direktorlar şurası qarşısında qərəzli şəkildə hesabat verməmək;
öz fəaliyyətində qanunvericilik, şirkətin təsis və daxili sənədlərinin tələblərinə əməl etmək və şirkətin işçilərinin buna riayət etməsini tələb etmək;
işçilərin maraqlarını nəzərə almaq, onlar üçün layiqli əmək şəraiti yaratmaq.
Korporativ mədəniyyətin prinsipləri kimi şirkətin və onun rəqibləri üçün qarşılıqlı fəaliyyətin ümumi etik normaları sırasında aşağıdakıları qeyd etmək olar:
ticarət və investisiyalaşma üçün açıq bazarların inkişafına kömək etmək.
Malsatanlar və xidmətgöstərənlərlə münasibət prinsipləri aşağıdakılardı:
nəzakətli qiymətəmələgəlmə, lisenziyalaşma;
lazımsız məhkəmə tədqiqatlarının ixtisar olunması;
uzunmüddətli və sabit münasibətlərin inkişafı;
məxfi olmayan informasiyaları paylaşmaq;
imzalanmış müqavilə şərtlərinə müvafiq olaraq vaxtında ödəmə.
İstehlakçılarla münasibət prinsipləri aşağıdakılardı:
istehlakçıların tələbatları və ehtiyaclarına müvafiq olaraq məhsul və xidmətlərin keyfiyyətinin təmin olunması;
düzgün rəftar, səhmdar cəmiyyətin məhsul və xidmətlərinin istehlakçılara, onların sağlamlığının mühafizəsinə, ətraf mühitin vəziyyətinin yaxşılaşdırılımasına zəmanət vermək;
məhsul və xidmət (səhmdar cəmiyyətin) istehlakçılarının cinsi, yaşı, irqi mənsubiyyəti və sairdən asılı olmadan hüquqlarının pozulmasına yol verməmək;
marketinq və reklam daxil olmaqla, məhsul və xidmət istehlakçılarına təqdim olunan məhsul və xidmətlərə görə insani ləyaqətə hörməti təmin etmək (zəmanət vermək);
istehlakçıların ümumi mədəniyyətlərinə hörmət etmək.