Azərbaycan memarliq və İNŞaat universiteti NƏQLİyyat fakultəsi



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə36/51
tarix16.12.2023
ölçüsü2,34 Mb.
#182852
növüMühazirə
1   ...   32   33   34   35   36   37   38   39   ...   51
NVT və ATE- mühazirə (əsas)

Yoxlama sualları: 
1.Avtomobilin passiv təhlükəsizliyi hansı göstəricilərlə qiymətləndirilə bilər? 
2.Hadisə zamanı avtomobildə olan insanlar necə növ zərbənin təsirinə məruz 
qalırlar? 
3.Zərbə zamanı sürücü və qabaqda oturan sərniçinin yerdəyişməsi necə baş 
verir? 
4.Avtomobilin təhlükəsiz banının konstruksiyası neçənci illərdə təklif 
edilmişdir və onun prinsipi nədən ibarətdir? 
5.Avtomobilin daxili passiv təhlükəsizlik elementlərinə nə aiddir və onlara 
hansı tələblər qoyulur? 
6.Avtomobilin xarici passiv təhlükəsizlik elementlərinə nə aiddir və onlara 
hansı tələblər qoyulur? 
7.Avtomobildə harada oturan sərnişinlər daha tez-tez ağır bədən xəsarətləri 
alırlar? 
Ə D Ə B İ Y Y A T 
1.Heydərov Ş.H., Bayramov R.P. “Nəqliyyat vasitələrinin təhlükəsizliyi və 
avtotexniki ekspertizası”Bakı, “Təhsil”, 2009, 336 səh. (I və II hissə) 
2. Ломакин В.В., Покровский Ю.Ю., Степанов И.С., и др. Безопасность 
автотранспортных средств: Учебник для вузов 2011 - 115с
52.


Mövzu № 16. Avtomobilin qəzadan sonrakı təhlükəsizliyi
Mühazirənin planı: 
1. YNH-dan sonra insanların avtomobildən təxliyyəsi.
2. Yanğına qarşı və suda batanların xilası üzrə tədbirlər 
Tədqiqatlar göstərir ki, bəzən NV-ləri bir-birindən və ya maneədən ayrıldıqdan 
sonra dayanmırlar, yəni növbəti daha ağır hadisənin iştirakçısı olurlar. Məsələn: 
toqquşmadan sonra avtomobillərdən biri hərəkət hissəsinin hüdudlarından çıxaraq 
aşır, alışıb yanır və ya su hövzəsinə düşür. Bu tip hadisələr gəzadan sonrakı təhlü- 
kəsizlik növündə öyrənilir. 
Avtomobilin qəzadan sonrakı təhlükəsizliyi
dedikdə baş vermiş YNH-dən sonra 
yarana biləcək təhlükəli hadisələrin qarşısının alınmasına yönəldilmiş konstruktiv 
tədbirlər sistemi və əlavə cihazlar başa düşülür.
Qəzadan sonrakı təhlükəsizlik elementləri YNH-nin III-cü (son) fazasında fəaliy- 
yət göstərirlər. Təhlükəsizliyin bu növünə hadisədə yaralananlara ilk tibbi yardım 
vasitələri də daxildir. 
Hadisədən sonra avtomobilin alışıb yanmasının əsas səbəbi yanacaq cihazlarının 
hermetikliyinin pozulması nəticəsində yanacaq buxarlarının avtomobilin qızğın detal- 
ları və ya elektrik qığılcımı ilə kontaktda olmasıdır. Belə hallarda çox vaxt qapıların
tıxanması nəticəsində sürücü və sərnişinlər NV-ni vaxtında tərk edə bilmirlər. Tədqi- 
qatlar isə göstərir ki, yanan avtomobildə 1,5 dəqiqədən çox qalmaq insan üçün 
praktiki olaraq ölümlə nəticələnir. 
Avtomobil suya düşdükdə, sürücü və sərnişinlər özlərini itirdiyindən, baş vermiş 
hadisəni dərk etməkdə və avtomobili vaxtında tərk etməkdə çətinlik çəkirlər. 
Avtomobilin və onun müvafiq konstruksiya elementlərinə alışma təhlükəsizliyi 
tələbləri BMT-nin AİK-in 34 saylı Qaydaları və milli standartlar ilə tənzimlənir. 
Onlar aşağıda qeyd olunuanları tənzimləyir: 
-13m/san sürətilə hərəkət edən avtomobiıin maneəni frontal vurması və ya 9m/san 
sürətlə arxadan vurulması zamanı yanacaq çənindən, doldurma boğazından və yana- 
53. 


caq kəmərlərindən yanacaq sızmaları; 
-vurulmalar zamanı yanacaq sızması 28q/dəqiqə-dən çox olmamalıdır; 
-yanacaq çəni ilə sərnişin salonu arasında odadavamlı arakəsmə quraşdırılmalıdır; 
-boru kəmərləri salondan kənar, qorunan yerlərdə yerləşdirilməlidir; 
-doldurma boğazcığı salonda, yük yerində və ya mühərrik bölməsində yerləşdiril- 
məməli, kuzov səthindən kənara çıxmamalı və onun qapağı odadavamlı olmalıdır; 
-elektrik naqilləri xüsusi kanallarda yerləşdirilməlidir. 
Qida sistemi elemntləri korroziyadan və yol üzərindəki maneələrə toxunmaqdan 
qorunmalıdır. Boru kəmərləri salondan kənarda yerləşdirilməli və onlar heç bir mexa- 
niki təsirə məruz qalmamalıdır. Yanacaq çəni odadavamlı materialdan hazırlanmalı
və statik elektrikə “yoluxmamalıdırlar”. Elektrik naqilləri korroziyadan qorunmalı və 
xüsusi kanallarda yerləşdirilməlidir. Alovun sürətlə yayılmasının və salonda zəhərli 
qazların əmələ gəlməsinin qarşını almaq üçün salondaxili istifadə olunan materialla- 
rın xüsusiyyətləri nəzərə alınmalıdır.
Kütləvi şəkildə istehsal olunan bütün avtomobil konstruksiyaları yuxarıda qeyd 
olunan tələblərin hamısına cavab verməlidir. 
Hal-hazırda avtomobillərin qapılarının tıxanması heç bir standartlarla tənzimlən- 
mir. Bir şeyi nəzərə almaq lazımdır ki, qıfıllar saz vəziyyətdə nə qədər etibarlıdırsa, 
deformasiya zamanı onlar bir o qədər çətin açılırlar. 
Avtobusların salonundan insanların təxliyyə edilməsini asanlaşdırmaq üçün 
aşağıdakı tədbirlər nəzərdə tutulur: 
-avtomobilin və ya avtobusun damında ehtiyyat çıxıış yerlərinin nəzərdə 
tutulması; 
-avtobusun yan divarlarında ehtiyyat çıxış yerlərinin nəzərdə tutulması; 
-qapılrın və əlavə çıxı. yerlərinin əlavə xarici qıfıl və dəstəklərlə təhciz edilməsi; 
-salonun şüşə sındırmaq üçün çəkiclə, qayçı ilə və salonda deşik açmaq üçün digər 
alətlərlə təmin edilməsi. 
Avtomobil suya düşdükdə salona suyun daxil olmasının qarşısının alınması 
standartlarla tənzimlənmir. Bunun yeqanə yolu salonun hermetikliyini artırmaqdır. 
54. 


Lakin insanların sudan təxliyyə edilməsi avtomobilin konstruksiyası ilə bərabər, digər 
faktorlardan da asılıdır: pəncərələrin açıq və ya bağlı olmasından, insanların təxliyyə 
üsullarını və üzməyi bilməsindən və s. Ona görə də avtomobillərin hərəkət yollarında
tibb, yanğınsöndürmə və su altında xilasetmə xidmətləri təşkil olunmalıdır. 

Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin