AZƏrbaycan miLLİ elmlər akademiyasi fəLSƏFƏ VƏ HÜquq institutu islam tariX, FƏLSƏFƏ VƏ HÜquq



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə1/49
tarix21.04.2017
ölçüsü5,04 Kb.
#15072
  1   2   3   4   5   6   7   8   9   ...   49

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FƏLSƏFƏ VƏ HÜQUQ İNSTİTUTU
İSLAM
TARİX, FƏLSƏFƏ VƏ HÜQUQ
ENSİKLOPEDİK LÜĞƏT
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə
və Hüquq İnstitutunun Elmi Şurasının 1 iyun
2015-ci il tarixli iclasının (protokol № 4) və Azər-
baycan Respublikası Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin DK-340d-07/20 saylı 21 iyul
2015-ci il tarixli qərarına əsasən çap olunmuşdur.
Bakı – 2016

Müəlliflər kitabın çap olunmasında göstərdiyi köməyə görə “Safi Care”
şirkətin təsisçisi Səbinə Rəhimovaya öz dərin təşəkkürünü bildirirlər.
Tərtibçi müəlliflər: Fəl.ü.e.d. Aydın Əlizadə 
Fəl.ü.f.d. Elsevər Səmədov
Elmi redaktor:
Fəl.ü.e.d. İlham Məmmədzadə
Rəyçilər:
Akademik Vasim Məmmədəliyev 
Fəl.ü.e.d. Lalə Mövsümova 
Fəl.ü.e.d.Roida Rzayeva 
Fəl.ü.f.d. Şölət Zeynalov
Fəl.ü.f.d. Gündüz Süleymanov
İlah.ü.f.d. Aqil Şirinov 
Hüq.ü.e.d. Habil Qurbanov 
A.A.Əlizadə, E.M.Səmədov. İslam: Tarix, Fəlsəfə və Hüquq. Ensiklopedik
Lüğət. Bakı: 3 Saylı Mətbəə, 2016, 400 səh.
Azərbaycan oxucusuna təqdim olunan “İslam: Tarix, Fəlsəfə və Hüquq” en-
siklopedik lüğətində kəlam, fəlsəfə, hədis, təfsir və digər İslami elmlərə aid an-
layış, kateqoriya, hadisə və şəxsiyyətlər müasir şərh və izahlarla oxucuların
ixtiyarına verilmişdir. Əsərin işlənmə metodologiyasında mötədillik əsas
götürülmüş, heç bir təriqətə, məzhəbə və ya əqidəyə üstünlük verilməmişdir. Bütün
anlayışlar haqqında qısa, konkret və obyektiv məlumat verilmişdir. Ayrıca, təqdim
olunan Ensiklopedik lüğət həm mütəxəssislər, həm də geniş oxucu kütləsi üçün
nəzərdə tutulmuşdur.
2

ÖN SÖZ
Azərbaycanda yaşayan xalqların milli kimliklərinin formalaşmasında İslamın
xüsusi yeri vardır. Əsrlər boyu İslam mənəviyyatı və dəyərləri üzərində insanların
məişəti, yaşam və düşüncə tərzləri formalaşmışdır. Azərbaycanda müxtəlif millət
və xalqların yaşamasına baxmayaraq, İslam onları ümumi ideologiya ətrafında
birləşdirməyə qadir olmuşdur. 
Eyni zamanda, dini-siyasi proseslər bu dinə baxışların yenilənməsi zərurətini
də ortaya çıxarır. Son dövrlər elm və texnikanın inkişafı, qloballaşma proses-
lərinin dərinləşməsi, informasiya cəmiyyətinin formalaşması insanların
düşüncələrini, həyata baxışlarını köklü olaraq dəyişdirmişdir. Artıq keçmiş dəyər-
lərlə yaşamaq yetərli olmamış, yeniləşən dünyada insanlar yeni dəyərlər arxasınca
getməyə başlamışdırlar. Buna görə də, dünya xalqları bu gün öz ənənəvi dəyər-
lərinə yenidən baxmaq, onları həyatın yeni tələblərinə uyğunlaşdırmaq
məcburiyyətində qalmışlar. Bir yandan yeni dəyərlərlə yaşamaq keçmişin bir çox
qayda-qanunlarının ortadan qalxmasına səbəb olur, digər tərəfdən isə keçmiş
dəyərlərin unudulması milli kimliyimizin sarsılması ilə nəticələnə bilər. Bu
baxımdan zaman irəlilədikcə bu problemlərin daha da kəskinləşəcəyi müşahidə
edilməkdədir. Bu səbəblə, İslam dəyərlərinə yeni metodla yanaşmaq günün
tələblərindən hesab edilir. Çünki, keçmişlə günümüzü birləşdirən körpünün salın-
ması yeni nəslin gələcək rifahına xidmət edəcəkdir. Gənc nəslin keçmiş dəyərləri
unutmaması üçün onlara bu dəyərləri yeni metodlarla ötürmək lazımdır. 
Bu baxımdan Azərbaycan oxucusuna təqdim olunan “İslam: Tarix, Fəlsəfə və
Hüquq” ensiklopedik lüğəti də bu məqsədlə hazırlanmışdır. Bu əsərdə kəlam, fəl-
səfə, hədis, təfsir və digər İslami elmlərə aid anlayış, kateqoriya, hadisələr və
şəxsiyyətlər müasir şərh və izahlarla verilmişdir. Əsərin işlənmə
metodologiyasında mötədillik əsas götürülmüş, heç bir təriqətə, məzhəbə və ya
əqidəyə üstünlük verilməmişdir. Bütün anlayışlar haqqında qısa, konkret və
obyektiv məlumat verilmişdir. Ümumiyyətlə, kitab İslam elmləri haqqında
ümumi təsəvvürün formalaşması üçün geniş məlumat vasitəsi kimi nəzərdə tu-
tulmuşdur. Əlbəttə, bütün İslam irsini bu kitabda vermək mümkün deyildir. Bu
səbəbdən də, kitabdakı mövzular ümumiləşdirilərək aşağıda şəkildə verilmişdir:
-Məhəmməd peyğəmbərlər , onun əhli-beyti və səhabələrin həyat yolları;
-İslamda əqidə, hüquq və mənəviyyat məktəbləri:
-Təriqətlər və dini cərəyanlar;
-İslamın tarixi, kəlamı və fəlsəfəsi.
Ensiklopedik lüğətdə 700-dən çox böyük və kiçik məqalələr yer almışdır.
Məqalələrdə tarixi hadisələr həm hicri, həm də miladi təqvimlərlə göstərilmişdir.
Burada birinci hicri, sonra isə miladi tarix göstərilir (32/653 il kimi). Bəzi hallarda
3

isə tarixi hadisələr yalnız miladi təqvimlə göstərilmişdir. Məqalələrdə kursiv
olaraq göstərilən söz və ifadələr kitabda eyni adlı məqalənin mövcudluğundan
xəbər verir. Kitabın quruluşunda da yeniliklər vardır. Burada bütün termin və an-
layışlar həm əlifba sırası, həm də mövzular üzrə verilmişdir. Eyni zamanda,
kitabın sonunda məqalələr mövzular üzrə təsnif edilmişdir.
Azərbaycanda bu kitabdan öncə İslam ensiklopedik lüğəti müxtəlif müəlliflər
tərəfindən də nəşr edilmişdir. Belə ki, bu nəşrlər əsasən rus dilindən tərcümə ol-
unmuş kiçik tutumlu “İslam - Qısa məlumat kitabçası” (Bakı, 1989), digəri isə
Z. Bünyadovun “Məzhəblər və təriqətlər” (Bakı, 1997) kitabıdır. Bundan başqa
“Qısa İslam Ensiklopediyası: İslama dair 1001 termin və xüsusi ad” (Bakı, 2012-
2013) adlı böyük həcmli və çoxcildli ensiklopediyası işıq üzü görmüşdür. Ayrıca
qeyd etmək lazımdır ki, fil.ü.e.d. G. B. Baxşəliyevanın redaktorluğu ilə Rusiyada
nəşr edilmiş “İslam. Ensiklopediçeskiy slovar” (Moskva, “Nauka”, QRVL, 1991)
kitabının tərcüməsi əsasında “İslam: Ensiklopedik lüğəti” ( Bakı “Elm” 2013)
kitabı dərc olunmuşdur. Bu kitablar öz dövrləri üçün olduqca əhəmiyyət kəsb
edən elmi vasitələr hesab edilirlər. Təqdim olunan “İslam: Tarix, Fəlsəfə və
Hüquq” ensiklopedik lüğəti isə bu nəşrlərlə müqayisədə yuxarıda göstərilən fərqli
xüsusiyyətləri ilə seçilir.
4

A
ABBAS İBN ƏBDÜLMÜTTƏLİB
(32/653-cü ildə vəfat etmişdir) – Məhəmməd
peyğəmbərin əmisi olmuşdur. Onu Əbül-
Fəzl də adlandırırdılar. Abbas ibn Əbdülmüt-
təlib  Məhəmməd peyğəmbərdən iki yaş
böyük idi. Məhəmmədin anası vəfat etdikdən
sonra onun atası Əbdülmüttəlib onu himayəs-
inə götürmüşdür. Beləliklə, Abbas Məhəm-
mədlə bir evdə böyümüşdür.
Abbas ibn Əbdülmüttəlib hələ gən-
cliyindən ticarətlə məşğul olduğundan, ki-
fayət qədər zəngin idi. O, qardaşları ilə
birlikdə Kəbə evinə ziyarətə gələn zəvvarlara
xidmət göstərib, Zəmzəm quyusundan onlara
su ikram edirdilər. Bu işini o, İslamı qəbul et-
dikdən sonra da davam etmişdir. Vida həc-
cində  Məhəmməd  peyğəmbər
quyuya
yaxınlaşıb, Abbasdan su istəmişdir.
Məhəmmədə peyğəmbərlik verildikdən
sonra, Abbas ibn Əbdülmüttəlib İslamı qəbul
etməsə də, ona qarşı mövqe də tutmamışdır.
O, hətta bəzi hallarda peyğəmbərə kömək
belə etmişdir. Onun həyat yoldaşı Ümmül-
Fəzl isə ilk müsəlman qadınlarından biri ol-
muşdur.
Bütün bunlara baxmayaraq, Bədr
döyüşünə  bütpərəstlərin tərəfində olmağa
məcbur edilən Abbas ibn Əbdülmüttəlib
müsəlmanlar tərəfindən əsir götürülmüşdür.
Əsirlikdən azad olunduqdan sonra İslamı
qəbul edərək, Məkkəyə qayıtmış, ancaq bir
müddət müsəlman olduğunu gizlətmiş,
təqiyyədə olmuşdur. O, oradakı müsəlman-
lara köməklik göstərmiş, Mədinədə hicrətdə
olan peyğəmbərə Məkkədəki vəziyyət
haqqında xəbərlər göndərmişdir. Daha sonra,
müsəlmanların Məkkəni fəth etməsinə az
qalmış o da, Mədinəyə  hicrət etmişdir.
Müsəlmanlar Məkkəni fəth etdikdən sonra
Abbas ibn Əbdülmüttəlib Məhəmməd
peyğəmbərin tərəfində olmuş, Hüneyn
döyüşündə bütpərəstlərə qarşı vuruşmuşdur.
Məhəmməd peyğəmbərin vəfatından sonra
isə Abbas ibn Əbdülmüttəlib Xilafət üçün
böyük işlər görmüş və ilk üç Raşidi xəlifələrə
yaxından köməklik göstərmişdir. O, İslam
ordusu üçün böyük məbləğdə vəsait xər-
cləmiş, xüsusən də, Bizansa qarşı yürüşlərin
bütün xərcini öz öhdəsinə götürmüşdür.
Abbas ibn Əbdülmüttəlib xəlifə Osmanın
xəlifəliyi zamanı dünyasını dəyişmişdir. Yüz
ilə yaxın bir müddət keçdikdən sonra, onun
soyundan olan varisləri Xilafətə başçılıq et-
mişdirlər. Məhz, Abbasilər sülaləsi onun
soyundan gəlməkdədirlər.
ABBASİLƏR (132/749 – 656/1258) –
Xilafəti beş əsr idarə etmiş qüreyşdən olan
ərəb sülaləsidir. Onların soyu Məhəmməd
peyğəmbərin əmisi Abbas ibn Əbdülmüt-
təlibə qədər yüksəlir. Əməvilər xilafəti əl-
lərinə keçirdikdən sonra, ilk vaxtlarda
Abbasilər onlara qarşı müxalif olmamış,
lakin sonralar Əməvilərə qarşı üsyana qoşul-
muş, hətta bu üsyana başçılıq belə et-
mişdirlər. Abbasilərin hakimiyyətə gəlmə
tarixi  Abdullah ibn Zübeyrin zamanından
başlamışdır. O dövrlərdə Muxtar Səqəfi adlı
bir şəxs iraqlıları Hüseyn ibn Əlini şəhid
edənlərdən qisas almağa və Məhəmməd ibn
Hənəfiyyənin imam kimi tanınmasına
çağırışlar etmişdir. Onun səylərinin
nəticəsində Taifdə Məhəmməd ibn Hənə-
fiyyənin imamlığını tanıyan və qeysanilər
adlanan bir qrup ortaya çıxmışdır. Onlar
onun vəfatından sonra öz başçıları kimi oğlu
Abdullahı tanımışdırlar. O, daha çox Əbu
Həşim adı ilə tanınırdı. Əbu Həşim
Əməvilərə qarşı üsyana qalxmışdır. Sonra o,
Abbasın soyundan olan qohumu Məhəmməd
ibn Əli ibn Abdullahın yanına gedərək,
Məhəmməd 
peyğəmbərin 
soyunun
hakimiyyətdə olmasının və Əməvilərin de-
vrilməsinin vacibliyini qeyd etmişdir.
5
ABBASİLƏR

Məhəmməd ibn Əli ibn Abdullah da onun bu
çağırışını dəstəkləmiş, hicrətin
100-cü
ilindən başlayaraq Əməvilərə qarşı yönələn
təbliğata qoşulmuşdur.
Əbu Həşimin ölümündən sonra, onun
xəlifə Süleyman ibn Əbdül-Məlik tərəfindən
zəhərləndiyi haqqında şayiələr yayılmışdır.
Ölümündən öncə o, öz yerinə Məhəmməd
ibn Əlini təyin etmişdir.
Uzun müddət Abbasi dəvəti gizli həyata
keçirilmişdir. Əməvilərə qarşı həlledici
üsyanları Abbasilərin Kufədəki tərəfdarları
təşkil etmişdirlər. Onların mərkəzi Xo-
rasanda yerləşirdi. Hicrətin 124-cü ilində,
Məhəmməd ibn Əlinin ölümündən sonra,
onun oğlu İbrahim üsyançıların rəhbəri ol-
muşdur. 129-cu ildə o, keçmiş qul Əbu Müs-
lüm adlı bir şəxsə Əməvilərə qarşı açıq
silahlı üsyana çıxmaq əmrini vermişdir. O da,
tərəfdarları ilə birlikdə Herat şəhərini ələ
keçirmişdirlər. 
Hadisələrin bu istiqamətdə inkişaf et-
diyini görən Əməvilər İbrahimi həbs et-
mişdirlər. O, zindanda öldürülmüş, başqa
rəvayətlərə görə isə öz əcəli ilə vəfat et-
mişdir. Ondan sonra Əməvilərə qarşı üsyana
Abdullah ibn Məhəmməd Əs-Səffah başçılıq
etmişdir. Əbu Müslüm və onun tərəfdarları
irəliləyərək 130-cu ildə Mərvi ələ keçirt-
mişdirlər. Əməvilər bu hücumların qarşısını
ala bilməmiş və hakimiyyətdən uzaqlaşmağa
məcbur qalmışdırlar. Onların sonuncu
xəlifəsi Mərvan hakimiyyəti itirdiklərini
görüb,  Misirə qaçmış və 132-ci ildə orada
öldürülmüşdür. 
Bu hadisələrin sonunda Abbasilər Xilafəti
ələ keçirmişdir. Onların ilk xəlifəsi Abdullah
ibn Məhəmməd əs-Səffah olmuşdur. Ab-
basilərin hakimiyyətə gəlməsindən sonra on-
ların Əli Əbu Talibin varisləri ilə ixtilafları
yaranmışdır. Çünki, onlar birbaşa Məhəm-
məd peyğəmbərin soyundan idilər. Buna
görə də, Əli soyunun tərəfdarları onları xəlifə
kimi görmək istəyirdilər. Əvvəl, Abbasilər
Əli soyunun tərəfdarlarını təqib etmiş, son-
ralar isə bəzi xəlifələr onları özlərinə yaxın
buraxmışdırlar. Abbasilər dövründə Xilafətdə
fars mədəniyyətinin təsirləri də güclənmişdir.
Abbasilər hakimiyyətini dörd dövrə ayırmaq
mümkündür: yüksəliş; tənəzzül; Büvey-
hililərin təsiri altına düşmə (132/750 –
247/861); Səlcuqluların (467/1075 –
560/1194) təsiri altına düşməsi dövrləri. 
Beləliklə, ilk olaraq Abbasilərin yüksəlişi
tənəzzüllə nəticələnmişdir. Tənəzzül
dövründə onlar türk əsilli ordu başçılarının
təsiri altına düşmüşdürlər. Elə o dövrlərdən,
Xilafətin parçalanması prosesi başlamışdır.
Bundan sonra Abbasilərin hakimiyyəti for-
mal xarakter daşıyırdı. Həqiqətdə isə onlar
öncə iranlı Büveyhilərin, daha sonra isə türk
Səlcuqluların təsiri altına düşmüşlər.
Səlcuq imperiyası dağıldıqdan sonra Ab-
basilər daha 60 il hakimiyyətdə qalmışdırlar.
Onların xilafətdə hakimiyyətinə monqollar
son qoymuşdur. Bundan sonra Abbasilər
sülaləsinin nümayəndələrini məmlüklər (II)
Misirə dəvət etmiş, onların xəlifəliyini for-
mal olaraq tanımışlar. Hicri X/XVI əsrdə isə
osmanlı sultanı I Səlim Misirdə məmlüklərin
hakimiyyətinə son qoymuş, Misirə gələrək
sonuncu Abbasi xəlifəsi hesab edilən
Mütəvəkkildən xəlifəliyi almışdır. Bundan
sonra Osmanlı sultanları bütün müsəlman-
ların xəlifəsi olmuşdurlar. Bu hadisədən
sonra Abbasilər dövrü bitmişdir.
ABDULLAH İBN ABBAS (68/687-ci
ildə vəfat etmişdir) – Məhəmməd peyğəm-
bərin tanınmış səhabəsi, İslam alimi və
fəqihi olmuşdur. Məhəmməd peyğəmbərin
əmisi Abbasın oğlu idi. Peyğəmbərin Məd-
inəyə hicrət etməsinə üç il qalmış Məkkədə
doğulmuşdur. Məhəmməd peyğəmbərin
yanında böyümüş, gənc yaşlarında ondan
İslam dinin əsaslarını öyrənmişdir. Hicrətin
səkkizinci ilinə qədər, Abdullah ibn Abbas öz
ailəsi ilə Məkkədə yaşamışdır. Ancaq,
şəhərin müsəlmanların əlinə keçməsindən az
ABDULLAH İBN ABBAS
6

öncə, onlar da Mədinəyə hicrət etmişdirlər.
O, Hüneyn və Taif döyüşlərində, eləcə də,
Məkkənin alınmasında iştirak etmişdir. Ab-
dullah ibn Abbas Raşidi xəlifələr dövründə
xəlifələrə yaxın olmuş, müsəlmanların Şi-
mali Afrika və Təbəristana yürüşlərində işti-
rak etmişdir.
Xəlifə Osmanın vəfatından sonra Abdul-
lah ibn Abbas Əli ibn Əbu Talibi xəlifə kimi
tanıyıb, ona dövlət işlərində yaxından
köməklik göstərmişdir. Əli onu idarəçilik qa-
biliyyəti səbəbi ilə Bəsrə şəhərinin başçısı
təyin etmişdir. Bu vəzifədə olarkən o, xari-
cilərin üsyanını yatıra bilsə də, sonra dövlət
işlərindən uzaqlaşmış, həyatının sonuna kimi
Məkkədə yaşayaraq, elmlə məşğul olmuşdur.
Xəlifə Müaviyə öldükdən sonra Abdullah ibn
Abbas, Hüseyn ibn Əlini xəlifə Yəzidə qarşı
çıxmış kufəlilərin çağırışına uymamağa
dəvət etmiş, onun oraya getməsinin məqsədə
uyğun olmadığını qeyd etmişdir. Buna bax-
mayaraq, Hüseyn Kufəyə yollanmış və orada
şəhid olmuşdur. 
Abdullah ibn Abbas fiqh elminin ən
mahir bilicisi idi. Hər hansı hökmü verdikdə
o, ilk olaraq Qurana müraciət edirdi. Orada
problemin həllini tapmayanda isə o zaman
Məhəmməd peyğəmbərin həyat yoluna, daha
sonra onun səhabələrinin həyat nümunələrinə
istinad edərək problemləri həll edirdi. Bun-
dan başqa, Abdullah ibn Abbas Quran təf-
sirçisi kimi də tanınırdı. 
Abdullah ibn Abbasın elmini,
mədəniyyətini və bacarığını müsəlmanların
düşmənləri də dəyərləndirmişlər. O, elçi kimi
müsəlman ordusunun rəhbərliyi adından
Bizansın Şimali Afrika bölgələrinin başçısı
Georgiusun yanına göndərilmiş, orada elmi
mübahisələrdə iştirak etmişdir. Onu dinləmiş
Georgius, Abdullah ibn Abbası ən bilikli ərəb
adlandırmışdır. Abdullah ibn Abbas 70
yaşında Taifdə vəfat etmişdir. 
ABDULLAH İBN ƏBDÜLMÜT-
TƏLİB  –  Məhəmməd peyğəmbərin atası
idi. Abdullah atası Əbdülmüttəllibin sevimli
oğlu olmuşdur. Rəvayətlərə görə Əbdülmüt-
təlib çoxlu oğlu olarsa, birini qurban
verəcəyinə söz vermişdir. İllər sonra onun on
oğul övladı dünyaya gəlmişdir. Buna görə də
Əbdülmüttəlib verdiyi sözü tutmuş və övlad-
larından birini qurban verməyi qərara
almışdır. Onun atdığı püşk oğlu Abdullaha
düşmüşdür. Beləliklə, Əbdülmüttəlib sevimli
oğlunu qurban verməli idi. Ancaq sonra,
qüreyşlilərin təkidi ilə o öz fikrindən daşın-
mış, oğlunun yerinə 100 dəvəni qurban kəs-
mişdir.
Daha sonralar Əbdülmüttəllib Abdullahı
nüfuzlu ərəb qəbilələrindən birinə məxsus
Əminə adlı bir qızla evləndirmişdir. Bu
evlilikdən Məhəmməd dünyaya gəlmişdir.
Ancaq, Abdullah gənc yaşlarında vəfat et-
diyindən oğlu Məhəmmədi görə bilməmişdir.
Bir çox tarixçilərin yazdıqlarına görə, Əminə
hamilə olduğu zaman, o, ticarət işləri ilə
əlaqədar Suriyaya getmiş, yolda qəfildən
xəstələnərək Yəsrib (Mədinə) yaxınlığında
vəfat etmişdir. O zaman Abdullahın 25 yaşı
olduğu qeyd edilir.
ABDULLAH İBN ƏMİR (65/684-cü
ildə vəfat etmişdir) – Məhəmməd peyğəm-
bərin tanınmış səhabələrindən biri olmuş-
dur.  Əmir ibn Asın oğlu idi. Abdullah ibn
Əmir  Məkkədə doğulmuşdur. Bəzi rə-
vayətlərə görə o, səmimi şəxsiyyəti və imanı
ilə digərlərindən seçilmişdir. Günlərinin çox-
unu ibadətlərdə keçirən Abdullah, müşriklərə
qarşı döyüşlərdə iştirak etmişdir. Süffeyn
döyüşündə öz atası ilə birlikdə Xəlifə Əlinin
tərəfdarları ilə döyüşmüşdür. Digər mən-
bələrdə qeyd edilir ki, Abdullah orada olsa
da, döyüşdə iştirak etməmişdir. Rəvayətlərə
görə, Abdullah ibn Əmir öz dövrünün ən
elmli insanlarından biri olmuşdur. O,
Məhəmməd peyğəmbərdən rəvayət edilən
hədislərin yaxşı bilicisi kimi tanınmışdır. Bu
istiqamətdə o, bir çox kitablar da yazmışdır.
Eyni zamanda, müəllimlik fəaliyyəti ilə də
7
ABDULLAH İBN ƏMİR

məşğul olmuşdur. O, Ərəb dilini gözəl
bilməklə bərabər, qədim yəhudi (ibrani),
eləcə də süryani dillərini də bilmişdir. Abdul-
lah ibn Əmir 72 yaşında Misirin Fustat
şəhərində vəfat etmişdir. 
ABDULLAH İBN MƏSUD (32/653-cü
ildə vəfat etmişdir) – İslamı ilk qəbul edən-
lərdən və Məhəmməd peyğəmbərin ən
tanınmış səhabələrindən biri olmuşdur. O,
Məkkədə doğulmuş, orada böyümüş və gənc
yaşlarında çobanlıq etmişdir. İslamı qəbul et-
dikdən sonra o, Məhəmməd peyğəmbərdən
ayrılmamış, müsəlmanların Ərqəmin evində
olan məşvərətlərində iştirak etmişdir. O
dövrdə müsəlmanlar, bütpərəstlərin təzy-
iqlərinə məruz qaldıqlarına görə, dini ayin və
ibadətlərini açıq bir şəkildə yerinə yetirə
bilmirdilər. Buna baxmayaraq, Abdullah heç
nədən çəkinməmiş, Quranın “Ər-Rəhman”
surəsini Kəbədə insanların qarşısında oxu-
muşdur. Buna görə o, qureyşlilərin
işgəncələrinə məruz qalmışdır. Müşriklər İs-
lamdan imtina etməsi üçün onu qızmar günəş
altında qum üzərinə uzadaraq işgəncələr ver-
mişdirlər. Ancaq, Abdullah ibn Məsud bu əz-
ablara dözərək, inancından dönməmiş, heç
bir nəticə əldə edə bilməyən qureyşlilər
ondan əl çəkmək məcburiyyətində qalmışdır-
lar. 
Təqiblərdən qurtulmaq üçün Abdullah
ibn Məsud ilk öncə Həbəşistana, sonra isə
Mədinəyə hicrət etmişdir. Mədinəyə hicrət
etdikdən sonra, Abdullah ibn Məsud müsəl-
manların güclənməsi üçün əlindən gələn hər
şey etmişdir. O, Bədr, Uhud, Xəndək, Xeybər,
Hüneyn, eləcə də Məkkənin alınması
uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
Məhəmməd  peyğəmbərin
vəfatından
sonra Abdullah ibn Məsud İslam ordusunun
döyüşçüsü kimi, Suriyada Bizans im-
periyasına qarşı yürüşlərə qatılmış, sonra isə
xəlifə  Ömər onu Kufədə hakim vəzifəsinə
təyin etmişdir. Bu vəzifəni Abdullah ibn
Məsud böyük məharətlə yerinə yetirmişdir.
O, qanun pozuntusunu heç kimə, yaxınları və
dostlarına belə bağışlamırdı. Abdullah ibn
Məsud çox bilikli, güclü yaddaşı ilə seçilən
bir insan olmuşdur. O, Quranı əzbərdən
bilirdi. O, Quran və hədislərin ən yaxşı bili-
cisi kimi fiqhi hökmlər verirdi. İmanlı şəxs
olaraq, o, zühd həyatı yaşamış və müəllimlik
etmişdir. Onun çoxlu tələbələri olmuşdur. 
Abdullah ibn Məsud İraq fiqh məktəbinin
yaradıcısı hesab edilir. Onun Kufədə işlətdiyi
hüquqi metodları Əbu Hənifə inkişaf et-
dirmişdir. Hənəfi məzhəbinin əsasları onun
fiqhi yanaşmaları üzərində qurmuşdur. O,
Quran və hədislərdə problemin həlli yollarını
tapa bilməyəndə, qiyas metodundan istifadə
edirdi. Abdullah ibn Məsud altmış yaşında
dünyasını dəyişmişdir.
ABDULLAH İBN ÖMƏR (74/693-cü
ildə öldürülmüşdür) – Məhəmməd peyğəm-
bərin ən tanınmış səhabələrindən biridir.
Abdullah  Ömər ibn Xəttabın oğlu idi.
Məhəmmədə peyğəmbərlik veriləndən ya üç,
ya da bir il öncə Məkkədə doğulmuşdur. Ab-
dullah ibn Ömər İslamı gənc yaşlarında
qəbul edib, Mədinəyə hicrət etmişdir. Yetkin-
lik yaşına çatmadığına görə Bədr və Uhud
döyüşlərində iştirak etməmişdir. Ancaq, 18
yaşından sonra Xəndək döyüşündə, daha
sonra Muta, Təbuk yürüşlərində və
Məkkənin alınması uğrunda gedən
müharibələrdə döyüşmüşdür. 
Məhəmməd
peyğəmbərin vəfatından
sonra, Abdullah ibn Ömər siyasi məsələlərlə
maraqlanmamış və ona görə də Xilafətdə heç
bir vəzifə tutmamışdır. O, İslam ordusunun
Şimali Afrikaya (hicri 27-ci ildə), Təbəris-
tana, Xorasana (hicri 30-cü ildə) etdikləri
yürüşlərdə iştirak etmişdir. Xəlifə Osmanın
qətlindən sonra Abdullah ibn Ömər Əli ibn
Əbu Talibin xəlifəliyini tanımışdır. Xilafətdə
baş verən daxili savaşda Əliyə rəğbəti olsa
belə, bitərəf qalmış, savaşlarda iştirak et-
8
ABDULLAH İBN MƏSUD 

məmişdir. Müaviyə ibn Əbu Süfyan xəlifə
olandan sonra, Abdullah ibn Ömər yenidən
savaşlarda iştirak etməyə başlamış, Konstan-
tinopolisin (İstanbulun) ətrafında gedən
döyüşlərdə vuruşmuşdur. O, Əməvi
hakimiyyətinin təqiblərindən çəkinməyərək,
amansızlığı ilə seçilmiş İraq valisi Həccaca
qarşı mübarizəyə qoşulmuşdur. Bundan
başqa, Abdullah ibn Ömər Abdullah ibn
Zübeyrə çox hörmət bəsləmiş və onun faciəli
ölümünə görə qəlbdən üzülmüşdür. Abdullah
ibn Ömər savadlı insan olmuşdur. O, Quran
və onun təfsirinin, hədislərin, İslam fiqhinin
yaxşı bilicisi kimi tanınırdı. Alimlərin bir
çoxu hökmlər verərkən ona istinad etmişlər.
Hicrətin 74-cü ilində, Abdullah ibn Ömər
şəxsiyyəti bilinməyən bir nəfər tərəfindən
həccdə olarkən, ağır xəsarət yetirilərək
öldürülmüşdür. Rəvayətlərə görə, bu cinayəti
Həccacın göndərdiyi adamlar həyata keçir-
mişdirlər. 

Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin