Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi Bioresurslar İnstitutu varis quliyev



Yüklə 9,14 Mb.
səhifə3/24
tarix12.09.2023
ölçüsü9,14 Mb.
#142784
1   2   3   4   5   6   7   8   9   ...   24
GÖYCƏ-- kitab-5

Meyvəçiliyin müasir vəziyyəti. Müasir dövrdə Naxçıvan Muxtar Respublikasının son illərdə dinamik inkişafı sosial ədalətə söykənən idarəetmə sistemidir. Əhalinin intellektual səviyəsinin artması müasir elmi biliklərə, texnologiyaya, makroiqtisadi sabitliyə, yüksək ərzaq istehsalına və ehtiyatına malik olmağa şərait yaratmışdır. Həmçinin, əmək və sosial xidmətlərin insanların təlabatına uyğun uzlaşdırılması və əhalinin daim yüksələn həyat tərzi ilə müşayət olunur. Muxtar respublikada çoxşaxəli dinamik inkişaf, makroiqtisadi və siyasi-iqtisadi sabitlik, əhalinin etibarlı ərzaq təminatı, sosial dayanıqlığın başlıca meyarıdır.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra dövlət quruculuğunun və inkişafının elə bir modeli yaradılmışdır ki, bu siyasət qısa tarixi dövr ərzində inkişaf etmiş dövlətlər sırasına daxil olmaq istiqamətini götürmüşdür. Azərbaycan Respublikasında ayrı-ayrı regionların inkişafına dair qəbul edilən Dövlət proqramları məhz bu amala xidmət edən mühüm dövlət sənədləridir. Belə proqramların icra olunması regionların iqtisadi və sosial inkişafını şürətləndirmişdir. Buna müvafiq olaraq son 25 ildə Naxçıvan Muxtar Respublikasının da sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları qəbul olunmuşdur. Qəbul olunmuş “Dövlət proqramları”nda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı daim diqqət mərkəzində saxlanılmışdır.
Naxçıvan Muxtar Respublikasının 90 illik yubleyinə həsr olunmuş təntənəli çıxışında Azərbaycan Respublikasının Prezidenti görülən işlərə yekun vuraraq demişdir: “Bu gün Naxçıvanın gələcək inkişafı ilə bağlı əlavə sözlərə ehtiyac yoxdur. Çünki bütün işlər burada ən yüksək səviyyədə görülmüşdür. Bundan sonra, ancaq bu uğurlara yeni uğurlar əlavə etmək lazımdır”.
Öz tarixi ənənələri və coğrafi mövqeyi ilə daim diqqqəti cəlb edən Naxçıvan Muxtar Respublikasının rəhbərliyi dövlətçilik ənənələrini müasir dövrün tələbatına uyğun inkişaf etdirərək regiondakı təbii və əmək ehtiyatlarından səmərəli istifadə olunmaqla, ardıcıl olaraq Azərbaycan Respublikasında dövlətçilik ənənələrinin qorunub saxlanılmasına və sürətli inkişafına xidmət edir. Belə ki, statistikaya nəzər salsaq görərik ki, 1995-ci ildə müxtar respublikada Ümumi Daxili Məhsul 43721,7 manat, 2000-ci ildə 84862,4 manat, 2005-ci ildə 305796,5 manat, 2010-cu ildə 1171305,7 manat, 2014-cü ildə bu rəqəm 2013-cü illə müqayisədə 1,3 faiz artaraq 2 milyon 388 milyon manatdan çox olmuşdur. 2013-cü ildə muxtar respublikada istehsal olunan sənaye məhsulunun 93 faizdən çoxu emal müəssisələrinin payına düşmüşdür. Qeyd edək ki, 2014-cü ildə 2013-cü ilə nisbətən 6 faiz çox, yəni 255 milyon manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. 2015-ci ilin yanvar-iyul aylarında 2014-cü ilin müvafiq dövrünə nisbətən 9,4 % çox, yəni 110 milyon 870 min manat həcmində kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. 2015-ci ilin ötən dövrü ərzində 38 milyon 563 min ABŞ dollarından artıq həcmdə kənd təsərrüfatı məhsulları ixrac olunmuşdur. 2014-cü ildə 2391004,2 manat, 2015-ci ildə 2467422,4 manat, 2016-cı ildə 2582361,4 manat, 2017-ci ildə isə 270663,0 manat təşkil etmişdir. 2016-cı ildə kənd təsərrüfatı sübyektlərinə ümumilikdə 10661,3 min manat məbləğində kreditlər verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2015-ci il ölkəmizdə, o cümlədən Naxçivan Muxtar Respublikasında “Kənd təsərrüfatı ili” elan edilmişdi. O vaxt sərəncama uyğun olaraq ölkənin aqrar sektorunda mühüm dövlət tədbirlərinin həyata keçirilməsinə start verilmişdi. Naxçıvan Muxtar Respublikasında da sərəncamdan irəli gələn əsas işlərin yerinə yetirilməsində əsas məqsəd bölgədə aqrar sektorun infrastrukturunun dünya standartları tələblərinə uyğun uzlaşdırılmasıdır. Yeni texnologiyanın tətbiqinin genişləndirilməsi və modernləşdirilmənin sürətləndirilməsi, torpaq - iqlim şəraitinə görə aqrar sektorun müxtəlif aparıcı sahələri üzrə regionların ixtisaslaşdırılması, rayonlarda dövlətin inzibati və maliyyə resurslarından səmərəli istifadə olunmasıdır. Hazırda muxtar respublikada çoxsaxəli istehsalçı - emal sənayesi - son məhsulun satışı kimi prioritet sahələrin gələcək inkişafını təmin edən müasir aqroparkların baza əsasları yaradılmışdır. Blokada vəziyyətində olan muxtar respublikada kənd təsərrüfatı əhalini ərzaq məhsulları və emal sənayesini xammalla təmin etdiyindən regionda mühüm iqtisadi, sosial, siyasi əhəmiyyət kəsb etməklə, əhalinin əsas məşğulluq sahələrindəndir. Böıgədə əhalinin məşğulluğunun artması dövlət siyasətinin mühüm tərkib hissəsidir. Buna müvafiq olaraq 2017-ci ildə muxtar respublikada ötən ilə nisbətən daha çox yeni iş yerləri acılmış, əmək bazarında tələb və təkliflərə uyğun mühüm tədbirlər həyata keçirilmişdir. Bölgədə çoxlu sayda müasir tələblərə uyğun gələn sənaye müəssisələri yaradılsada, muxtar respublikanın coğrafi mövqeyi aqrar bölmənin inkişafına çox uyğun gəldiyindən bu sahəyə daha çox diqqət yetirilir. Aqrar islahatların nəticəsi kimi kənd təsərrüfatında da tələbata uyğun strateji istiqamətlər dəqiq müəyyənləşdirilmişdir. Meyvəçilik və tərəvəzçilik sahəsində az da olsa dünya standartlarına cavab verə biləcək ilkin emal və istehsal müəssisələri yaradılmışdır. Yerli istehsalın artırılması ilə onların idxalının tədricən azaldılması və digər problemlərin həlli üçün uzunmüddətli proqramların hazırlanmasına ciddi ehtiyac duyulurdu. Belə bir vaxtda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 fevral 2012-ci ildə “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” və 8 fevral 2016-cı ildə “2016-2020-ci illərdə “Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqındakı sərəncamı hazırkı dövrdə əhalinin artan tələbatına uyğun olaraq meyvəçiliyin və tərəvəzçiliyin davamlı inkişafı üçün qəbul edilmiş mühüm dövlət sənədləri olmuşdur. Bu sərəncamla muxtar respublikada meyvəçiliyin inkişafında yeni bir mərhələnin əsası qoyulmuşdur. Bu dövlət proqramları muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaqla 2015-ci ildə ümumi meyvə istehsalı 45 min tona çatdırılmışdır. 2020-ci ildə isə 65 min tondan çox olması planlaşdırılmışdır. Bu sərəncamlar müvafiq olaraq muxtar respublikanın aqrar sektorunda meliorasiya və irriqasiya tədbirlərinin gücləndirilməsi, lizinq xidmətinin genişləndirilməsi, istixana komplekslərinin, meyvə-tərəvəz emalı müəssisələrinin işə salınması kənd təsərrüfatının inkişafına əlverişli şərait yaratmışdır. Nəticədə, yeni meyvə bağları salınmış, tərəvəz əkini sahələri genişləndirilmişdir [31, 32].
Qeyd edək ki, muxtar respublikada iqtisadiyatın bütün sahələri üzrə sürətli inkişafı təmin olunmaqla aqrar sektorun dinamik inkişafı üçün son illərdə mühüm infrastrukturlar yaradılmışdır. Belə ki, ən ucqar yaşayış yerlərinə asfalt yollar çəkilmiş, kəndlərdə müasir tələblərə cavab verən inzibati binalar, yeni məktəblər tikilərək istifadəyə verilmiş, kəndlərin su təhcizatı yaxşılaşdırılmışdır. Kənd yerlərində meyvə, giləmeyvə məhsullarının istehsali artırılaraq, artan dinamika üzrə inkişaf etdirilmişdir. Bu isə emal müəssisələrinin xammal təhcizatında mühüm rola malik olan kənd təsərrüfatının əhəmiyyətini xeyli artırmışdır.
Naxçıvan Muxtar Respublikasında kənd yerlərində meyvəçilik əhalinin əsas məşğulluq sahələrindəndir. Regionda torpaq-iqlim şəraiti müxtəlif giləmeyvə, meyvə ağaclarının tez böyüməsi, inkişafı, bol və yüksək keyfiyyətli məhsul verməsi üçün olduqca əlverişlidir. Düzən, dağətəyi və dağlıq ərazilərdə alma, armud, ərik, şaftalı, gavalı, alça, badam, üzüm, qoz və s. meyvə bağlarının salınması üçün əlverişli ekoloji mühit mövcuddur. Tarixən bu ərazidə müxtəlif genetik xüsusiyyətləri ilə fərqlənən meyvə, tərəvəz və üzümün zəngin genofondu yaradılmışdır. Regionda 200-dən çox meyvə sortları, 150-dən çox üzümün sort və formalarından ibarət meyvə və üzüm genofondu toplanmışdır. Kolleksiya bağında bu bitkilərin əksəriyyəti qorunub artırılmaqla üzərində elmi-tədqiqat işləri aparılmış aqrobioloji, biomorfoloji, morfogenetik və biokimyəvi xüsusiyyətləri öyrənilmişdir. Bu genofonddan istifadə edərək düzən, dağətəyi və dağlıq ərazilərdə müxtəlif vaxtlarda yetişən ayrı-ayrı tumlu, çəyirdəkli, qoz və giləmeyvələrin aborigen sortlarından ibarət meyvə bağlarının salınması iqtisadi baxımdan məqsədəuyğundur. İlkin mərhələdə əsas iş bioloji və fitosanitar baxımdan təmiz, yüksək məhsuldar meyvə sortlarının davamlı olaraq əkilməsidir. Hazırda keyfiyyətli və ucuz başa gələn yerli sortların əldə edilməsi, muxtar respublikanın təbii iqlim şəraitinə uyğun meyvə tinglərinin yetişdirilməsi məqsədilə meyvə-tingçilik təsərrüfatının yaradılması zərurəti ortaya qoyulmuşdur. Muxtar respublikada meyvə istehsalının ildən-ilə genişləndirilməsi əhalinin maddi-rifah halının yüksəldilməsində və yeni iş yerləri ilə təmin olunmasında mühüm rolu olacaqdır.
Azərbaycan Prezidentinin 2014-cü il 16 yanvar tarixli “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamında Kənd Təsərrüfatı Nazirliyinə fermerlərə informasiya-məsləhət xidmətinin səmərəli təşkili sahəsində müvafiq tədbirlər görülməsi barədə tapşırıqlar verilmişdir. Aqrar sektorun müasir tələblərə cavab verəcək sürətli inkişafı informasiya-məsləhət xidmətlərinin fəaliyyətindən daha çox asılıdır. Bu istiqamətdə muxtar respublikada lazımi tədbirlər həyata keçirilmiş, fermerlərə ən müxtəlif informasiya-məsləhət xidmətləri göstərilmişdir. Müasir dövrdə Azərbaycan Respublikasında kənd təsərrüfatı üzrə hər bir rayonda ixtisaslaşmanın aparılması, belə məhsullarla eyni zamanda Dünya Ticarət Təşkilatına üzvülüyə hazır olmaq və rəqabətədavamlı məhsulların beynəlxalq bazarlara çıxarılması üçün strateji istiqamətlər müəyyənləşdirilmişdir. Buna müvafiq olaraq ölkə Prezidenti tərəfindən kənd təsərrüfatının innovativ üsullarla inkişaf etdirilməsi və ixrac potensialının çoxşaxəli olması barədə tapşırıqlar verilmişdir.
