Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi Bioresurslar İnstitutu varis quliyev



Yüklə 9,14 Mb.
səhifə12/24
tarix12.09.2023
ölçüsü9,14 Mb.
#142784
1   ...   8   9   10   11   12   13   14   15   ...   24
GÖYCƏ-- kitab-5

Forma – 3. Forma 2011-ci ildə Naxçıvan göycəsi sortunun öz-özünə tozlanan toxumlarının cücərdilməsin-dən alınmışdır. Ağacları normal inkişaf edir. Yarpaqları Naxçıvan göycəsi sortuna bənzəyir, ancaq pomoloji parametrləri kiçikdir. Məhsulu başlanğıc sortdan 30-35 gün gec yetişir. Meyvələri ağımtıl rənglidir, kürəşəkillidir, diametri 3,0-3,7 sm-dir.



Şəkil 1.39. Göycə sortundan alınan forma -3

Meyvələrinin qabığı qalındır, toxumu iridir, tam yetişəndə lətlı hissə sulanır və azca şirinləşir.


Forma – 4. Forma 2011-ci ildə Naxçıvan göycəsi sortunun öz-özünə tozlanan toxumlarının cücərdilməsindən alınmışdır. Ağacları normal inkişaf edir. Yarpaqları Naxçıvan göycəsi sortuna nisbətən pomoloji parametrləri kiçikdir. Məhsulu başlanğıc sortdan 40-45 gün gec yetişir. Meyvələri qırmızımtıl rənglidir, kürəşəkillidir, diametri 4,0-4,5 sm-dir. Meyvələrinin qabığı qalındır, toxumu iridir, tam yetişəndə lətlı hissə çox sulanır və şirinləşir (Şəkil 1.40).



Şəkil 1.40. Göycə sortundan alınan forma - 4

Naxçıvan göycəsi sortunun toxumlarindan alinan yeni formaların tədqiqi nəticəsində aşağıdakı nəticəyə gəlinmişdir:



  • Naxçıvan göycəsi sortunun ilk dəfə olaraq heteroziqot təbiəti öyrənilmiş, öz-özünə tozlanma mənşəli toxumlardan F1 nəsil ağaclar alınmış, məhsula düşdükdən sonra heteroziqot təbiəti müəyyənləşdirilmiş, biomorfoloji, aqrobioloji xüsusiyyətləri öyrənilmiş, seçmə yolu ilə 4 yeni perspektivli alça forması əldə olunmuşdur.

Ümumiyyətlə, alınan F1 nəsil ağaclarda daha çox əcdadına qayıtma genetik əlamətlərin meydana çıxması genotipin heteroziqot təbiətli olduğunu göstərir


1.7. Naxçıvan göycəsi sortunun
becərilmə aqrotexnikası

Tinglərin əkilməsi və inkişafı. Naxçıvan göycəsi müxtar respublikanın əsasən arazboyu düzənlik qurşağında yayılmışdır. Bütün torpaq tiplərində inkişaf edir, ancaq münbit torpaqlara tələbkardır. Çürüntülü qumsal torpaqlarda daha yaxşı inkişaf edir. Həyətyanı sahələrdə, yaxud yeni salınan meyvə bağlarında əkilməsi ücün 3x4 m. əkin sxemində əkilməsi məsləhət görülür. Göycə tingləri erkən yazda və ya payızın sonunda həyətyanı sahələrdə, yaxud yeni salınan bağlarda 30-40 sm dərinlikdə qazılmış çuxurlara basdırılır. Çuxura yerləşdirilmiş tingin dibi yumşaq nəm torpaqla doldurulduqdan sonra möhkəm ayaqla tapdanmalıdır ki, orada hava qalmasın. Cavan göycə ağacları güclü böyüyürlər. Bu dövrdə həm yerüstü hissədə vegetativ orqanları, həm də kök sistemi inkişaf edir. Yeni əkilmiş göycə tingləri çıxarılan vaxt zədələnmiş köklərin bərpası üçün aqrotexniki qulluq tələb edir. Yəni torpaq yumşaldılmalıdır, ilk 30 gün müddətində hər həftə suvarılmalıdır. İkinci ayda hər 10-15 gündən bir tinglərin dibinə su verilməlidir. Ücüncü aydan başlayaraq hər 20-25 gündən bir ağaclar suvarılmalıdır. Qeyd edək ki, inkişaf dövrü yeni tinglərin vegetativ inkişafı nəticəsində cavan zoğlar əmələ gəlir və onlar üzərində eyni zamanda vegetativ və generativ tumurcuqlar, müxtəlif tipli meyvə budaqcıqları formalaşır. Naxçıvan göycəsi sortunda yeni zoğlar üzərində generativ tumurcuqların əmələ gəlməsi aqrotexniki qulluqdan, calaqaltıdan, çətir formasından və quru budamadan asılıdır. Ağaclara elə forma verilməlidir ki, çətirdaxili havalanma olsun, məhsul vaxtı ağacın yükü hər tərəfə düzgün paylansın. Erkən yazda ağacların gövdəsi 1 m-ə qədər hündürlükdə əhəng məhlulu ilə ağardılmalıdır. Əhəng məhlulu gövdəni həm günəş şuasındam, həm də zərərvericilərdən qoruyur. Məhsuldar bağda ağaclarda ilk növbədə erkən yazda formaverici quru budama aparılmalıdır.



Yüklə 9,14 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin