İSRA VƏ MERAC
Qüdsə getmişdir. Onlar Qüdsdəki qədim Sü-
leyman məscidinə daxil olmuş, orada
Məhəmməd peyğəmbər keçmişdə yaşamış
peyğəmbərlə görüşmüş, onlarla birlikdə
namaz qılmışdır. Sonra Məhəmməd peyğəm-
bər o məscidin xarabalığından göylərə yük-
səlmişdir. Göyün birinci qatında Adəmlə,
ikincisində Yəhya və İsa ilə, üçüncüsündə
Yusiflə, dördüncüsündə İdrislə, beşincisində
Harunla, altıncısında Musa ilə, yeddin-
cisində isə İbrahimlə görüşmüşdür. Onların
hamısı onu salamlayaraq peyğəmbərliyini
təsdiq etmişdirlər. Bundan sonra Cəbrayıl
Məhəmməd peyğəmbəri sidrətül-mütəhaya
aparmışdır. Orada o, Allahdan Quranın
“Bəqərə” surəsinin son ayələrini, Allahın bir-
liyini tanıyan bütün müsəlmanların cənnətə
girəcəkləri müjdəsini və gündə beş kərə
namaz qılmaq buyruğunu almışdır.
İslam
qaynaqlarında Məhəmməd
peyğəmbərin merac zamanı Allahla
görüşməsi haqqında birmənalı məlumat yox-
dur. Bəzi rəvayətlərə görə Meracda peyğəm-
bərə cənnət və cəhənnəm göstərilmişdir.
Məkkəyə dönəndən sonra Məhəmməd
peyğəmbər bu hadisələri sahəbələrinə
danışmışdır. Müsəlmanlar onun dediklərinə
inanmış, qureyşlilərin
çoxu isə inan-
mamışdırlar. Müsəlmanlar İsra və Merac
hadisəsini peyğəmbərin ən böyük
möcüzələrindən biri kimi dəyərləndirirlər.
İSRAFİL – ən böyük dörd mələkdən
birinin adıdır. Qiyamət gününə yaxın za-
manda o “sur”a üfürəcəkdir. Bundan sonra
dünyada qiyamət başlayacaqdır. Sonra bütün
həlak olmuş insanlar yenidən dirilib Allahın
hüzuruna gələcəklər. Qurana (39: 68) görə
Allah İsrafilə iki kərə boruya üfürmək
imkanı verəcəkdir. Birincidən sonra bütün
canlılar məhv ediləcək və yer üzü yenisi ilə
əvəz olunacaqdır. İkinci üfürmədən sonra isə
bütün insanlar məzarlardan qalxacaq və on-
ların həyatda etdikləri əməllər tərəziyə qoyu-
lacaqdır.
İSRAİL OĞULLARI – bax: BƏNİ İS-
RAİL.
İSRAİLİYYAT – Quran ayələrini təsdiq
etmək üçün Tövrat, İncil, Zəbur kimi
Yəhudi və Xristian kitablarından gətirilən
dəlillərdir. İsraillilər ilk İslam qaynaqlarında
İsrail oğulları adlanırlar. İsrail adı isə İsrail
oğullarının 12 qolunun ulu babası olmuş
Yaqub peyğəmbərin
adlarından biridir
( Quran, 3: 93).
İslam ilahiyyatçıları israillilərin rə-
vayətlərini birmənalı qarşılamamışdırlar. On-
ları tam inkar etməmiş, müəyyən şərtlərlə bu
rəvayətlərdən istifadə etmişdilər. İslam
ilahiyyatında israiliyyətin istifadə
edilməsinin başlıca şərti onun İslamın ilk
qaynaqlarına (Qurana və hədislərə) zidd ol-
mamasıdır. Hicrətin birinci əsrində İslamı
qəbul etmiş xristianlar və yəhudilər Quran
ayələrini Tövrat, Zəbur, İncillərlə təfsir etmə
metodundan geniş istifadə edirdilər. Ancaq
sonra israiliyyətdən gələn çoxlu şübhəli rə-
vayətlər ortaya çıxmışdır. Buna görə də,
İslam ilahiyyatçıları bu kimi rəvayətlərə
ehtiyatla yanaşmışdırlar. Onları əsas deyil,
ikinci dərəcəli dəlil kimi istifadə edilməsinə
yol vermişdirlər.
İSTİBRA – kişilərin sidik yolundan
sidik qalığının çıxarılmasıdır. Bu da kişi
bədəninin nəcasətdən təmizlənməsi üçün
vacibdir. Sidik axıb qurtarandan sonra kişi
sol əli ilə sidik yolunda qalan sidiyin qalığını
sıxıb çıxarmalıdır. Sidik ifraz olunduqdan
sonra isə oranı su ilə yuyub təmizləmək
lazımdır. Sidiyin qalığının bədənə və ya pal-
tara düşməməsi üçün kişilərə məsləhət
görülür ki, sidiyə oturaq vəziyyətdə getsinlər.
Ancaq kişi geyiminin bulanmayacağı üçün
tədbir görərsə, onda sidiyə ayaqüstü də gedə
bilər. Qadınlar üçün isə istibra vacib deyildir.
Onlar yalnız sidiyin ifraz olunduğu yeri
yuyub təmizləməlidirlər.
145
İSTİBRA
Kölə qadınla cinsi əlaqəyə girməzdən
öncə iddə müddətinə də istibra deyilir. Bu
müddət onun öncəki kişidən hamilə olub-ol-
mamağını müəyyən etmək üçün vacibdir. Bu
müddət qadının birinci heyzi ilə tamamlanır.
İSTİHAZƏ – qadınlarda üç gündən az
və ya on gündən çox müddətdə axan qan bu
adla ifadə edilir. Bir çox hallarda istihazə
qanının axması qadında hər hansı bir
xəstəliyin olmasını göstərir. Doqquz yaşdan
kiçik qızlardan axan qan istihazə hesab edilir.
50 yaşdan yuxarı olan qadından axan qan da
bu qəbildəndir. Ancaq, bu məsələ barəsində
İslam məzhəblərində fərqli hökmlər vardır.
Bəzi alimlərə görə hamilə qadından axan qan
da istihazə hesab edilir. Digərləri isə onu
heyz qanı hesab edirlər. İstihazə qanı digər
orqanlardan axan qandan fərqlənmir. İstihazə
halında olan qadınla cinsi əlaqəyə girmək
mümkündür. Ancaq, istihazə dəstəmazı
pozur.
İSTİHSAN – lüğətdə “gözəl saymaq və
ya hər hansı bir şeyi gözəl görmək” mə-
nalarına gəlir. İstihsan fiqh üsulunda müc-
təhidin daha qüvvətli qəbul etdiyi bir dəlildir.
Fiqhdə hər hansı bir hüquqi problem qiyasla
həll edilmədikdə, bəzi məzhəblər bu metoda
müraciət edir və bunu Quranın 2: 185 ayəsi
ilə əsaslandırırdılar. Bilindiyi kimi Quran və
hədislərdən hər hansı bir problem üzrə
hüquqi hökm çıxarmaq mümkün olmayanda
qiyasdan istifadə edilir. Açıq qiyasla həll
edilən problem Quran və hədislərin açıq-
aydın dəlilləri ilə əsaslandırılmalıdır. Ancaq,
bəzi hallarda bu kimi problemlərin həlli
qiyasla mümkün olmur. Buna görə də, bu
zaman nisbi qiyasa müraciət edilir ki, onunla
məsələ həll olunur. Bu metod isə istihsan ad-
lanır. Bu baxımdan istihsan müctəhidin açıq
qiyasa nisbətən, üstünlük verdiyi nisbi qiyasa
üz tutmasıdır. Bu metoda isə ehtiyac halında
müraciət edilir. Xüsusi bir termin kimi istih-
sanı ilk dəfə İslam fiqhində Əbu Hənifə və
onun tələbəsi Əbu Yusif, Məhəmməd ibn
Həsən, eləcə də bir çox digər alimlər istifadə
etmişdirlər. Ancaq, bu metodun onlardan
əvvəl mövcud olduğu haqqında fikirlər
vardır. Günümüzdə istihsan Hənəfi
məzhəbində istifadə edilir. Başqa
məzhəblərdə isə bu metod ümumiyyətlə isti-
fadə edilməməkdədir. Bildiyimiz kimi yırtıcı
heyvanların, eləcə də qartal kimi yırtıcı
quşların əti yeyilmir. Qiyasa əsasən bu hey-
vanların içdikləri qabdan su içmək də olmaz.
Çünki, onların ağzının suyu o suya qarışır.
Bununla belə burada istihsan da istifadə edilə
bilər. Bu metoda görə isə yırtıcı quşların
dimdikləri qabdakı suyu korlamır. Çünki,
onlar o suyu yalnız öz dimdiklərinə yığır,
sonra isə dimdiklərindəki suyu daxilə qəbul
edirlər. Buna baxmayaraq yenə də belə suyun
içilməsindən çəkinmək lazımdır.
İSTİXARƏ – müsəlmanın hər hansı bir
işi görməzdən əvvəl, bu işin onun üçün
xeyirli olub-olmamağını öyrənmək məqsədi
ilə iki rükətli istixarə namazını qılıb, dualar
oxuyub, Allahın ona yuxuda ən doğru yolu
göstərməsi niyyəti ilə yatmasıdır. İslam
fiqhində istixarəyə icazə verilir. Şərt yalnız
ondan ibarətdir ki, istək obyekti şəriətə
uyğun olmalıdır. Haram şeylərə istixarə edilə
bilməz.
İSTİNCA – bədəndən sidik və nəcis
ayrıldıqdan sonra bulaşmış yerlərin təmi-
zlənməsidir. Təmizlik üçün ən üstün vasitə
su hesab edilir. Kişi sidiyi ifraz etdikdən
sonra istibra etməli və o yeri su ilə yumalıdır.
Su sağ əllə su tökülür, sol əllə isə bədən üzvü
təmizlənir.
Su olmayanda başqa təmizləyici vasitələr
istifadə olunmalıdır (kağız və ya daş). Ancaq,
su əldə edildikdən sonra ifrazat yerlərini su
146
İSTİHAZƏ
ilə yumaq lazımdır. Daşla da təmizlənmək
mümkündür. Belə olanda ya üç daş, ya da bir
daşın üç tərəfini istifadə etmək olar. Təmi-
zlənmə zamanı istifadə olunan kağızın
üzərində yazılar olmamalıdır. İnsan təbii
ehtiyacını bunun üçün ayrılmış yerlərdə
(tualetlərdə) etməlidir. Bunu ictimai yerlərdə,
bağlarda və ya meyvə ağacının dibində
etmək olmaz.
İSTİSLAH – hər hansı bir məsələ üzrə
Quran ayələri, hədislər, qiyas və alimlərin
icmasından birbaşa hüquqi hökm vermək
mümkün olmazsa, müctədidin cəmiyyət
üçün xeyirli və məqsədəuyğun hesab etdiyi
hökmün verilməsidir. İstihsandan fərqli
olaraq istislah Quran və hədislərin konkret
hərfi mənalarına əsaslanmır. Ancaq hökm
onların ümumi mənalarına uyğun olmalıdır.
Fiqhi termin kimi istislahı ilk dəfə Malik ibn
Ənəs tətbiq etmişdir. Onun iddiasına görə bu
metod şəriətin etibarlı hesab etdiyi metod-
larla uyğunluq təşkil etməlidir. Eyni za-
manda, bu metod məntiqə də uyğun
olmalıdır. Ancaq istislahın tətbiq edilməsi
məsələsində İslam alimləri fərqli fikirlər irəli
sürmüşdürlər. Bəziləri onun əslində istihsan
olduğunu iddia etmiş, bəziləri isə bu metod-
dan ümumiyyətlə istifadə etməmişdirlər.
İŞA – gecə namazının qılındığı vaxtdır.
O vaxt vacib olan işa namazı qılınır. Bu vaxt
gün batandan bir qədər sonra başlayıb
gecənin yarısına qədər davam edir. Günəşin
batmasından sübhün açılmasına qədərki
müddət gecə hesab edilir. Bu vaxtın bitməsi
ilə işa namazının qılınması üçün ayrılmış
vaxt da bitmiş olur.
İŞMOİL – İslam ənənəsində Allahın
Musadan sonra İsrail oğullarına
göndərdiyi peyğəmbərlərdən biri olmuşdur.
O, Harun peyğəmbərin soyundan olmuş,
Tövratın qanunları ilə hökm vermiş, xalqını
Allaha inanmağa dəvət etmişdir. Onun
peyğəmbərliyi dövründə İsrail oğulları ilə
Fələstində
yaşayan Amalika qəbiləsi
arasında qarşıdurma daha da qızışmışdır.
Amalikalılar israillilərə qarşı hücuma
keçərək onlardan çoxlu adamları öldürmüş,
bəzilərini isə əsir götürmüşdürlər. Onlar
Musa peyğəmbərdən sonra israillilərə miras
qalmış müqəddəs Tabut əs-Səkinə’ni ələ
keçirib aparmışdırlar. Orada Tövratın mətni
və bəzi başqa müqəddəs şeylər də olmuşdur.
Bu uğursuzluqlar İsrail oğullarına böyük
mənəvi zərbə vurmuşdur. Onlar düşdükləri
vəziyyətdən çıxmaq üçün Allahdan onlara
yeni peyğəmbərin göndərilməsini
diləmişdilər. Onların dualarını qəbul edən
Allah, İşmoil’i onlar üçün peyğəmbər
göndərmişdir. Öncə İsrail oğulları onu
peyğəmbər kimi qəbul etməsələr də, sonra
ona tabe olmuşdurlar. İşmoil isə onların kralı
kimi Talutu seçmişdir. İsraillilər başlanğıcda
onu qəbul etməsələr də, sonra ona beyət et-
mişdilər ( Quran, 2: 246-248). Talut da İş-
moil’in dediyi kimi amalikalılara qalib gələ
bilmişdir. Rəvayətlərə görə İşmoil 11 il
ərzində İsrail oğullarının peyğəmbəri olmuş,
əlli iki yaşında vəfat etmişdir.
İTMİNAN – sufilikdə sıxıntıdan sonra
rahatlıq tapma halıdır. İtminan Quranda
(13: 28, 89: 27) hər hansı bir şeyə bağlanma
və bunun nəticəsi olaraq rahatlıq tapma an-
lamında işlədilmişdir. Başqa sözlə itminan
ruhun nəfsin cilovundan qurtulmasından son-
rakı rahatlıq halıdır. Sifi alimlərinə görə it-
minan nəfsdən qurtulma və Allaha doğru
yönəlmədir.
İZDİVAC – bax: NİKAH.
147
İZDİVAC
K
KAFİRLƏR – Allahın varlığı və birliy-
inə inanmayan insanlardır. Quranın 109-cu
surəsi “Kafirun” (kafirlər) adlanır. Müsəl-
manlar Allahın varlığına, birliyinə və Onun
sifətlərinə, göndərdiyi peyğəmbərlərə, cənnət
və cəhənnəmə, axirətə inanmayanları kafir
adlandırarlar. Hesab olunur ki, kafirlər həy-
atın mənasını yalnız bu dünya
ilə
əlaqələndirirlər. Bunlardan başqa, bəzi fəqih-
lər insanların bəzi qruplarını da kafir hesab
edirlər. Məsələn, Əbu Hənifə Allahın
sifətlərinin əbədiliyini inkar, onların zaman
içində yarandığını iddia edənləri də kafir
hesab etmişdir. Bəzi ilahiyyatçılar Allahdan
ümidini üzən, pessimizmə qapananları da
kafir sayırdılar. Buna bu Quran (12: 87)
ayəsini dəlil kimi gətirirlər. İcmaya görə
Quranın hər hansı bir ayəsini və ya hökmünü
inkar edənlər, Qurandan hər hansı bir ayəni
vəhy hesab etməyən insanlar da kafir hesab
edilirlər (Quran, 2: 85).
KALİB İBN YUKNA – rəvayətlərə görə
Musa peyğəmbərin davamçılarından biri,
sonra isə İsrail oğullarının peyğəmbəri ol-
muşdur. Kalib Yuşa ibn Nundan sonra İsrail
oğullarına başçılıq etmişdir. Müfəssirlərə
görə Maidə surənin 23-cü ayəsində anılmış
iki mömin şəxslərdən biri Kalib ibn Yukna,
ikincisi isə Yuşa ibn Nun olmuşdur.
KƏBƏ
– müsəlmanlar tərəfindən
müqəddəs yer kimi qəbul edilən Məscidül-
Həramın tam ortasında yerləşən, qara
parça ilə örtülmüş kiçik tikilidir. Kəbə bu
məscid kompleksin içində inşa edilmiş ən
qədim tikili hesab edilir. Rəvayətlərə görə
kəbəni İbrahim peyğəmbər və onun oğlu İs-
mail inşa etmişdirlər. İslam ənənəsinə görə
Kəbə yer üzərində inşa edilmiş ilk məbəd
hesab edilir ( Quran, 3: 96-97). İslam dinin
rituallarının yerinə yetirilməsində Kəbə
olduqca böyük əhəmiyyətə malikdir. Müsəl-
manlar Kəbəni qiblə kimi qəbul edib, ona
tərəf istiqamətlənərək ibadət edirlər. Eyni za-
manda, həcc zamanı zəvvarlar onu təvaf
edərək dini vəzifələrini yerinə yetirirlər.
Qeyd etmək lazımdır ki, Məkkə şəhərinin
yaşı Kəbənin inşa edilmə tarixi ilə dəyər-
ləndirilir.
KƏBİRƏ – bax: GÜNAH.
KƏFFARƏ – İslamda şəriət qanun-
larına görə işlənilmiş günah qarşılığında
günahı yüngülləşdirmək məqsədi ilə edilən
hər hansı bir əməldir. Məsələn, müsəlmanlar
üçün vacib olan Ramazan orucunu hər hansı
bir müsəlman səbəbsiz pozulmuşdursa
məzhəblərin hökmlərinə görə onun kəffarəsi
60 gün oruc tutmaqdır. Pozulmuş əhdin kəf-
farəsi isə yoxsulları yedizdirmək, bir köləni
azadlığa buraxmaq və ya 3 gün oruc tut-
maqdır ( Quran, 5: 89).
KƏLAM (I) – Allahın varlığı və birliyi,
sifətləri, peyğəmbərliyin mahiyyəti, vəhy və
möcüzə kimi problemləri öyrənən elm sahə-
sidir. Kəlamın məqsədi vəhyə istinad edən İs-
lamın əsaslarını insan düşüncəsi ilə
uyğunlaşdırıb anlatmaq, din barəsində bütün
şübhələri ortadan qaldırmaq, müxaliflərin
dəlillərinə cavab verməkdir. Kəlamı İslam
fəlsəfəsi də adlandırırlar. Ancaq antik və
digər fəlsəfələrdən fərqli olaraq kəlamda
düşüncənin dəlilləri vəhyə əsaslandırılır və
bu dəlilər ona zidd olmamalıdır. Kəlam alim-
lərini kəlamçı (mütəkəllim) adlandırırlar.
Kəlam elminin formalaşma tarixi İslam
alimlərinin Antik Yunan fəlsəfəsi ilə tanış ol-
ması ilə bağlıdır. İslam tarixinin ilk dövründə
kəlamçılar Allahın varlığı və sifətlərinin dərk
olunmasında ortaya çıxan problemləri həll
etməyə çalışırdılar. Sonra isə onlar Antik
148
KAFİRLƏR
Yunan fəlsəfənin təsiri altında varlıq prob-
lemi üzrə öz fikirlərini açıqlamışdırlar.
Ancaq, Antik Yunan filosoflardan fərqli
olaraq kəlamda yaradılmış varlığın
başlanğıcı və sonu vardır. Mütləq varlıq isə
əbədi olan Allahdır.
Qəzalidən sonra kəlam elmi dini dəlillərə
əsaslanan bir elmə çevrilmişdir. İlahiyy-
atçılar kəlam elmindən insanların dinlə bağlı
şübhələrinin ortadan qaldırması və insanların
İslamı qəbul etməsi üçün istifadə edirdilər.
Burada məntiqi metodlara böyük önəm ver-
ilirdi.
Orta əsrlər boyu dini ehkamlarla məntiqi
dəlilləri barışdırmaq vəzifəsini üzərinə
götürən kəlam elmi, bir tərəfdən müsəlman-
ları düşüncəyə önəm verməyə və onları
təqliddən çəkinməyə çalışmışdır. Ancaq,
digər tərəfdən bütün bunlar müxtəlif İslam
təriqətlərinin yaranmasına da səbəb olmuş-
durlar. Bəzən isə kəlamçılar metafizik kate-
qoriyalardan çıxış edərək aralarında uzun
müddət davam edən, səngimək bilməyən sx-
olastik çəkişmələr aparmışdırlar. Bu da
məzhəblər arasında olan ixtilafları daha da
qızışdırmışdır. Kəlamçıların ən əsas məqsədi
ondan ibarət olmuşdur ki, vəhy ilə insan
düşüncəsi arasında tarazlığa nail olaraq on-
ların arasındakı ziddiyyətləri ortadan
qaldırsınlar. Digər önəmli vəzifə İslamın
inanc prinsiplərini sistemləşdirərək, İslam
elmləri arasında əlaqələri daha da möhkəm-
ləndirməkdir.
Kəlam elminin yaranma səbəblərindən
biri sonuncu Raşidi xəlifələri dövründə
müsəlman icmasında baş vermiş daxili çək-
işmələr, digər tərəfdən isə İslam dünyasının
surətlə genişlənməsi və inkişafı olmuşdur.
Xilafət qədim zamanlardan bəri dünya sivi-
lizasiyalarının mərkəzləri olan ərazilərin və
orada yaşayan xalqların üzərində öz
hakimiyyətini qurduqdan sonra, müsəlman-
lar başqa mədəniyyətlərlə qarşılaşmış, on-
larla birbaşa əlaqələrə girmişdirlər. Onlarla
qarşılaşan müsəlmanlar öz dinlərinin
əsaslarını anlatmağa, müxaliflər üzərində
üstünlük əldə etmək üçün məntiqi metodlara
müraciət edirdilər. Bununla yanaşı, İslamın
ilk mənbələrində olmayan yeni məsələlər və
reallıqlar ortaya çıxmışdır. Bütün bu yeni
yaranan problemlərin həlli üçün İslamın
metodları yetərli olmamışdır. Bunun üçün İs-
lamın ümumi prinsiplərinə uyğun olan yeni
ideyalar və orijinal metodlar fikirləşmək
lazım idi.
Xilafətdə daxili müharibələr getdiyinə
görə kəlamın ilk problemi hakimiyyət
məsələsi ilə bağlı olmuşdur. Sonra isə Al-
lahın varlığı və sifətləri, qəza və qədər, iradə
azadlığı, günahkarların vəziyyəti, Quranın
məxluq olub-olmaması və başqa məsələlər
üzrə fikirlər ortaya çıxmışdır. Bunun da
nəticəsində müxtəlif problemlərlə bağlı sün-
nilər, şiələr, xaricilər, cəbrilər, qədərilər,
mürciilər kimi təriqətlər və dini cərəyanlar
yaranmışdır.
Bütün bu problemlərə cavablar axtaran
ilahiyyatçıların səyi nəticəsində müxtəlif
kəlam məzhəbləri yaranmışdır. Mütəzililik ilk
kəlam məzhəbi olmuşdur. Onu Vəsil ibn Əta
(131/748-ci ildə vəfat etmişdir) və Əmir ibn
Übeyd (144/761-ci ildə vəfat etmişdir) yarat-
mışdırlar. Mütəzililər kəlam elminin for-
malaşması və inkişaf etməsində böyük işlər
görmüşdülər. Mütəzililərin bir çox iddialarını
tənqid edən İslam alimləri onların metod-
larını və bəzi ideyalarını mənimsəmişdirlər.
Çünki, o zaman ənənəvi İslamın müd-
dəalarının düşüncə ilə uyğunlaşdırılması,
eləcə də onların arasındakı ziddiyyətlərin or-
tadan qaldırılmasının zərurəti yaranmışdır.
Xilafətin genişlənməsi, müxtəlif xalqlar
arasında İslamın yayılması, müsəlman
cəmiyyətlərinin inkişafı, zamanın irəliləməsi
də bu prosesdə mühüm rol oynamışdır. Buna
görə də, İslam alimləri mütəzililəri tənqid et-
sələr də, onların metodlarından faydalanmaq
məcburiyyətində qalmışdırlar.
149
KƏLAM (I)
Bununla belə, ənənə tərəfdarları kəlam
elmini öz təlimlərini əsaslandırmaq üçün is-
tifadə edirdilər. Öncə mütəzili olmuş, sonra
isə ənənəçilərin sırasına keçmiş Əbülhəsən
Əşəri və əşərilər bu prosesə təkan ver-
mişdirlər. O, İslam dinin əsaslarını əqli dəlil-
lərlə əsaslandırmağa cəhdlər etmiş, onları
sistemləşdirərək kəlam elminin metodları ilə
bir-çox mübahisəli məsələləri həll etməyə
çalışmışdır. Kəlam elminin inkişafı yolunda
Əbu Mənsur Maturidi və maturidilər də
böyük işlər görmüşdürlər. Əşəri və Matüridi
sünni kəlamının əsaslarını qoymuşdular.
İbn Teymiyyə və onun davamçıları olan
sələfilər isə həm mütəzililəri, həm də əşəri və
maturidiləri tənqid etmələrinə baxmayaraq
müxtəlif məsələlərin həllində kəlamın
metodlarından istifadə etmişdirlər.
VIII/XIV əsrdən başlayaraq XIV/XIX
əsrə qədər kəlam elmi tənəzzül dövrünü
yaşamışdır. Yalnız keçmişdə yaşayan
kəlamçıların əsərləri şərh edilmişdir.
XIV/XIX əsrdən başlayaraq kəlam elmi üzrə
çalışmalarda müəyyən canlanma müşahidə
edilməkdədir.
KƏLAM (II) – ərəb dilində söz mə-
nasını ifadə edən kəlam termini Tanrı sözü,
İlahi qanun kimi də istifadə edilir. İsa
peyğəmbərin adlarından biri məhz “Kəla-
mullah”dır (Tanrının Sözü). Musa peyğəm-
bər də “Allahla danışan” (Quran 4: 164)
insan adlandırılmışdır. Ümumiyyətlə, “söz”
(Loqos) anlayışı hələ Antik Yunan fəl-
səfəsində
qanuna uyğunluq mənasında
işlədilmişdir. Beləliklə, antik dövrdə
“Loqos” sözü tale mənasını daşıyırdı. Tale
anlayışına isə bütün varlıq tabe edilirdi. Daha
sonra Xristianlıqda “Loqos” İsa ilə
əlaqələndirilmişdir. O, Tanrı ilə dünya
arasında bir vasitəçi olaraq tanrının
dünyadakı təcəssümü kimi başa
düşülmüşdür.
İslamda isə kəlam anlayışı başqa mənada
dərk edilir. Quran təfsirlərinə istinadən
bildirmək istərdik ki, “Allahın sözü” dedikdə
onun əmrlərini yerinə yetirən Cəbrail, eləcə
də İsa peyğəmbər nəzərdə tutulur. Belə ki,
Cəbrail Məryəmin (I) yanına gəlmiş, onu
İsanın doğulması ilə müjdələmişdir. Ancaq,
bu adla adlandırılmasına baxmayaraq o Xris-
tianlıqdakı kimi Allahla yaradılmış varlıq
arasında vasitəçi deyildir. Çünki, ilahiyy-
atçılara görə Allahla dünya arasındakı va-
sitəçilər insanlar deyil, onun əmrlərini yerinə
yetirən, azad iradələri olmayan mələklərdir.
Onların (daha çox Cəbrailin) vasitəsi ilə İs-
lamda Allahın əbədi sözü kimi dəyər-
ləndirilən Quran yer üzərinə nazil olmuşdur.
Dostları ilə paylaş: |