Mövzuya aid suallar 1. Sığorta nədir və ilk dəfə harada yarnamışdır? 2. Sosial sığorta nədir? 3.Azərbaycan Respublikasında işəgötürənlərin və iqtisadiyyatda məşğul olanların ödədikləri sosial sığorta tarifləri necədir? 4. Inkişaf etmiş ölkələrdə işəgötürənlər və işləyənlər nə qədər sosial sığorta haqları ödəyirlər? 5. Təkrar sığortanın rolu nədən ibarətdir? 6. Azərbaycan Respublikasında sosial sığorta sahəsində mövcud qanunvericilik bazası haqqında nə bilirsiniz?
Tövsiyə olunan ədəbiyyat siyahısı
1.Сплетухов Ю.А., Дюжиков Е.Ф. «Страхование: Учебное пособие. - М. 2004. 312 с. 2.Ə.Ə.Ələkbərov. Sosial-iqtisadi inkişafın maliyyə-büdcə parametrlərinin tənzimlənməsi. (monoqrafiya). Bakı: Elm, 2007. -448 s. 3.«Sosial sığorta haqqında» Azərbaycan Respublikasının Qanunu, 18 fevral 1997-ci il 4.Экономика труда: (социально-трудовые отношения)/ Под. Ред. Н.А.Волгина, Ю.Г.Одегова.-М.: «ЭКЗАМЕН», 2002.-736с. 5. http://www.gzt. ru/rubricator 6.Azərbaycanın statistik göstəriciləri, 2009 FƏSİL 5 PENSİYA TƏMİNATI
§1.Pensiya anlayışı, onun mahiyyəti və növləri
Pensiya (pensio) latın sözü olub, mənası ödəmə deməkdir. «Pensiya» - vətəndaşlar müəyyən yaşa çatdıqda, əlillik hallarında, ailə başçısı itirildikdə, həmçinin xidmət illərinə və dövlət qarşısında xüsusi xidmətlərinə görə onlara müntəzəm olaraq ödənilən pul vəsaitləridir. Sovetlər dönəmində pensiyanın 2 növü mövcud idi. Əmək və sosial pensiyalar.
Əmək pensiyaları müəyyən əmək stajına və ödəilən sosial sığorta haqlarına müvafiq olaraq, sosial pensiyalar əmək stajı olmayan vətəndaşlara ödənilirdi.
Məcburi sosial sığorta haqları əsasında formalaşan əmək pensiyalarının özü də dörd qrupa ayrılırdı:
- yaşa görə;
- əlilliyə görə;
- ailə başçısını itirməyə görə;
- xidmət illərinə görə;
Sosial pensiyalar isə üç qrupa ayrılırdı:
- yaşa görə;
- əlilliyə görə;
- ailə başçısını itirməyə görə;