Azərbaycan isə tarixən tolerantlığı, etnik, mədəni rəngarəngliyi ilə seçilən ölkə kimi tanınıb və bu gün də belədir. Ölkəmizdə tolerantlıq və sivilizasiyalararası dialoq ənənələrinə mühüm töhfə verilir. Şərqi Avropa və Qərbi Asiyanın qovuşağında, müxtəlif dinlərin və xalqların birgə yaşadığı coğrafi məkanda yerləşən Azərbaycanda multikulturalizm həm də xarici siyasətin mühüm strateji amilinə çevrilib. Multikulturalizmi təbliğ edən Azərbaycan onu azərbaycançılıq məfkurəsinin tərkib hissəsi, dövlət siyasəti səviyyəsinə qaldırıb.