852
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   51
NVT və ATE- mühazirə (əsas)

Təhlükəsiz sükan kolonkası 

Üzbəüz toqquşmalarda çərcivə lonjeronunda quraşdırılmış sükan mexanizminin 


qövdəsi qeriyə doğru yerini dəyişərək sürücüyə yaxınlaşır. Sükan trapesiyası qa- 
baqda yerləşən avtomobillərdə bunun nəticəsində sürücü artıq ilkin zərbədən xə- 
sarətlər ala bilər. İkinci zərbə nəticəsində sürücünün bədəni sükan çarxını defor- 
masiya edərək, çarxın topu və sükan valı ilə kontakta girir. Nəticədə o, üz, döş qə- 
fəsi, qarın boşluğu nahiyəsindən ağır xəsarətlər alır. 
Sürücünü qorumaq məqsədilə sükan çarxının topu böyük diametrli hazırlanır, 
elastik üzlüklə təmin edilir. Eyni zamanda çarxın müstəvisi şaquli xəttə nisbətən 
müəyyən bucaq altında yerləşdirilir və onun arxasında sifon tipli qırçınlı enerji- 
söndürücü elementdən istifadə edilir. Bundan başqa çarxın salona daxil olma im- 
kanını azaltmaq üçün zərbə nəticəsində yuxarı və ya aşağı tərəfə meyllənən kardan 
oynaqlı, aşağı hissəsi deformasiya olunan sükan valından istifadə olunur. Sürücü- 
nün bədəninin vala təsir edən kinetik enerjisini azaltmaq üçün həm val, həm də 
kolonkada böyük yüklərin təsiri altında dağıla bilən xüsusi qoruyucu elementlər 
yaradılır. 
Təhlükəsizlik kəmərləri 
 
Qəzalar zamanı insanların avtomobil daxilində yerdəyişmələrini məhdudlaşdı- 
ran ən sadə və eyni zamanda səmərəli vasitə təhlükəsizlik kəmərləridir (TK). 
ABŞ və Almaniyada aparılan tədqiqatlara əsasən kəmərlərdən düzgün istifadə 
dır.edilməsi xəsarətlərin sayını 60-75% azaltmağa imkan verir. TK-rinin çoxlu 
sayda konstruksiyaları mövcüddur. Bunlardan ən geniş yayılanı avtomobilin 
kuzovuna 3 nöqtədən bərkidilən kombinə edilmiş diaqonal qurşaq kəmərləridir. 
Bundan başqa avtomobillərdə 4 və 6 nöqtədən bərkidilən TK-rindən də istifadə 
olunur. BMT-nin AİK-in qaydalarına görə qurşaq kəmərinin bərkidilmə nöqtələri 
arasındakı məsafə 0,35m-dən az olmamalıdır. Qurşaq qayışının bərkidilmə nöq- 
49. 


təsi ən azı 22,7kN, çiyin qayışının bərkidilmə nöqtəsi isə ən azı 22,9kN qüvvəyə 
tab gətirməlidir. Kəmər qıfılları bir əl ilə açılmalı və qayışların eni 10kN güc al- 
tında ən azı 51mm olmalı və burulmamalıdır. 

Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin