AZƏrbaycan miLLİ elmlər akademiyasi fəLSƏFƏ VƏ HÜquq institutu islam tariX, FƏLSƏFƏ VƏ HÜquq



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə7/49
tarix21.04.2017
ölçüsü5,04 Kb.
#15072
1   2   3   4   5   6   7   8   9   10   ...   49

CƏHƏNNƏM – axirətdə günahkar in-
sanların, müşrik və kafirlərin cəzalandırıla-
caqları yerdir. Qurana görə Allahın əmir və
qadağanlarını yerinə yetirməkdən boyun
qaçıran günahkarlar və kafirlər cəhənnəmdə
sonsuz olaraq qalacaqlar. Orada onlar bitmək
bilməyən işgəncələrə məruz qalaraq ağrı-acı
içində qıvrılacaqlar. Quran və hədislərdə
cəhənnəmin yeddi təbəqəsinin olduğu
haqqında məlumat vardır. Bu təbəqələr: Nar,
Ləza, Hutamə, Sair, Səqər, Cahim, Haviyə
(Quran 4: 55; 74: 26-27; 44: 47-56) adlanır. 
Həyatda törətdikləri günahların ağırlığın-
dan asılı olaraq dinsiz və günahkarlar bu
təbəqələrdə əzab görəcəklər. Bu cəhənnəm
təbəqələrinin giriş qapıları da vardır. Bu
qapılardan inancsızlar və günahkarlar cəhən-
nəmə girəcəklər. Burada, atəş bütün
təbəqələri bürüyərək aşağıya doğru daha
dözülməz olacaqdır. 
38
CƏHƏNNƏM

Qiyamət günündən sonra bütün kafirlər
və günahkarlar “zəbəni” adlanan mələklər
tərəfindən cəhənnəm oduna atılacaqlar.
Quran  təfsirçilərinə  görə “Duxan” (4)
surəsinin 47- 48-ci ayələrində Allah onlara
üz tutub, bu bərədə xəbər vermişdir. Bəzi rə-
vayətlərə görə cəhənnəm odunun istisi
yerdəki oddan yetmiş dəfə güclü olacaqdır.
Quranda qeyd edilir ki, cəhənnəmdə gü-
nahkarların dəriləri təkrar-təkrar sonsuzluğa
qədər yanacaqdır (Quran, 74: 29).
Quran və hədislərdə cəhənnəm əhlinin
xüsusiyyətlərindən və onların gördükləri əz-
ablar haqqında məlumat verilmişdir (Quran
2: 167; 3: 131). Təbii ki, bunların insan
düşüncəsi ilə dərk olunması olduqca çətindir.
Rəvayətlərdə cəhənnəmin kafir və günahkar-
lar üçün yaradıldığı, onların orada sonsuz əz-
ablar içində qalacağı vurğulanmaqdadır.
Quranda dinsiz və günahkarların ölüm və
həyat arasında qalacaqları bildirilmişdir.
Orada onların ölməyəcəyi, sonsuz əzablar
içində qalacaqları haqqında xəbərlər verilir
(Quran, 20: 74). Ayrıca, cəhənnəm əhli
Zəqqum
adlanan ağacının meyvələrini
yeyəcəklər. Bu meyvələr olduqca acı ola-
caqdır. Onlar bu meyvəni yeyən kimi bu
meyvə onların mədələrində atəşə çevrilib on-
lara dəhşətli əzablar verəcəkdir (Quran, 37:
62-68). 
Ümumiyyətlə, cəhənnəm əhlinin yer
üzündə etdikləri günahların ağırlığına görə
cəzaları da fərqli olacaqdır. Onların cəhən-
nəmdəki həyatı da yerdəkindən insan
düşüncəsi ilə anlaşılmayan qədər fərqli ola-
caqdır. 
CƏHMİLƏR – bax: CƏBRİLƏR.
CƏLVƏT – sufizmdə insanlar arasına
çıxmaqdır. Sufilikdə bu termin xəlvətin (tək-
liyə çəkilmənin) əksidir. Təriqət  yolunda
olan “salik” dünyanı tərk edərək xəlvətdə
uzun müddət qaldıqdan sonra saflaşaraq xalq
arasına çıxır. Cəlvət və xəlvət terminləri ilk
dəfə İbn Ərəbidən sonra təsəvvüfi ədəbiyy-
atda işlənməyə başlanmışdır. Sufilər bu an-
layışları Məhəmməd peyğəmbərin həyatı ilə
bağlayırlar, çünki o da, öncə Hira
mağarasında xəlvətə çəkilmiş, sonra isə
xalqın qarşısına çıxmış, bundan sonra insan-
ları İslama dəvət etmişdir.
CƏLVƏTİLƏR –bax: BAYRAMİLƏR.
CƏM – sufizmdə insana Allahın varlığı
və birliyini hiss etdirən mənəvi haldır. Bu
hala girən insan düşüncəsini yalnız Allaha
yönəldir, yalnız Ona ibadət edir, Ondan
başqa heç bir şeyi hiss etmir. Cəmin ən yük-
sək məqamında sufi hər şeydə Tanrının
təcəssümünü görür.
CƏNABƏT –  cinsi əlaqədən sonra
bütün bədənin yuyunmasını vacib edən
haldır. Kişilərdə müəyyən səbəblər üzündən
məninin (spermanın) çıxması qüsulu vacib
edir. Bu durumlarda olan kişi və qadınlara
“cünub” deyirlər. Müsəlman cünub olarkən
dini ayin və ibadətlər yerinə yetirilə bilməz.
Cünub olan insan su olmayanda təyəmmüm
edərək qeyd edilən ibadətləri yerinə yetirə
bilər.
CƏNAZƏ – ruhu bədənindən ayrılan,
ölmüş, ancaq torpağa tapşırılmamış in-
sandır. Müsəlman öldükdən sonra onu qüsul
aldıraraq yumaq, kəfənləmək, cənazə namazı
qılmaq və torpağa tapşırmaq vacibdir. Bütün
bu dini ayinləri ölmüş insanın yaxınları yer-
inə yetirməlidirlər. Ölənin yaxınları yox-
dursa, onda bu işlərin yerinə yetirilməsi o
adamın öldüyünü bilən hər bir müsəlmanın
üzərinə düşür. Ölü ilə bağlı bütün vəzifələr
Məhəmməd peyğəmbərin hədislərində qeyd
edilmişdir. Bunları etmək hər bir müsəlmanın
borcudur. 
Bir müsəlman ölüm ayağında olarkən o
39
CƏNAZƏ

insana yaxın olan müsəlmanların onun
yanında olması, ona yardım etməsi Allahın
bəyəndiyi əməllərdəndir. Dünyasını dəy-
işmək üzrə olan insanın yanında kəlmeyi-
şəhadət  söylənilir. O da, bunu bacardıqca
təkrarlamalıdır. 
İnsan öləndən sonra, onun ağzı və gö-
zlərini bağlayıb, əllərini yanlarına qoymaq
lazımdır. Sonra ölü kəfənlənməlidir. Ölənin
bütün borcları onun malından ödənməli,
malı-mülkü qalmayıbsa, onda imkanlı insan-
lar onun borclarının ödənilməsini öz
öhdələrinə götürsələr xeyr əməl işləmiş olar-
lar. Hər bir insanın ölümü dərhal hamıya
bildirilməlidir. Ölən insanı qüsul etdirərkən
sabun, eləcə də digər təmizləyici vasitələrdən
istifadə edilə bilər. Burada ətirli maddələrdən
də istifadə etmək mümkündür. Ölünü yu-
yarkən onun övrət yerləri örtülməlidir. Ölünü
yuyan (mürdəşir) bu yerləri yumaq üçün əl-
lərinə bezdən tikilmiş parça geyinməlidir. 
Ölü yuyulduqdan sonra qurulanıb kəfən-
lənilir. Bu dində vacib hesab edilir. Cənazə
üzərində ayaq üstə namaz qılınır. Bu na-
mazda  rüku və  səcdə halları yoxdur. Na-
mazın imamı ölünün qarşısında durur,
müsəlmanlar isə imamın arxasında sıra ilə
yer alırlar. Bu namazın qılınması vacibdir,
onun yerinə yetirilməsi üçün bütün müsəl-
manlar məsuldurlar. Digər din mənsubları və
münafiqlərin (II) ölüləri üzərində namaz
qılınmır. Sonra dəfn mərasimi başlanır.
Ölünü gün batmamış torpağa tapşırmaq
lazımdır. Məzarlığa onu yalnız kişilər
aparmalıdırlar.  Məzar  dərin, eləcə də bir
qədər geniş olmalıdır. Məzarın içini daş və
ya kərpiclə hörmək də mümkündür. 
CƏNİN – ananın qarnında olan doğul-
mamış döldür (embriondur)
İslam
hüququnda dölün, doğulmuş uşaq kimi bəzi
hüquqları vardır. Məsələn, ona vəsiyyət edilə
bilər, hətta mülkə varis belə ola bilər. Dölün
öldürülməsi (abort) İslam hüququnda bəzi is-
tisnalar olmaqla qadağandır (Quran 17: 31).
CƏNNƏT – axirətdə möminlərin əbədi
olaraq qalacaqları yerdir. Allah cənnətlə
yalnız Ona inananları, Onu tanıyaraq dinin
vacib əməllərini yerinə yetirənləri, yaxşı işlər
görənləri mükafatlandıracaqdır. Quran 
hədislərdə
cənnət haqqında müəyyən
təsəvvürlər vardır. Orada möminlər xoşbəxt-
lik içində yaşayacaqlar. İslam alimlərinin bir
çoxuna görə xoşbəxtliyin ən yüksək məqamı
möminlərin Allahı görməsi olacaqdır (Quran,
75: 22-23). Ancaq, bəzi alimlər Allahın cən-
nətdə görülməsini mümkünsüz hesab edərək,
bu Quran ayəsini fərqli mənada təfsir edirlər.
Bəzi İslam alimləri iddia edirlər ki, cənnət və
cəhənnəm artıq yaradılmışdır və onlar əbədi
xarakter daşıyır. 
Ümumiyyətlə, cənnət və cəhənnəmi insan
düşüncəsi ilə qavramaq mümkün deyildir.
Onların əsl mənası qiyamətdən sonra bil-
inəcəkdir. Beləliklə, onların əsl mahiyyətini
yalnız Allah bilir. Bu baxımdan, cənnət
əbədi, sonsuz, zamansız bir yerdir (Quran,
57: 21). Orada çoxlu bir-birindən fərqli
bağlar vardır: Ədn (Quran, 9: 72), Firdovs
(Quran, 18: 107), Məva (Quran, 32: 19),
Nəim (Quran, 37: 40-44) və s. Bunlardan ən
yüksəkdə olanı Firdovs bağıdır. Bu bağlarda
çaylar axır (Quran, 2: 25; 3: 15). Bunlardan
birində su, ikincisində süd, üçüncüsündə
şərab, dördüncüsündə isə bal axır. Ola bilsin
ki, bunlar Quranda adı çəkilən Səlsəbil
(Quran, 76: 18), Təsmim (Quran, 83: 27),
Məin (Quran, 56: 18), Kövsər (Quran, 108:
1) çaylarıdır. Hədislərdə cənnətdə Tuba adlı
bir ağacın olduğu da qeyd edilir. Bu ağacın
gövdələrinin qızıldan olduğu haqqında da rə-
vayətlər vardır. 
Ailə həyatı cənnətdə də olacaqdır (Quran,
56: 35-37). Ancaq, buna baxmayaraq cənnət
əhlinin uşaqları olmayacaqdır. Cənnətdə in-
sanı sərxoş etməyən şərab kimi içkilər də
olacaqdır (Quran, 56: 19). Cənnətdəkilər
40
CƏNİN

böyük ölçülü yaqut, mirvari, eləcə də başqa
daşlardan düzəldilmiş çadırlarda hurilərlə
yaşayacaqlar. Rəvayətlərə görə bu çadırlarda
yalnız Allahın varlığını qəbul etmiş, bütün
peyğəmbərləri tanınmış möminlər yaşaya-
caqlar. Möminlər cənnətdə qızıl qolbağlar
taxacaq; tünük, eləcə də qalın ipəkdən yaşıl
geyimlər geyəcəklər (Quran, 18: 31). 
CİBT – cadugər və falçılar belə adlanır-
lar. İslamın ilk mənbələrində bu söz tez-tez
“tağut” sözü ilə birlikdə ifadə edilirdi. “Cibt
və tağut” ifadələri bütlər anlamında da isti-
fadə olunmuşdur. 
CİHAD – dünyada müsəlmanın din və
inancı, istək və arzuları, haqq və hüquqları
uğrunda mübarizə aparması və bu is-
tiqamətdə səy göstərməsidir. İslam əqidəsinə
görə cihad vacibdir (Quran, 2: 216, 193; 9:
36). Hər bir müsəlman İslamın müdafiəsi
üçün bütün varlığını və gücünü ortaya qoy-
malıdır. Lazım olarsa din düşmənlərinə qarşı
döyüşməlidir. Ayrıca, cəmiyyətdə ortaya
çıxan mənəvi problemlərlə də mübarizə
aparmalıdır. Beləliklə, cihad – insanın öz qü-
surları ilə mübarizə aparması, cəmiyyətdə
ədalətsizliyin aradan qaldırmasıdır. 
Hətta, zərurət halında silahlı cihadın
edilməsi hər bir müsəlmanın qarşısına qoy-
duğu məqsəd olmalıdır. Bəzi hallarda cihadı
ümumi müsəlmanlar adından bir qrup müsəl-
man da edə bilər. Belə olarsa, onlar hamının
qorunması işini öz öhdələrinə götürmə-
lidirlər. Silahlı cihadın məqsədi nizamın qu-
rulması, hər cür ədalətsizliyin aradan
qaldırılmasıdır. Silahlı cihad qisas,  qətl,
soyğunçuluq, kölələrin alınması, başqa
xalqların istismar edilməsi məqsədi ilə
aparılmamalıdır. İnsanları zorla İslamı qəbul
etdirmək üçün cihad etmək olmaz. İslama
yalnız hər kəs öz istəyi ilə gəlməlidir. Bunun
üçün İslamla tanış olmaq üçün imkanlar
yaradılmalıdır. 
Müharibə zamanında müsəlmanlar çoxlu
qanın axıdılmamağının qarşısını almaq üçün
əllərindən gələni etməlidirlər. Bunun üçün
düşmənlərə İslamı qəbul etmək imkanı ver-
ilməlidir. Onlar bu təklifi rədd etsələr, cizyə
verməlidirlər. Bununla razı olsalar, onda
müsəlmanlar onlarla anlaşaraq onları qoru-
malıdırlar. Düşmənlər bu kimi təklifləri
qəbul etməsələr, o zaman onlarla müharibə
etmək olar. 
Müharibələri İslam ordusu apara bilər.
Bunu etmək üçün düşmənlərlə hər-hansı bir
sülh müqaviləsi bağlanmamalıdır. Döyüşün
gedişində dinc əhalinin öldürülməsi qəti
qadağandır. Düşmənlərdən əsirliyə
götürülənlərlə də yaxşı davranılmalıdır. Əgər
qarşı tərəf sülh istərsə, o zaman razılığa
gəlinməlidir. 
CİMA –  kişi və qadının cinsi orqan-
larının qovuşmasıdır. Buna yalnız evlilikdə
yol verilir (Quran 2: 223). Alimlərin ictihad-
larına görə cinsi yaxınlıq olanda ər və arvad
əxlaqi qaydalara riayət etməlidirlər. Məsələn,
yaxınlıqdan öncə bədənlərinin təmizlənməsi,
duaların oxunması, cinsi yaxınlıq üçün his-
lərin öncədən oyadılması savabdır. Cinsi
yaxınlığı örtük altında, övrət yerlərin görün-
məməyi şərti ilə edilməsi ədəb qaydalarına
uyğun hesab edilir. Ər arvadla yaxşı davran-
malı, onu fiziki baxımdan məmnun etmədən,
ondan ayrılmamalıdır. Arxadan cinsi əlaqəyə
girmə müsəlmanların əksəriyyəti tərəfindən
birmənalı olaraq qəbul edilmir. Qadınlar
nifas və heyz halında olanda onlarla yaxınlıq
etmək haramdır (Quran 2: 222). Cinsi yaxın-
lıqdan sonra ər və arvad qüsul almalıdırlar.
CİNLƏR –  insanlar kimi şüurlu var-
lıqlar olduqlarına görə Allah qarşısında et-
dikləri əməllərdən məsul varlıqlardır. Allah
cinləri insanlardan əvvəl oddan yaratmışdır
(Quran, 55: 15; 15: 26-27). Cinlər gözə
görünməyən varlıqlardır. Onlar da insanlar
41
CİNLƏR

kimi kişi və qadın cinsinə ayrılırlar. Onlar
bir-birləri ilə evlənir, nəsillərini artırır, yeyir
və içirlər. Hətta, bəzi insanların onlarla əlaqə
yaradıb, onlardan istifadə etdikləri haqqında
rəvayətlər də vardır. Məsələn, Süleyman
peyğəmbərin cinlərlə əlaqəsi haqqında
məlumat verilir (Quran, 34: 12). 
Cinlər də insanlar kimi şüurlu var-
lıqlardır. Buna görə də, Allah qarşısında et-
dikləri əməllərə görə məsuliyyət daşıyırlar.
Onların arasında da mömin və kafirlər vardır.
İnanclı cinlər Allaha ibadət edirlər (Quran,
51: 56). Dinsiz cinlər isə şeytanın silah-
daşlarıdırlar. Quranın “Ənam” (6) surəsinin
130-cu ayəsində cinlərə onların özlərindən
olan peyğəmbərlərin göndərildiyi bildirilir.
Onları danan cinlər şeytanlardır. Şeytan və
onun silahdaşları olan dinsiz cinlər qiyamət
günündən sonra, cəhənnəmdə sonsuzluğa
qədər qalacaqlar (Quran, 32: 13). 
İslamın ilk mənbələrində “cin” sözü,
insan” (ins) sözü ilə birlikdə anılır. Hər iki
sözün birlikdə olan mənası ərəbcə “səqa-
leyn” kimi ifadə edilir. İslam alimlərinə görə
“səqaleyn” həm də, gözə görünməyən mələk-
lər və şeytanlardır. Quranın 72-ci surəsi “Əl-
Cin” adlanır. 
CİZYƏ –  müsəlman olmayan vətən-
daşların, canları və mallarını qorumaq
üçün İslam dövlətinə ildə bir və ya iki dəfə
ödədikləri vergidir. Bu vergi Məhəmməd
peyğəmbərin sağlığında tətbiq edilmişdir
(Quran, 9: 29). Cizyə müsəlmanlar və digər
din mənsubları (əhli-kitab) arasında gəlinən
razılıqdan sonra alına bilərdi. Müharibə vaxtı
müsəlmanlar digər din mənsublarının
yaşadıqları yerləri ələ keçirdikdən sonra on-
ların can varlığını qorumaq şərti ilə bu
vergini alırdılar. 
Peyğəmbərin sağlığında Nəcran xristian-
ları özlərini qorumaq üçün müsəlmanlara
vergi ödəmiş, bunun üçün peyğəmbərlə
müqavilə bağlamışdırlar. Müqaviləyə əsasən
hər ilin Səfər ayında onlar müsəlmanlara iki
min, Rəcəb ayında isə min dəst geyim ver-
məli idilər. Hər bir dəstin dəyəri qırx dirhəmə
(üç qrama yaxın çəkisi olan gümüş sikkəyə
bərabərdir) yaxın olmuşdur.
Xəlifə Əbu Bəkrin hakimiyyətinin sonuna
qədər verginin məbləği bu ölçüdə
saxlanılmışdır. Xəlifə Ömərin xəlifəliyi
dövründə xilafətə çoxlu sayda müsəlman ol-
mayan xalqların qatılması ilə bu vergi növü
də genişlənmişdir. Bu səbəbdən də,
vəziyyətlə əlaqədar olaraq vergi siyasəti də
müəyyən dəyişikliklərə məruz qalmışdır. Bu
dövrdən başlayaraq bütün yetkinlik yaşına
çatmış qeyri-müsəlmanlar dörd qızıl dinar və
ya qırx gümüş dirhəm məbləğində vergi
ödəməli idilər. 
Daha sonrakı dövrlərdə cizyənin tutumu
hər kəsin maddi durumundan asılı olaraq
dəyişmişdir. Çox varlı qeyri-müsəlmanlar hər
il qırx səkkiz, orta səviyyəli qeyri-müsəlman-
lar iyirmi dörd, yoxsullar isə on iki dirhəm
vergi ödəmişlər. Bu verginin ödənilməsi
İslam dövlətinin himayəsində yaşamaq, eləcə
də öz inanclarında qalmaq imkanlarını
verirdi.
Cizyə yalnız yetkinlik yaşına çatmış,
azad, sağlam düşüncəli kişilərdən alınırdı.
Çünki, onlar müsəlmanlarla döyüşmək
bacarığında və iqtidarında olan insanlardır.
Xəstə, uşaq, qadın, kölə və qocalar bu vergini
ödəmirdirlər. Rahib və keşişlərin vergini
ödəməsi məsələsində müsəlman hüquq mək-
təbləri arasında fərqli fikirlər mövcuddur.
Bizim dövrümüzdə isə cizyə vergisi İslam
dövlətində alınmır.
CUDİ DAĞI –  Nuh peyğəmbərin
gəmisinin tufandan sonra quruda lövbər
saldığı dağdır (Quran, 11: 44). Hazırda
Türkiyə-İraq sərhədinin yaxınlığında yer-
ləşən və hündürlüyü 2100 metr olan bu
dağdır. Qeyd olunan dağın həmin dağ olduğu
güman edilir. 
CÜMƏ –  İslam ənənəsində mübarək
42
CİZYƏ

günlərdən hesab olunan həftənin beşinci
günüdür. Ərəb dilində bu söz “toplantı” mə-
nasında da işlədilir. Cümə mənəvi təmiz-
lənmə və ibadət günüdür (Quran, 62: 9).
Rəvayətlərə görə, ilk insan (Adəm) cümə
günü yaradılmış, o gün cənnətə girmiş, sonra
elə həmin gündə də oradan qovulmuşdur.
Qiyamət gününün də cümə günü qopacağı
haqqında rəvayətlər vardır. 
Bu günün nə üçün cümə adlanması, eləcə
də ilk cümə namazının nə vaxt qılınması
haqqında bir-biri ilə üst-üstə düşməyən fərqli
rəvayətlər vardır. Onlardan birinə görə bu
günü  Məhəmməd peyğəmbərin əcdadların-
dan biri olmuş Kəb ibn Luqay cümə ad-
landırmışdır. Digər rəvayətlərdə isə bu gün
müsəlmanların cümə namazlarını qıldığına
eləcə də, İslamda bu namazın vacib
olduğuna görə belə adlandırılmışdır. 
CÜMƏ NAMAZI –  müsəlmanların
cümə günü günorta vaxtında böyük məs-
cidlərdə qıldıqları namazdır. İlk dövrlərdən
başlayaraq müsəlmanların digər din mənsub-
ların da (əhli-kitab) olduğu kimi bir araya
gələ biləcəkləri xüsusi əhəmiyyətə sahib bir
günə ehtiyacları var idi ki, bu gün də məhz
cümə günü olmuşdur. Məsələn, yəhudilər
şənbə, xristianlar isə bazar günlərini bir yerə
yığışaraq Tanrıya ibadət edirdilər. Müsəl-
manlar üçün də cümə günü müqəddəs gün
kimi təqdir olunmuşdur.
Məhəmməd  peyğəmbər ilk cümə na-
mazını hicrətin birinci ilində Mədinəyə hicrət
edəndə Səlim oğulları qəbiləsinə məxsus Ra-
nunə kəndində qılmışdır. Bu namazda bütün
müsəlman kişilər iştirak etmişdir. Orada
peyğəmbər yüksək yerə qalxaraq xütbə oxu-
muşdur. Bundan sonra cümə namazları Mə-
dinədə qılınırdı. Mədinədən kənarda isə ilk
cümə namazı Bəhreyndə qılınmışdır. 
Cümə günü zöhr namazının vaxtında
Məhəmməd peyğəmbər müsəlmanları salam-
layaraq yüksək yerə qalxıb, onları ikinci dəfə
salamlayaraq orada oturardı. Bilal azanı ox-
uyandan sonra o, iki hissədən ibarət xütbə
oxumuş, sonra minbərdən düşərək camaatla
iki rükətli cümə namazını qılmışdır. 
Sonradan yenilik olaraq yalnız azan məs-
cidlərin 
minarələrindən
oxunmağa
başlamışdır. Bununla da, böyük şəhərlərdə
namaza çağırış problemi həll edilmişdir.
Cümə namazları böyük şəhər və mən-
təqələrin məscidlərdə qılınmalıdır. Bu ibadət
hər bir yetkin müsəlman kişisi üçün vacibdir.
Hədislərə görə cümə namazının qılınması
səfərdə olanlar, kölələr, uşaqlar, qadınlar və
xəstələr üçün vacib deyildir.  
CÜVEYRİYƏ BİNT HARİS (56/676-
cı ildə vəfat etmişdir) – Məhəmməd peyğəm-
bərin həyat yoldaşlarından biri, Bəni
Müstəliq qəbiləsinin başçısı Haris ibn Di-
rarın qızı olmuşdur. Hicrətin beşinci ilində
müsəlmanlar bu qəbiləni döyüşdə məğlub et-
mişdirlər. Müharibə zamanı Cüveyriyə bint
Haris əsir düşmüşdür. Buna görə onun atası
Məhəmməd peyğəmbərin yanına gəlib onun
buraxılmasını xahiş etmişdir. Bunun
qarşılığında o, peyğəmbərə bir neçə dəvəni
hədiyyə verəcəyini vəd etmişdir. Məhəmməd
peyğəmbər də, Cüveyriyəni azadlığa bu-
raxmışdır. Bundan sonra Haris və onun qızı
Cüveyriyə, eləcə də onların yaxınları İslamı
qəbul etmişlər. Daha sonra, Məhəmməd
peyğəmbər Cüveyriyə ilə evlənməyə qərar
vermiş və bunu Harisə bildirmişdir. O da, bu
təklifi qəbul etmişdir. Bu evliliyin
səbəblərindən biri, peyğəmbərin çox böyük
nüfuza sahib Bəni Müstəliq qəbiləsi ilə yaxşı
münasibətlərin qurulması idi. Bu iş baş tu-
tandan sonra, Bəni Müstəliqdən yüz ailə əsir-
likdən azadlığa buraxılmışdır. Cüveyriyə bint
Haris çox inanclı bir qadın olmuşdur. O,
xəlifə Müaviyənin dövründə Mədinədə vəfat
etmişdir.
43
CÜVEYRİYƏ BİNT HARİS

Ç
ÇİŞTİLƏR – sufi təriqətlərindən biridir.
Təriqətin
adı  Muinəddin Həsən
Çişti
(633/1236) ilə bağlıdır. Onun soyu Sistandan
gəlməkdədir. O, Buxara və Səmərqənd mək-
təblərində təhsil alıb, sonra Bəlxə, daha sonra
isə Bağdada getmişdir. Orada o, Əbdülqədir
Gilani, Sührəvərdi, Nəcməddin Kübra kimi
tanınmış sufi alimləri ilə görüşmüşdür. O,
Herat yaxınlığındakı Çişt kəndinin ətrafında
yaşamış şeyx Əbu İshaq Şaminin başçılığı al-
tında mənəvi yolçuluğa başlamışdır. Oradan
o, Hindistana gedib məzarının yerləşdiyi
Əcmərdə vəfat etmişdir. Elə orada da öz
təkkəsini yaratmışdır. Çiştilər Hindistanda ən
geniş yayılmış sufi təriqətidir. Onun
davamçıları müasir Hindistan və Pakistanın
islamlaşdırılmasında böyük rol oynamışdır-
lar. Bir müddət təriqətə Nizaməddin Övliya
(726/1325-ci ildə vəfat etmişdir) başçılıq et-
mişdir. O dövrlərdə çiştilər yüksəliş dövrünü
yaşamışdırlar. Ondan sonra bu təriqətdə
parçalanma baş vermişdir. 
Dehli sultanı II Qiyasəddin Məhəmməd
şahın (726/1325 – 752/1351) dövründə
çiştilərə qarşı təqiblər olmuş, buna görə də
onlar gücdən düşüb parçalanmışdırlar. Bun-
dan sonra tarixin müxtəlif dövrlərində on-
ların Uttar-Pradeşdə sabirilər, Pəncab və
Sinddə nizamilər kimi bir çox qolları inkişaf
etməyə başlamışdır.
Çiştilərin səsli (cəhri) və səssiz (hafi)
zikrləri vardır. Onların qırx günlük təkliyə
(xəlvətə) çəkilmə, dünya həyatından uzaq-
laşma kimi sufi adətləri mövcuddur. Onların
mənəvi yolu 3 pilləlidir: şəriət, təriqət və
həqiqət. Bu yolda onlar 44 məqamdan və 15
haldan keçməlidirlər. 
Çiştilərin arasında Vəhdətül-Vücud təlimi
geniş yayılmışdı. Onlar İbn Ərəbinin əsər-
lərini şeyx Məsud bəydən öyrənmişdirlər.
Çişti təriqətinin yazılı mənbələri onların
şeyxlərinin dediklərindən və əsərlərindən
ibarətdir. Hindistandan başqa çiştilər İn-
doneziya, Malayziya və digər Uzaq Şərq
ölkələrində müsəlmanlar arasında geniş
yayılmışdır.
Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin