İNFORMASİYA TEXNOLOGİYALARI İNSTİTUTU 2009-cu il üçün respublika üzrə aspirant və dissertantlara “İnformatika”
fənninin tədrisi və namizədlik imtahanının qəbulunun nəticələri haqqında
Y E K U N H E S A B A T
Respublika üzrə mərkəzləşdirilmiş qaydada aspirant və dissertantlardan “İnformatika” fənnindən namizədlik imtahanının qəbul edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) kollegiyasının 25 oktyabr 2002-ci il tarixli 06 saylı, 16 dekabr 2002-ci il tarixli 17 saylı və AMEA Rəyasət Heyətinin (RH) 15 yanvar 2003-cü il tarixli 2/5 saylı qərarlarına uyğun olaraq AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris - İnnovasiya Mərkəzində aspirant və dissertantlara “İnformatika” fənninin tədrisi və namizədlik imtahanının qəbul edilməsi üzrə 2009–cu il ərzində 1270 aspirant və dissertant “İnformatika” fənni üzrə tədris prosesində iştirak etmiş və imtahan vermişdir. “İnformatika” fənninin tədrisi və namizədlik imtahanının qəbulu aspirant və dissertantların elmi işlərinə uyğun olaraq 4 istiqamət üzrə aparılmışdır:
Fizika-riyaziyyat və texnika elmləri
Kimya, biologiya və tibb elmləri
Yer, kənd təsərrüfatı və coğrafiya elmləri
İctimai-siyasi, sosial-iqtisadi və humanitar elmlər
“İnformatika” fənnindən imtahanlar İnformasiya Texnologiyaları İnstitutu tərəfindən yaradılmış komissiya tərəfindən qəbul olunmuşdur və 22 yanvar 2003-cü il tarixli Əsasnaməyə uyğun olaraq, yaz semestrində 1 ay müddətində (15 iyun – 15 iyul), payız semestrində 1 ay müddətində (01 yanvar - 31 yanvar), ekstern imtahanlar aprel ayında (30 aprel) və oktyabr ayında (28 oktyabr, 29 oktyabr) keçirilmişdir. İmtahan prosesində mühüm dövlət orqanlarının nümayəndələri iştirak etmiş və imtahanların gedişatı müxtəlif KİV-də işıqlandırılmışdır.
Aspirant və dissertantların say tərkibinə görə paylanması Cədvəl 1
Aspirantların sayı
Dissertantların sayı
Cəmi
467
803
1270
Aspirant və dissertantların AMEA və digər elm və təhsil müəssisələrinə
görə paylanması
Cədvəl 2
AMEA-nın aspirant və dissertantlarının sayı
Digər elm və təhsil müəssisələrinin aspirant və dissertantlarının sayı
Cəmi
466
804
1270
Aspirant və dissertantların elm sahələri üzrə paylanması Cədvəl 3
№
İxtisas şifri
Elm sahələri
Sayı
1
2
3
4
08.00.00
İqtisad elmləri
207
08.00.01
Iqtisadi nəzəriyyə
10
08.00.05
Xalq təsərrüfatının iqtisadiyyatı və idarəedilməsi