Muxtar respublikada aqrar sektorun inkişaf etdirilməsi, daim yenilənməsi, kənd təsərrüfatı məhsullarının becərilməsinin, istehsalının və emalının innovativ üsullar əsasında təşkili müasir dövrün tələbidir. Muxtar respublikada əsas kənd təsərrüfatı məhsullarının istehsalı üzrə bölgələrin ixtisaslaşması daha çox işçi qüvvəsindən səmərəli istifadə olunmasına şərait yaradar, müxtəlif yerli kənd təsərrüfatı məhsullarının xaricə ixrac edilməsinə zəmin yaratmış olar. Kənd təsərrüfatı üzrə kadr hazırlığı, bitki və heyvan mənşəli məhsulların istehsalında ixtisaslaşmanın aparılması ilə paralel olaraq muxtar respublikada da dünyanın qabaqcıl ölkələrində olduğu kimi müvafiq kooperativlərin və digər iri təsərrüfatların təşkili, aqroparkların və çoxşaxəli klasterlərin yaradılması aqrar sektorun daha da sürətli inkişafına xidmət etmiş olar.
Bölgədə aqrar sektorun inkişaf etdirilməsi istiqamətləri “Naxçıvan Muxtar Respublikasınin 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət proqramı”nda da öz əksini tapmışdır. “Dövlət proqramı”nda kənd əhalisinin maddi-sosial durumunun daha da yüksəldilməsi üçün müxtar respublikada əsas kənd təsərrüfatı məhsulları üzrə bölgələrin ixtisaslaşdırılması, istehsal olunan ərzaq məhsullarının toplanılmasında və satışının təşkilində dövlət dəstəyinin artırılmasıdır. Müasir aqroparkların yaradılması, məhsulun becərilməsində stimullaşdırıcı tədbirlərin və innovativ texnologiyanın tədqiqi bir-biri ilə əlaqəlidir. İndiki dövrdə bolgədə əsas məqsəd iri, xırda və orta müəssisələr qrupunun, habelə onların fəaliyyəti ilə bağlı olan təşkilatların bölgədə cəmləşməsinin (klasterləşmə) həyata keçirilməsidir. Sahibkarlara maarifləndirmənn təşkili, müvafiq informasiya-məsləhət xidməti şəbəkəsinin fəaliyyətinin artırılması, nəticədə rəqabətədavamlı ərzaq məhsulları istehsalının artırılması üçün strateji istiqamətlər müəyyənləşdirilmişdir.
Muxtar respublikada meyvə, giləmeyvə istehsalı ildən-ilə artan dinamuka ilə inkişaf etdirilir. Meyvə, giləmeyvə istehsalı 2010-cu ildə 38228,4 ton,2011-ci ildə 40309 ton,2012-ciildə 41995,8 ton, 2013-cü ildə43276,2 ton, 2014-cü ildə 36196 ton, 2015-ci ildə 51110,5 ton, 2016-cı ildə 51110,5 ton olmuşdur. 2017-ci ildə meyvə və giləmeyvə bitkilərinin əkin sahəsi 4816,5 ha, məhsul istehsalı isə 53069,4 ton təşkil etmişdir. Naxçıvan göycəsi məhsulunun istehsalı isə ildən-ilə yüksəlməkdə davam edir [1, 2, 3, 11, 23, 24, 25, 26, 27, 28, 29].
XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində nmuxtar respublikada meyvəçilik elmi əsaslarla məqsədyönlü şəkildə tədqiq olunmaqdadır. Belə tədqiqatçılardan Ə.Rəcəbli, T.Tağıyev, H.Babayev, F.Xudaverdiyev, Ə.Qulamov, İ.Axundzadə, T.Talıbov, L.Bayramov, O.Bağırov və V.Quliyevin nəşr etdirdik-ləri əsərlərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin öyrənilməsinə dair elmi məlumatlar öz əksini tapmışdır [14, 16, 18, 19, 22, 20, 33, 34, 35, 36].


    1. Yüklə 9,14 Mb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin