Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu



Yüklə 0,56 Mb.
səhifə20/93
tarix18.06.2023
ölçüsü0,56 Mb.
#132198
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   93
2009SosialsferanniqtisadiyyatDRSVsaiti

Səhiyyə: Azərbaycan Respublikasında əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində atılan addımların mühüm tərkib hissələrindən biri səhiyyə sahəsinin inkişaf etdirilməsi və əhalinin sağlamlığının qorunmasından ibarətdir.
Bazar münasibətlərinə keçidlə əlaqədar olaraq tibb müəs-sisələrinin tam və ya qismən özünümaliyyələşdirmə sisteminə keçməsi, özəl səhiyyə müəssisələrinin yaradılması sosial sferada bazar münasibətlərinin formalaşmasına müsbət təsir göstərmişdir.
Səhiyyə sistemində keyfiyyətin yüksəldilməsi məqsədilə əsas diqqət ilkin tibbi xidmətin adambaşına düşən əsas paketi üzrə xərclərin təmin olunmasına, yeni dövlət idarəetmə və maliyyələş-dirmə sistemlərinin yaradılmasına, tibbi sığorta sisteminin tətbiqinə, immunlaşdırma proqramlarının dövlət tərəfindən maliy-yələşdirilməsinə, vərəm, yod çatışmazlığı, malyariya, QİÇS xəstəliklərinə qarşı kompleks mübarizə tədbirlərinin hazırlan-masına və dərman preparatları, tibb avadanlıqları və texnikası ilə təchizatın müxtəlif formalarından istifadə olunmasının genişlən-dirilməsinə yönəldilməlidir.
Təhsil: İqtisadiyyatın bazar münasibətləri şəraitində sosial-iqtisadi inkişaf istiqamətində atılan addımların mühüm tərkib hissələrindən biri təhsil sahəsində aparılan islahatlardır. Azər-baycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ var. Dövlət pulsuz, icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət olunur. Maddi vəziyyətindən asılı olma-yaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəma-nət verir. Dövlət minimum təhsil standartlarını müəyyən edir. Başqa sözlə, milli zəminə, ümumbəşəri dəyərlərə əsaslanır, demokratik xarakter daşıyır.
Azərbaycan Respublikası Prezidenti tərəfindən “1998-2002-ci illərdə təhsil sahəsində islahatlar Proqramı” təsdiq edilmiş, təhsil konsepsiyası qəbul olunmuşdur. Bundan başqa, «Ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında» 2003-2007-ci illəri əhatə edən məqsədli proqram təsdiq edilmişdir. Lakin təhsil sahəsində onun keyfiyyəti ilə bağlı bir sıra məsələlər həll olunmamış qalır.
Azərbaycanın təhsil sistemi dövrün tələblərinə uyğun olaraq mütəmadi təkmilləşdirilərək dünya təhsil sisteminin ən yaxşı nümunələri əsasında inkişafını təmin edir. 2009-cu ulin iyun ayının 19-da qəbul olunmuş yeni "Təhsil haqqında" Qanunu təhsil sistemindən, təhsil sisteminin idarə olunması, təhsil subyektlərinin hüquqları, vəzifələri və sosial müdafiəsindən, təh-silin iqtisadiyyatından, təhsil sahəsində beynəlxalq əlaqələrdən, keçid və yekun müddəalardan ibarətdir.
Təhsilin bütün səviyyələrində, xüsusilə ibtidai və orta təhsildə təlim-tərbiyənin, ümumtəhsil və orta texniki peşə məktəblərində maddi-texniki bazanın qənaətbəxş olmaması, dərsliklərin və tədris materiallarının müasir və bazar iqtisadiyyatının tələblərinə uyğun gəlməməsi, təhsil və əmək bazarı arasında qeyri-mütənasib əlaqənin mövcudluğu göstərilən istiqamətlərdə işlərin güclən-dirilməsini tələb edir.
Müstəqillik illərində Azərbaycan Respublikasında formalaşan bazar münasibətləri digər sahələrdə olduğu kimi təhsil sferasına da sirayət etmişdir. Məlum olduğu kimi sovetlər birliyi dövründə bütün təhsil müəssisələri (ümumiyyətlə bütün sahələrdə mülkiyyət hüququ) yalnız dövlətə məxsus idi. Müstəqillik illərində isə dövlət təhsil müəssisləri ilə yanaşı özəl təhsil müəssisələri də yaranmağa başladı. Bazar münasibətləri daha çox ali təhsil müəssislərində özünü göstərir. Hazırda Azərbaycanda fəaliyyət göstərən 48 ali təhsil müəssisəsinin 29%-i (14-ü) qeyri-dövlət, 71%-i isə dövlət müəssisələridir.
Cədvəldən göründüyü kimi, digər təhsil pillələrində özəl sektorun payı azdır. Hesab edirik ki, bu təhsilin ilk pillələrinin məcburi xarakter daşıması və daha çox dövlətin nəzarətində olması ilə əlaqədardır.
Rabitə: Sosial-iqtisadi həyatda ən mühüm rolu olan infra-struktur sahələrindən biri də rabitədir. Rabitə olmadan istehsal sa-hələri arasında zəruri olan informasiya mübadiləsi baş verməz, is-tehsal əlaqələri pozula bilər. Nəinki ölkənin daxilində və hətta xa-rici ölkələrlə informasiya əlaqələri olmadan keçinmək mümkün deyildir. Buna görə də, çətinliklərə baxmayaraq, tədricən zəruri olan bütün infrastruktur sahələri inkişaf etdirilir. Bu zaman həm xarici kapitalın gücündən və həm də daxili mənbələrdən istifadə olunur.
Qeyd olunan məsələlərin həllində rabitə və informasiya tex-nologiyalarının xüsusi yeri vardır və sahənin inkişaf səviyyəsi qarşıya qoyulan məqsədlərə çatmağa təsir edən amillərdəndir. Müxtəlif dövlətlərdə, xüsusən də inkişaf etmiş dövlətlərdə bu məqsədlə informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqti-sadiyyatın formalaşdırılmasına səy göstərilir və bu fəaliyyət BMT-nin Minilliyin Sammitində müəyyən edilmiş inkişaf məq-sədləri ilə tam uzlaşır.
Qeyd edək ki, Azərbaycanda rabitə sisteminin əsas inkişaf dövrü ötən əsrin 70-80-ci illərinə təsadüf edir. Həmin illərdə poçt, teleqraf və teleradio proqramlarının yayımı sahələri inkişaf et-mişdir.
Bazar iqtisadi sisteminə keçiddən sonra ölkədə gedən sürətli inkişaf rabitə sahəsinə də öz təsirini göstərmiş, bu sahədə nəzərə-çarpacaq dərəcədə müsbət dəyişikliklər baş vermişdir. Belə ki, keçən dövr ərzində əhaliyə göstərilən rabitə xidmətlərinin keyfiyyəti yüksəlmiş, rabitə tarifləri aşağı salınmışdır.
10 avqust 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti "Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının müasir tələblərə uyğun olaraq inkişafını təmin etmək məqsədilə Dövlət Proqramı"nın hazır-lanması barədə sərəncam imzalamışdır. 21 oktyabr 2005-ci il-də Azərbaycan Respublikasının Prezidenti, İlham Əliyev “AR-da rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır.
Hazırda Azərbaycanda pabitə-informasiya texnologiyaları sürətlə inkişaf edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2009-cu ilin yanvar-iyul ayları ərzində rabitə sektorunda 560,9 milyon manat məbləğində xidmət göstərilib ki, (o cümlədən, iyul ayında 92 milyon manat) bu, 2008-ci ilin həmin dövründə əldə olunan göstəricidən 12,7% çoxdur.
Məlum olduğu kimi, rabitə xidmətlərinin əsas istehlakçısı əha-lidir. Belə ki, qeyd olunan dövrdə əhaliyə göstərilən rabitə xid-mətlərinin məbləği 438,1 milyon manat (78,1%) təşkil edib. Bu göstərici 2008-ci ilin həmin dövrü üzrə əldə olunan məbləğdən 11,2% çoxdur. Gəlirlərin əsas hissəsi (72,3%) mobil rabitənin payına düşmüşdür.
Ümumilikdə Azərbaycanın rabitə sektorunda 2008-ci ildə satış həcmi 990,5 milyon manat olmuşdur. Növbəti illərdə isə bunun daha da artacağı proqnozlaşdırılır.
Son illərdə internetdən istifadə edənlərin sayı da durmadan artır. Buna təsir edən amillər sırasına internet pravayderlərinin sayının artması, rəqabət şəraitində onların öz fəaliyyət mexanizm-lərini təkmilləşdirmələridir.
Bunlarla yanaşı, ölkəmizdə mobil rabitə xidmətində də müs-bət dəyişikliklər nəzərə çarpır. Üçüncü operatorun (NARMO-BİLE) bazara daxil olması AZERSELL və BAKSELL Şirkət-lərinin fəaliyyətinə də müsbət təsir göstərmişdir. Belə ki, xidmət tariflərinin aşağı salınması, müxtəlif kompaniyaların həyata keçirilməsi buna misal ola bilər. Lakin bu sahədəki inhisarçılıq meylləri xarici ölkələrlə müqayisədə ölkəmizdə mobil rabitə tariflərinin yüksək olduğunu göstərir.
Ümumilikdə aparılan araşdırmalar göstərir ki, Azərbaycanda pabitə sektoru bazar münasibətlərinin tələblərinə uyğun inkişaf edir. Bu gün inkişaf edən ölkələr bütün aidiyyəti tərəflərlə birgə əməkdaşlıq çərçivəsində milli, regional və qlobal səviyyədə şəbəkə infrastrukturunun ötürmə qabiliyyətinin artırılmasına investisiya qoymağa, eləcə də yeni və iqtisadi baxımdan effektiv telekommunikasiya vasitələri və kompüter texnologiyalarının bütün imkanlarını geniş tətbiq etməyə çağırırlar.

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin