Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi Bioresurslar İnstitutu varis quliyev


Naxçıvan göycəsi sortunun variasiyaları



Yüklə 9,14 Mb.
səhifə9/24
tarix12.09.2023
ölçüsü9,14 Mb.
#142784
1   ...   5   6   7   8   9   10   11   12   ...   24
GÖYCƏ-- kitab-5

1.5. Naxçıvan göycəsi sortunun variasiyaları

Muxtar Respublikada Naxçıvan göycəsi sortunun variasiya dəyişkənliyinə görə əsasən 6 formasına rast gəlinir:


Variasiya forması -1. Naxçıvan göycəsi sortundan meyvələrinin 5-7 gün tez yetişməyə başlanması ilə fərqlənir. Meyvələrinin rəngi nisbətən açıq-yaşıl, parametrləri isə kiçikdir. Meyvələrinin orta kütləsi 22-27 qramdır. Meyvə çəyirdəyi orta irilikdədir. Dadı turşa-şirindir. Bir ağacdan məhsuldarlığı Naxçıvan göycəsi sortuna nisbətən aşağıdır (Şəkil 1.29).



Şəkil 1.29. Variasiya forması -1


Variasiya forması –2. Naxçıvan göycəsi sortundan meyvələrinin 7-10 gün gec yetişməsi ilə fərqlənir. Meyvələrinin rəngi açıq yaşıl, parametrləri isə orta irilikdədir, azca oval formalıdır. Meyvələrinin orta kütləsi 23-28 qramdır. Meyvə çəyirdəyi orta irilikdədir. Dadı turşa-şirindir. Bir ağacdan məhsuldarlığı Naxçıvan göycəsi sortuna nisbətən aşağıdır. Xəstəliklərə və zərərvericilərə tez yoluxur (Şəkil 1.30).





Şəkil 1.30. Variasiya forması – 2


Variasiya forması –3. Naxçıvan göycəsi sortundan meyvələrinin 5-8 gün gec yetişməsi ilə fərqlənir. Meyvələrinin rəngi tünd yaşıl, parametrləri isə irildir, kürə formalıdır. Meyvələrinin orta kütləsi 25-30 qramdır. Meyvə çəyirdəyi nisbətən xırdadır. Dadı turşa-şirindir. Meyvəsi çox sulu olmur, yeyildikdə xırcıldayır. Bir ağacdan məhsuldarlığı Naxçıvan göycəsi sortundan fərqlənmir. Xəstəliklərə və ziyanvericilərə qarşı orta dərəcədə dözümlüdür (Şəkil 1.31).

Şəkil 1.31. Variasiya forması - 3.


Variasiya forması–4. Naxçıvan göycəsi sortundan çətirinin formasına görə fərqlənir. Ağacları çox hündür olur, güclü inkişaf edir. Daha çox çiçək açır. Ancaq çiçəklərinin 70-75 % mayalanmadan tökülür. Meyvələri iridir, çəyirdəyi xırdadır, məhsulu gec yetişir. Meyvələrinin orta kütləsi 21-25 qramdır. Bir ağacdan məhsuldarlığı Naxçıvan göycəsi sortundan bir qədər çoxdur. Ağaclarda yarpaqlama nisbətən seyrəkdir. Xəstəliklərə və zərərvericilərə dözümlüdür (Şəkil 1.32).

Şəkil 1.32. Variasiya forması - 4.


Variasiya forması –5. Naxçıvan göycəsi sortundan çətirinin formasına və budaqlanma tipinə görə fərqlənir. Ağacları çox hündür və enli olur, güclü inkişaf edir. Daha çox çiçək açır. Ancaq çiçəklərinin 60-65 %-i mayalanmadan tökülür. Meyvələri çox iridir, çəyirdəyi xırdadır, məhsulu 5-8 gün gec yetişir. Meyvələrinin orta kütləsi 26-32 qramdır. Bir ağacdan məhsuldarlığı Naxçıvan göycəsi sortundan bir qədər çoxdur. Ağaclarda yarpaqları iridir. Xəstəliklərə və zərərvericilərə qarşı çox dözümlüdür (Şəkil 1.33).
Variasiya forması –6. Bu forma meyvələrinin daha çox iri olması ilə diqqəti cəlb edir. Xoşagəlim əmtəə görünüşünə malikdir. Bir meyvəsinin kütləsi 25-35 qrama çatır. Ağacları güclü inkişaf edir. Ağacları hündür və konusvari formada olur, güclü inkişaf edir. Meyvələri kürəşəkillidir. Məhsulu 10-15 gün gec yetişir. Bir ağacdan məhsuldarlığı Naxçıvan göycəsi sortundan yüksəkdir. Ağaclarda yarpaqları iridir. Xəstəliklərə və zərərvericilərə çox dözümlüdür (Şəkil 1.34).



Şəkil 1.33. Variasiya forması - 5.





Şəkil 1.34. Variasiya forması - 6

Naxçıvan göycəsi və ondan yaranan 6 formanın əsas məhsuldarlıq göstəriciləri aşağıda verilmişdir (Cədvəl 1.5.1).


Cədfvəl 1.5.1.
Naxçıvan göycəsi sortunun əsas məhsuldarlıq göstəriciləri
(2014-2017 cı illər üzrə)

Sort və formalar

Bir ağacdan məhsuldarlıq, kq

Bir hektardan məhsuldarlıq, ton

2014

2015

2016

orta

2014

2015

2016

orta

Naxçıvan göycəsi

25.5

27.5

24.6

25.8

20.4

22.0

19.6

20.6

Variasiya forması- 1

22.5

15.6

22.0

18.3

18.0

12.5

18.4

16.3

Variasiya forması -2

19.5

21.5

20.0

18.3

15.4

17.2

16.0

16.2

Variasiya forması-3

27.5

26.5

24.5

26.0

22.0

22.2

19.6

21.5

Variasiya forması-4

19.5

17.5

20.6

19.2

15.6

14.0

16.4

15.4

Variasiya forması- 5

24.6

22.5

26.8

24.6

19.6

18.0

21.5

19.7

Variasiya forması -6

35.3

38.5

31.6

35.1

28.8

30.8

28.0

29.6




Yüklə 9,14 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin