Azərbaycan Memarlıq və İnşaat Universiteti Fakültə: Tikinti-iqtisad Kafedra: Biznesin iqtisadiyyatı və menecment


Korporativ mülkiyyətinin auditinin hüquqi əsasları



Yüklə 1,45 Mb.
səhifə96/104
tarix02.10.2022
ölçüsü1,45 Mb.
#64434
1   ...   92   93   94   95   96   97   98   99   ...   104
14.3. Korporativ mülkiyyətinin auditinin hüquqi əsasları

İnstituonal mühit siyasi, hüquqi, sosial qaydaların məcmusu kimi istehsal, mübadilə, bölgü və istehlak münasibətləri üçün bazis rolunu oynayır.


1) İnstituonal mühit
2) institounal müqavilə (sövdələşmələr)
3) Fərd (individ)
İnstitounal müqavilələr- təsərrüfat subyektləri arasında kontrakt olub, onların qarşılıqlı fəaliyyət üsullarını müəyyənləşdirir (kooperasiya, korporativ fəaliyyət, rəqabət və s.). Sonuncu səviyyədə ayrı-ayrı fərdlər öz üzərilərinə institutlaşdırma funksiyalarını götürülər. Bu zaman onlar eyni zamanda kontrakt sövdələşmələri bağlayır, instituonal mühitin qaydalarına uyğun fəaliyyət göstərir, yəni hər üç səviyyədə bir-birinə qarşılıqlı təsir göstərərək inkişaf edirlər. Qeyd etmək lazımdır yuxarıda göstərilmiş səviyyələrin elmi mücərrədlik şəraitində özünəməxsusluğu özünü büruzə verir.
Korporativ mülkiyyət institutu korporasiyada bütün mənimsəmə, özgəninkiləşdirmə münasibətləri kompleksinin nizama salınması və tənzimlənməsini təmin edir.




Şəkil 14.2. İnstitutların üç səviyyəli tədqiq olunması sxemi

Korporativ münasibətlər sistemində hakimiyyət institutu hakimiyyət və idarə etmə münasibətlərinin daxili nizamlanması və tənzimlənməsini həyata keçirir. Buraya aşağıdakılar daxildir:



  • direktorlar şurası şaxəsi;

  • kollektiv idarəetmə və fərdi baş direktor idarəçilyi ilə təmsil edilən icraedici orqan şaxəsi.

Hakimiyyət institutunun fəaliyyət göstərə bilməsi üçün burada şaxələnmə aradan qaldırılmalı, yəni əksliklərin sintez üsulu axtarılıb tapılmalıdır.
Korporativ mülkiyyət subyektlərinin maraqlarının tarazlaşdırılması qeyri legitim (qanuni) transaksiyaların (keçid fəaliyyəti) kəmiyyəti və dəyərinin həcminin azaldılmasına, müvafiq olaraq korporasiya xərclərinin strukturunun optimallaşdırılmasına imkan yaradır. İstehsalın korporativ faktorlarının səmərəliliyinin azaldılmasına şərait yaradan qeyri legitim transaksiyalar korporativ mülkiyyətin ayrı-ayrı subyektlərin maraqları nəzərə alınmayan və yaxud maraqların qorunmasında müəyyən ixtisarların edildiyi yerdə yaranır. Bu səbəbdən də müəssisələr müəyyən sahələri aid olmaları ilə əlaqədar transaksiya xərclərinin yaranmasını əlaqələndirən S.Barsukovanın fikri ilə razılaşmaq olmaz. O, öz fikrini əsaslandırmaq üçün istehsal və maliyyə sferalarında kölgə iqtisadiyyatı və biznes fəaliyyətlərinin proporsiyalarını müəyyənləşdirməyə çalışmışdır.
Məlumdur ki, korporasiya real kapitalın mülkiyyətçisi kimi, inteqral subyekt kimi çıxış edir. Eyni zamanda inteqral subyektin maraqlarının təmsilçisi , həmçinin real kapitalın tələbatlarının inkişaf etdirilməsinin təmsilçisinin müəyyən problemləri mövcuddur, çünki inteqral qrup subyektinin ayrı-ayrı şəxs ilə əvəz edilməsi baş verə bilər. Burada biz məlum məkan anlayışına “fiziki şəxslər iqtisadiyyatı” anlayışına qayıdırıq. Əgər auditor müqaviləsinin hazırlanması və bağlanılmasında inteqral subyektin maraqları təkcə bir icraedici hakimiyyət orqanına və korporasiyaya həvalə edilmişdirsə bu zaman aşağıdakı maraqlar assimetriyası (uyğunsuzluqlar) yaranır:
1. inteqral subyekt mənsubiyyətcə hər hansı bir hakimiyyət subyektinə aid edilmiş olur;
2. korporativ mülkiyyətin təkrar istehsal tələbatları, korporasiyanın və bütünlükdə inteqral subyektin maraqları ya bir şəxsin baş direktorun, ya da korporasiyanın ali menecerlər qrupunun timsalında təcəssümünü tapmış olur;
3. auditor müqavilələrinin hazırlanması, imzalanması və icra olunmazı prosesi zamanı korporasiya maraqlarının adekvat reallaşdırılmasına nəzarət formal olaraq özünü auditor xidməti təklif edən şəxsin namizədliyinin səhmdarların ümumi iclasında, bülletenlər vasitəsilə səs verilməsi zamanı büruzə verir;
4. sözügedən müqavilənin hazırlanması, imzalanması və icra olunması prosesi zamanı auditor firması korporasiyanın icraedici orqanlarının nümayəndələri ilə təmasda olur.
5. auditin nəticələri təfsilatı ilə öyrənilir və korporasiyanın icraedici orqanları tərəfindən praktiki olaraq istifadə olunur, lakin səhmdarlara qədər olan vaxt ərzində bütün bunlar nəzərdən keçirilmək üçün növbəti iclasa təqdim edilirdi;
6. korporasiyanın qeyri real kapitalının maraqları auditor müqaviləsinin bu formasının hazırlanılması, imzalanılması və icraedilməsində sırf formal xarakter daşıyaraq asanlıqla sifarişçilər və icraçılar tərəfindən diqqətdən kənarda da qala bilərdi.



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin