sisələri nəqliyyat vasitələrində işlədilən müxtəlif mayeləri, dəyişdirdikdən sonra,
qoyulan qadağalara
baxmayaraq, müvafiq tullantı qablarına deyil birbaşa torpağa
axıdırlar. Nəticədə
həm torpaq çirklənir, həmdə həmin mayelər yağış suları ilə bə-
rabər torpağın alt qatlarına keçir və oradan da yeraltı sulara qarışır. Bu çirklənmiş
yeraltı sular isə öz növbəsində sonradan müxtəlif su hövzələrinə (çaylara, göllərə və
s.) daxil olaraq onları çirkləndirir. Bundan başqa avtomobillərin saxlanması üçün
çoxlu sayda ərazilər tələb olduğundan kənd təsərrüfatı üçün yararlı torpaqların zəbt
olunması baş verir.
Şəhərlərdə səsin səviyyəsinin artması avtomobillərin aqreqatlarının işləməsi və
şinlərin yol örtüyünə sürtünməsi nəticəsində yaranır. Ayrı-ayrı nəqliyyat vasitələrinin
yaratdığı səs-küy 75-95dBA-ya çatır. Nəqliyyat vasitələrinin səs-küy səviyyəsinə
təsir edən əsas amillər aşağıdakılardır:
-nəqliyyat axınının intensivliyi;
-nəqliyyat axınının sürəti;
-nəqliyyat axınının tərkibi;
-yol örtüyünün növü və keyfiyyəti;
-yaşıl əklilərin olması.
Səhiyyə normalarına görə yuxu və istirahət zonalarında səs-küyün səviyyəsi gecə
30dBA-dan, gündüz isə 35dBA-dan çox olamamalıdır. Müəssisələrdə isə səs-küyün
norması onun xüsusiyyətundən asılı olaraq 40-70dBA həddində olmalıdır. Bununla
əlaqədar olaraq 1985-ci ildən sonra buraxılan avtomobillərdə AİK BMT-nin 51 №-li
Qaydalarına və AİB-in /№81/334 Direktivinə əsasən avtomobillər üçün buraxılan
bilən səs səviyyəsi aşağıdakı kimi müəyyən edilib:
-minik avtomobilləri üçün 80dBA;
-yük avtomobilləri və avtobuslar üçün (tam kütləsi və tutumundan asılı)
müvafiq
olaraq 81-88dBA və 81-85dBA.
Ətraf mühitin avtomobillər tərəfindən çirklənməsinin qarşısının alınması üçün
müxtəlif istiqamətlərdə tədbirlər görülür. Bunlara misal olaraq a.ağıdakıları göstər-
mək olar:
58.
-mühərriklərdə yanacağın yanma prosesini təkmilləşdirmək;
-nəqliyyat vasitələrində ekoloji baxımdan daha təhlükəsiz
yanacaq növlərindən
istifadə edilməsi (günəş enerjisi, hidrovodorod, elektrik enerjisi və s.);
-şinlərin istehsalında daha müasir, az səs-küy yaradan materialların istifadə
edil-
məsi;
-yol örtüyünün keyfiyyətinin artırılması və yeni materialların istifadə olunması.
Dostları ilə paylaş: