Mövzu № 16. Avtomobilin qəzadan sonrakı təhlükəsizliyi
Mühazirənin planı:
1. YNH-dan sonra insanların avtomobildən təxliyyəsi.
2. Yanğına qarşı və suda batanların xilası üzrə tədbirlər
Tədqiqatlar göstərir ki, bəzən NV-ləri bir-birindən və ya maneədən ayrıldıqdan
sonra dayanmırlar, yəni növbəti daha ağır hadisənin iştirakçısı olurlar. Məsələn:
toqquşmadan sonra avtomobillərdən biri hərəkət hissəsinin hüdudlarından çıxaraq
aşır, alışıb yanır və ya su hövzəsinə düşür. Bu tip hadisələr gəzadan sonrakı təhlü-
kəsizlik növündə öyrənilir.
Avtomobilin qəzadan sonrakı təhlükəsizliyi
dedikdə
baş vermiş YNH-dən sonra
yarana biləcək təhlükəli hadisələrin qarşısının alınmasına yönəldilmiş konstruktiv
tədbirlər sistemi və əlavə cihazlar başa düşülür.
Qəzadan sonrakı təhlükəsizlik elementləri YNH-nin III-cü (son) fazasında
fəaliy-
yət göstərirlər. Təhlükəsizliyin bu növünə hadisədə yaralananlara ilk tibbi yardım
vasitələri də daxildir.
Hadisədən sonra avtomobilin alışıb yanmasının əsas səbəbi yanacaq cihazlarının
hermetikliyinin pozulması nəticəsində yanacaq buxarlarının avtomobilin qızğın detal-
ları və ya elektrik qığılcımı ilə kontaktda olmasıdır. Belə hallarda çox vaxt qapıların
tıxanması nəticəsində sürücü və sərnişinlər NV-ni vaxtında tərk edə bilmirlər. Tədqi-
qatlar isə göstərir ki, yanan avtomobildə 1,5 dəqiqədən çox qalmaq insan üçün
praktiki olaraq ölümlə nəticələnir.
Avtomobil suya düşdükdə, sürücü və sərnişinlər özlərini itirdiyindən, baş vermiş
hadisəni dərk etməkdə və avtomobili vaxtında tərk etməkdə çətinlik çəkirlər.
Avtomobilin və onun müvafiq konstruksiya elementlərinə alışma
təhlükəsizliyi
tələbləri BMT-nin AİK-in 34 saylı Qaydaları və milli standartlar ilə tənzimlənir.
Onlar aşağıda qeyd olunuanları tənzimləyir:
-13m/san sürətilə hərəkət edən avtomobiıin maneəni frontal vurması və ya 9m/san
sürətlə arxadan vurulması zamanı yanacaq çənindən, doldurma boğazından və yana-
53.
caq kəmərlərindən yanacaq sızmaları;
-vurulmalar zamanı yanacaq sızması 28q/dəqiqə-dən çox olmamalıdır;
-yanacaq çəni ilə sərnişin salonu arasında odadavamlı arakəsmə quraşdırılmalıdır;
-boru kəmərləri salondan kənar, qorunan yerlərdə yerləşdirilməlidir;
-doldurma boğazcığı salonda, yük yerində və ya mühərrik bölməsində yerləşdiril-
məməli, kuzov səthindən kənara çıxmamalı və onun qapağı odadavamlı olmalıdır;
-elektrik naqilləri xüsusi kanallarda yerləşdirilməlidir.
Qida sistemi elemntləri korroziyadan və yol üzərindəki maneələrə toxunmaqdan
qorunmalıdır. Boru kəmərləri salondan kənarda yerləşdirilməli və
onlar heç bir mexa-
niki təsirə məruz qalmamalıdır. Yanacaq çəni odadavamlı materialdan hazırlanmalı
və statik elektrikə “yoluxmamalıdırlar”. Elektrik naqilləri korroziyadan qorunmalı və
xüsusi kanallarda yerləşdirilməlidir. Alovun sürətlə yayılmasının və salonda zəhərli
qazların əmələ gəlməsinin qarşını almaq üçün salondaxili istifadə
olunan materialla-
rın xüsusiyyətləri nəzərə alınmalıdır.
Kütləvi şəkildə istehsal olunan bütün avtomobil konstruksiyaları yuxarıda qeyd
olunan tələblərin hamısına cavab verməlidir.
Hal-hazırda avtomobillərin qapılarının tıxanması heç bir standartlarla tənzimlən-
mir. Bir şeyi nəzərə almaq lazımdır ki, qıfıllar saz vəziyyətdə nə qədər etibarlıdırsa,
deformasiya zamanı onlar bir o qədər çətin açılırlar.
Avtobusların salonundan insanların təxliyyə edilməsini asanlaşdırmaq üçün
aşağıdakı tədbirlər nəzərdə tutulur:
-avtomobilin və ya avtobusun damında ehtiyyat çıxıış yerlərinin nəzərdə
tutulması;
-avtobusun yan divarlarında ehtiyyat çıxış yerlərinin nəzərdə tutulması;
-qapılrın və əlavə çıxı. yerlərinin əlavə xarici qıfıl və dəstəklərlə təhciz edilməsi;
-salonun şüşə sındırmaq üçün çəkiclə, qayçı ilə və salonda deşik açmaq üçün digər
alətlərlə təmin edilməsi.
Avtomobil suya düşdükdə salona suyun daxil olmasının qarşısının alınması
standartlarla tənzimlənmir. Bunun yeqanə yolu salonun hermetikliyini artırmaqdır.
54.
Lakin insanların sudan təxliyyə edilməsi avtomobilin konstruksiyası ilə bərabər, digər
faktorlardan da asılıdır: pəncərələrin açıq və ya bağlı olmasından, insanların təxliyyə
üsullarını və üzməyi bilməsindən və s. Ona görə də avtomobillərin hərəkət yollarında
tibb, yanğınsöndürmə və su altında xilasetmə xidmətləri təşkil olunmalıdır.
Dostları ilə paylaş: