Azərbaycan Memarlıq və İnşaat Universiteti Fakültə: Tikinti-iqtisad Kafedra: Biznesin iqtisadiyyatı və menecment


Korporativ mülkiyyətin auditinin aparılması prinsipləri



Yüklə 1,45 Mb.
səhifə95/104
tarix02.10.2022
ölçüsü1,45 Mb.
#64434
1   ...   91   92   93   94   95   96   97   98   ...   104
14.2. Korporativ mülkiyyətin auditinin aparılması prinsipləri

Korporativ mülkiyyətin auditinin prinsiplərini paradiqmalarla sıx qarşılıqlı əlaqədə və eyni zamanda auditin klassik prinsiplərinin baxış bucağı altında nəzərdən keçirmək lazımdır. Korporativ mülkiyyətin auditinin prinsipləri bütünlükdə nəzəri cəhətdən olduqca əhəmiyyətli məsələlərin həllinə yönəldilmişdir:


- elmin sözügedən şaxəsinin möhkəm gövdəsini yaradır;
- onun məzmununu formalaşdırır və nizama salır;
- hərəkət və fəaliyyətlər alqoritmini müəyyənləşdirərək qanunauyğun davamlılığını təmin edir.
Korporativ mülkiyyətin auditinin prinsiplərinin və auditin ümumi nəzəriyyəsinin prinsiplərinin uyğun gəlməsi aşağıdakı şəkildə öz əksini tapmışdır (şəkil 14.1). Müşahidələr göstrədi ki, auditin ümumi nəzəriyyəsinin prinsiplərini və korporativ mülkiyyətin auditinin konkret prinsiplərini onun hərfi mənasında dərk etmək tələb olunmur, yəni bir klassik prinsipin bir konkret prinsipə uyğun gəlməsi kimi.
Auditin klassik prinsipləri mücərrəd xarakter daşıyır və bu isə öz növbəsində auditin klassik prinsipləri ilə korporativ mülkiyyətin daha konkret prinsipləri arasında şərhi mümkün əlaqələrin qurulmasını əsaslandırır.




Şəkil 14.1. Ümumi audit nəzəriyyəsinin və korporativ mülkiyyətin auditinin klassik prinsipləri

Korporativ mülkiyyətin təkrar istehsalı prosesində auditin nəticələrinin xüsusi əhəmiyyət daşıması. Auditor təkcə ona təqdim edilən informasiyanın doğru olmasının formal təsdiq olunması mövqeyindən çıxış etmir və öz araşdırmalarını korporativ mülkiyyətin sonrakı inkişaf etdirilməsi perspektivlərinin müəyyən olması baxımından da təşkil edir. Onun peşəkar mühakiməsi təhlillər, qiymətləndirmələr və proqnozlara əsaslanır, sözügedən mülkiyyət formasının inkişaf edən təkrar istehsal formasının təmin olunmasının səmərəli alətlərindən biri kimi çıxış edir. Auditorun mövqeyi korporasiyanın adi maliyyə hesabatı auditi ilə müqayisədə müəyyən dəyişikliyə məruz qalır- burada daha fəalliq müşahidə olunur; əvvəlki müşahidəçi isə təsir etmək imkanı əldə edir.


Korporativ mülkiyyətin təkrar istehsal faktorlarının üstünlüyü ilə əsaslandırılan korporativ mülkiyyət hesabatının aspektlərinin seçilməsi. Auditor müəyyən olunmuş mülkiyyət formasının təkrar istehsalı faktorlarını qiymətləndirir, onların içərisində ən üstün olanları seçir və korporativ hesabtlılığın aspektlərini müəyyənləşdirərək onların təsdiq olunması ilə məşğul olur. Belə olan halda təhlil və qiymətləndirmələr ənənəvi auditor funksiyalarından öncə gəlir, daha sonra təhlil və qiymətləndirmələr ənənəvi auditor funksiyaları ilə çulğalaşaraq korporativ mülkiyyətin inkişaf perpektivlərinin proqnozlaşdırılmasına xidmət edir. Qeyd etmək lazımdır ki, sözügedən prinsip auditorun səlahiyyətlərini genişləndirir, çünki buraya təhlil, qiymətləndirmə və proqnozlaşdırma funksiyaları da əlavə olunur. Səlahiyyətlərin belə genişlənməsi auditor məsuliyyəti və risklərinin artmasına və müvafiq olaraq sifarişçiyə təqdim edilən xidmətlərin dəyərinin yüksəlməsinə səbəb olur. Ancaq sifarişçi əlavə ödənişlərlə onun üçün ən qiymətli olanın-mülkiyyət münasibətləri kompleksinin tənzimlənilməsi alətlərinə də sahib olur. Sifarişçinin transaksiya (keçid əməliyyatları) xərclərinin artması korporasiyanın işinin səmərəliliyinin artması ilə tənzimlənir.
Tətbiq edilən üsulların korporativ mülkiyyət subyektlərində mövcud maraqlar tarazlığının təmin olunması baxımından nəzərdən keçiriməsi. Auditor korporasiyalarda tətbiq edilən adi qiymətləndirmə üsullarına korporasiya daxili norma və fəaliyyətdə olan mövcud hüquqi normalar əsasında müəyyən əlavələr edir, eyni zamanda əlavələr korporasiya tərəfindən müəyyənləşdirilmiş mühasibat və nəzarətin məqsədlərin adekvatlılığını, iqtisadi maraqların qarşılıqlı təsiri sahəsinin qiymətləndirilməsini də əhatə edir, inteqral subyekt və hüquqi şəxs kimi hər şeydən üstün korporasiyanın maraqları ön plana çıxır. Qeyd etmək lazımdır ki, auditin korporasiyanın iqtisadi maraqlar sahəsinə daxil olması eyni zamanda özündə adi maliyyə hesabatlılığı auditi xüsusiyyətlərini də əks etdirir: «audit xidmətinə müraciət edən şəxsin səmərəli təşkilatçılıq strukturunda əməkdaşların məsuliyyət və səlahiyyətlərinin əsaslnadırılmış bölgüsü nəzərdə tutulmuşdur. Burada ayrı-ayrı şəxslərin nəarətin təşkilinə müdaxiləsinə mane olunması və uyğun olmayan funskiyaların bölgüsünün təmin olunması daxildir (10)».Korporativ mülkiyyətin auditi iqtisadi marqlar sahəsinə daha dərindən daxil olur və onun qarşısında ən əsas vəzifənin icrası, yəni korporasiya maraqlarının qorunması dayanır və burada təkcə daxili nəzarətin təmin olunması ilə kifayətlənilmir.
Tədqiq edilən informasiyanın doğru olmasının birləşdirilmiş dəyərləri və korporativ mülkiyyətin perspektivdə inkişaf etməsinin proqnozlaşdırılması dəyərləri.
Korporativ mülkiyyət subyektlərinin auditor fəaliyyətinin nəticələrinin istifadəçisi kimi tələb və sifarişlərinin təyinat təmayülləri. Audit növlərinin beynəlxalq təsnifatı məlumdur. Həmin təsnifatı korporativ mülkiyyətin auditinə də tətbiq edək: əməliyyat auditi, korporasiyanın təsərrüfat siteminin fəaliyyət göstərməsinin metodları və qaydalarının müəyyən hissəsinin yoxlanılmasına istiqamətlənib və burada əsas məqsəd onun məhsuldarlığı və səmərəliliyinin qiymətləndirilməsi və müvafiq tövsiyələrin verilməsidir. Faktiki olaraq bu audit növü səhmdar kapitalın mülkiyyətçisi və menecmentin konsaltinqi kimi çıxış edir.



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin